Rusiya Ermənistan vətəndaşlarının hazırda cəlb olunduğu Avropa inteqrasiyası macərasının təhlükələrini obyektiv şəkildə qiymətləndirə biləcəklərinə inanmaq istəyir.

DuzXeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru və Arktika Şurasındakı Rusiyanın yüksək vəzifəli rəsmisi Vladislav Maslennikov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib:

"Ölkənin inkişaf vektoru ilə bağlı son qərar Ermənistan vətəndaşlarının ixtiyarındadır. Buna görə də ümid edirəm ki, onlar hazırda cəlb olunduqları "Avropa inteqrasiyası" macərasının təhlükələrini obyektiv şəkildə qiymətləndirə biləcəklər".

2025-ci ilin mart ayında Ermənistan Parlamenti Ermənistanın Avropa İttifaqına qəbul prosesinə başlayan qanun qəbul etdi. Rusiya tərəfi həm Aİ, həm də AİB ilə gömrük ittifaqında olmağın mümkün olmadığını qeyd etdi.//Müəllif: Tural

Paylaş