Duzxeber.az Bugun.tv-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasında “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı, Baku Media Mərkəzi və “Bu gün TV Media Qurumu”nun dəstəyi ilə ilk dəfə “Mərhəmət Gecəsi” adlı xeyriyyə tədbiri baş tutub. Tədbirdə nazirliklərin və dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT sədrləri, özəl şirkət rəhbərləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.Azərbaycanın hər zaman tarix boyu mərhəmətli insanları, xeyriyyəçilik missiyası həyata keçirən şəxsiyyətləri olub. Onlar öz xoş əməlləri ilə tarix yazıblar –yaşayıblar, qurublar, yaradıblar. Belə insanlar heç zaman unudulmurlar, hər zaman sevgi və ehtiramla anılırlar. Bu gün həssas qrupdan olan uşaqların sevgiyə, qayğıya, mərhəmətə daha çox ehtiyacları var. Bu barədə “Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimli tədbirdə çıxış edərkən danışıb. Mərhəmətin yoluxucu olduğunu, paylaşıldıqca artdığını vurğulayıb. “Nə yaxşı ki, bu gün dünya mərhəmətli insanlardan xali deyil. Onlar qocaları, ahılları, tənha insanları, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqları heç zaman tək qoymur, təmənnasız sevgi və qayğıları ilə əhatə edirlər. Bu gün bu tədbirin təşəbbüskarı və təşkilatçısı olan “Ümid yeri” Uşaq sığınacağının sakinləri də belə mərhəmətli insanların qayğısı ilə əhatələniblər”- deyə, Nigar Mənsimli çıxışında bildirib. Sonra Nigar Mənsimli layihənin icraçıları – Əməkdar jurnalist, tədbir təşkilatçısı Elnarə Dərziyeva ilə şair, qiraət ustası, aparıcı Səbuhi Zamanı səhnəyə dəvət edərək, minnətdarlığını bildirib, onlara təşəkkürnamələr təqdim edib.Tədbir çərçivəsində həyata keçirilən konsert proqramında “Ümid Yeri” Uşaq Sığınacağının valideyn himayəsindən məhrum uşaqları, əlilliyi olan, görmə məhdudiyyətli, autizmli yeniyetmələrin iştirakı ilə yoqa, rəqs və musiqi nömrələri ifa olunub, səhnəciklər nümayiş etdirilib.Orkestrin müşayəti ilə H.Əliyev Fondunun vitse-prezidenti, mərhəməti ilə hər zaman örnək olan Leyla xanım Əliyevaya həsr olunan yeni bəstə ictimayyətə təqdim edilib.Layihədə öz benefisiarları və tələbələri ilə iştirak edən DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzi, Bakı Media Mərkəzi, Azərbaycan Dövlət Musiqili Akademik Teatrı, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyası, “Theraplay” psixologiya və nitq inkişafı mərkəzi, quruluşçu rejissor Samir Qulamov, telejurnalist, ssenarist Minarə Xəlilova və Mədəniyyət televiziyasının redaktoru, prodüser Vüsalə İsmayılova, bəstəkar Sevinc Tofiqqızı, yoqa təlimçisi İlhamə Şirinova, rəssam Ramal Kazımov və müğənni Dilarə Kazımova təşəkkürnamələrə layiq görülüblər.Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərli də iştirak ediblər. Türk Ağsaqqaları İctimai Birliyinin Gənclər Şurasının sədr müavini Müşfiq Nəsirliyə tədbirin konüllülərlə təşkilində dəstəyə görə minnətdarlıq ifadə olunub.Gecədə korporativ sosial məsuliyyətini dərk edən, davamlı xeyriyyə missiyaları gerçəkləşdirən “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın və “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Osman Karakuş ”Mərhəmət elçisi” mükafatına layiq görülüblər. Bununla yanaşı, gecənin ərsəyə gəlməsindədəstək olan “Ziraat Bank Azərbaycan ”, “GL Group”, “Zenith Group” və xeyriyyəçi xanım Anna Çerkasovaya mərhəməti əks etdirən rəsmlər təqdim olunub.
Tədbirdə gənc və istedadlı rəssam-memar, Azərbaycan Memarlar və Rəssamlar İttifaqının, UNESCO Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyevin və digər rəssamların mərhəmət mövzusunda olan əsərləri sərgilənib.Gecədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərov da iştirak ediblər.






















Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil