Duzxeber.az: - Son illər Azərbaycanda özəl ali təhsil müəssisələrinin rəhbər strukturlarında ailə üzvlərinin təmsil olunması diqqət mərkəzinə düşür.
Prorektor, rektor və icraçı vəzifələrdə çalışan şəxslərin universitet sahiblərinin ailə üzvləri olduğu müşahidə olunur.
Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova 2016-cı ildən bu vəzifəni icra edir. O, 1983-cü ildə Gədəbəy rayonunda anadan olub, Nizami rayonu M.Rüstəmov adına 32 saylı orta məktəbi bitirib. Avrasiya Universitetində 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura təhsilini başa vurub. Dünya ədəbiyyatı fənnini tədris edən Nigar Hüseynova universitetin rektoru və sahibi Nazim Hüseynovun qızıdır.
Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Ülkər İsayeva psixologiya sahəsində Türkiyə, İtaliya və ABŞ-da təhsil alıb. O, universitetdə Psixologiya fənnini tədris edir və daha əvvəl İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışıb. Ülkər İsayeva Xəzər Universitetinin rəhbəri tanınmış alim Hamlet İsaxanlının qızıdır.
Azərbaycan Kooperasiya Universitetində də oxşar vəziyyət mövcuddur. Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva 1984-cü ildə Bakıda anadan olub. Avropa liseyini bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi əldə edib. 2010-cu ildə İqtisad üzrə fəxri doktor adına layiq görülüb. Universitetin rektoru və sahibi Eldar Quliyevdir və Aygün Quliyeva onun qızıdır.
Qərbi Kaspi Universitetində İcraçı prorektor vəzifəsini Rəşad Bağırov tutur. O, universitetin sahibi Hüseynqulu Bağırovun oğludur.
Bakı Qızlar Universitetinin hazırkı rektoru Sevinc Rəhimova 1997-ci ildən etibarən bu ali təhsil müəssisəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Pedaqogika fənnini tədris edən Sevinc Rəhimova universitetin sahibi Ağarəhim Rəhimovun qızıdır.
Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev də universitet sahibi ilə ailə bağları olan rəhbərlər sırasındadır. 1972-ci ildə Bakıda anadan olan Samir Vəliyev Bakı Dövlət Universitetində hüquq təhsili alıb, uzun illər prorektor, nazir müşaviri və dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb. O, hazırda Milli Məclisin deputatıdır və universitetin sahibi Əhməd Vəliyevin oğludur.
Azərbaycan Universitetinə isə mərhum nazir Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova rəhbərlik edir. Bakı Biznes Universitetindəki isə fərqli yanaşma mövcuddur. Universitetin sahibi və rektoru İbad Abbasovdur və onun övladları universitetin idarəçiliyində iştirak etmirlər. /Nocomment.az/
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil