Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DuzXeber.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Süleyman Nizami oğlu Müslümov "Chevrolet Malibu" markalı avtomobillə yolu keçən piyada Elşad Fehruz oğlu Məmişovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.


