DuzXeber.az: “103” Çağrı Mərkəzində baş vermiş texniki nasazlıq səbəbindən “103” qısa nömrəsinə zənglərdə çətinlik yaranıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün vətəndaşlardan “113” qısa nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd olunub ki, yaranmış müvəqqəti narahatlığa görə üzr istənilir. Problemin ən qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.


