23.02.2026
Ədliyyə Nazirliyi fərdi sahibkar Hümmətli-Məmmədova Könül Ramiz qızı ilə satınalma müqaviləsi imzalayıb.
Duzxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Abşeron rayon qeydiyyat şöbəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi ünvanında yerləşən, ümumi sahəsi 99,8 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 12 000 manatdır. Satınalma proseduru birmənbə metodu ilə keçirilib. İcarə müddəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Könül Hümmətli-Məmmədov 31 saylı notariat ofisinin rəhbəri işləmiş Ramiz Hümmətovun qızıdır. Ramiz Hümmətov ötən il iş adamı Emil Səməndərova məxsus torpaq sahəsini ələ keçirmək iddiası ilə gündəmə gəlmişdi.
Həmin vaxt Emil Səməndərovun xanımı Vəfa Məcidova mediaya açıqlamasında iddia etmişdi ki, Ramiz Hümmətov 0.111 ha torpaq sahəsinin və Xırdalan şəhərində yerləşən köhnə notariat ofisini həyat yoldaşının mülkiyyətinə keçirlməli imiş. Bununla əlaqədar Könül Hümmətli-Məmmədova ilə Emil Səməndərov arasında 01.03.2019-cu il tarixli beh müqaviləsi bağlanıb. Beh müqaviləsində də nəzərdə tutulduğu kimi 100 min manat pul vəsaiti Könül Hümmətovaya ödənilib. Daha sonra Könül Hümmətovaya 50 min manat da verilib. Qısası, hissə-hissə olmaqla Emil Səməndərovdan 500 000 manat pul alınıb. Vəfa Məcidovanın sözlərinə görə, sonradan torpaq sahəsi başqa şəxslərə satılıb.
Bu məsələ ilə əlaqədar Emil Səməndərov polisə də müraciət edib. Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Emil Səməndərovun müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırma nəticəsində əməldə cinayət məsuliyyəti yaradan halların olmadığı müəyyən edilib və vətəndaşa bu barədə məlumat verilib. Həmçinin Emil Səməndərova aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Nazirliyə 12 min manat ofis icarəyə verən Könül Hümmətli-Məmmədova kimdir?
Ədliyyə Nazirliyi fərdi sahibkar Hümmətli-Məmmədova Könül Ramiz qızı ilə satınalma müqaviləsi imzalayıb.Duzxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Abşeron rayon qeydiyyat şöbəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsi ünvanında yerləşən, ümumi sahəsi 99,8 m² olan qeyri-yaşayış binasının icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 12 000 manatdır. Satınalma proseduru birmənbə metodu ilə keçirilib. İcarə müddəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Könül Hümmətli-Məmmədov 31 saylı notariat ofisinin rəhbəri işləmiş Ramiz Hümmətovun qızıdır. Ramiz Hümmətov ötən il iş adamı Emil Səməndərova məxsus torpaq sahəsini ələ keçirmək iddiası ilə gündəmə gəlmişdi.
Həmin vaxt Emil Səməndərovun xanımı Vəfa Məcidova mediaya açıqlamasında iddia etmişdi ki, Ramiz Hümmətov 0.111 ha torpaq sahəsinin və Xırdalan şəhərində yerləşən köhnə notariat ofisini həyat yoldaşının mülkiyyətinə keçirlməli imiş. Bununla əlaqədar Könül Hümmətli-Məmmədova ilə Emil Səməndərov arasında 01.03.2019-cu il tarixli beh müqaviləsi bağlanıb. Beh müqaviləsində də nəzərdə tutulduğu kimi 100 min manat pul vəsaiti Könül Hümmətovaya ödənilib. Daha sonra Könül Hümmətovaya 50 min manat da verilib. Qısası, hissə-hissə olmaqla Emil Səməndərovdan 500 000 manat pul alınıb. Vəfa Məcidovanın sözlərinə görə, sonradan torpaq sahəsi başqa şəxslərə satılıb.
Bu məsələ ilə əlaqədar Emil Səməndərov polisə də müraciət edib. Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, Emil Səməndərovun müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırma nəticəsində əməldə cinayət məsuliyyəti yaradan halların olmadığı müəyyən edilib və vətəndaşa bu barədə məlumat verilib. Həmçinin Emil Səməndərova aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Oxşar xəbərlər
-
11.02.2026Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?
Xəbər lenti
-
27.06.2026Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır
-
27.06.2026Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...
-
27.06.2026İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?
-
27.06.2026Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
27.06.2026Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)
-
27.06.2026İtaliyanın ən uzun çayı quruyur
-
27.06.2026“İskəndər” raket istehsalı zavodu vuruldu
-
27.06.2026Xorultunun qarşısını dərmansız necə almaq olar?
-
27.06.2026Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
-
27.06.2026Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR
-
27.06.2026Rusiya bu yaşayış məntəqəsini işğal etdi
-
27.06.2026Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
-
27.06.2026Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
-
27.06.2026Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video
-
27.06.2026Bakı-Naxçıvan aviareysləri ləğv edilib
-
27.06.2026Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
-
27.06.2026Deputatlarımız Tblisiyə gedir
-
27.06.2026Dörd günlük güclü maqnit qasırğası olacaq
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi



