Duzxeber.az: - Bakının Nərimanov rayonunda günün günortaçağı aşkar qanunsuzluqlara yol verilsə də, aidiyyəti qurumların “tükü də tərpənmir”. Necə ola bilər ki, paytaxtın mərkəzində qanunsuz tikinti işləri aparılsın, yaşıllıqlar məhv edilsin, lakin müvafiq orqanlar bu mənzərəni görməzdən gəlsinlər?!
“Bəyin oğurlanması” filmində deyildiyi kimi, ya gərək İsrafilin elçi daşı üstündə oturasan, ya da o daşı götürüb vurasan başına… İndi dövlət orqanları da baş verən özbaşınalığa göz yummaqla vətəndaş Akif Nəzərovu az qala o həddə çatdırıblar.
Belə ki, redaksiyamıza müraciət edən Bakı sakini Akif Nəzərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı məktublarda baş verən qanun pozuntularını faktlarla açıqlayıb. Vətəndaş bildirir ki, sözügedən qurumların verdiyi cavablar sanki qanunu pozan tərəfin maraqlarına xidmət edir.
Şikayətin məzmunu ondan ibarətdir ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 138 ünvanında qanunsuz tikinti işləri aparılır. Vüqar Bəhruz oğlu Bağırov tərəfindən tikinti normaları kobud şəkildə pozularaq obyektə əlavə artırmalar edilib. O, şəxsi restoranı üçün “kəhkəşan” yaratmaq istəyərkən, belə demək mümkünsə, işin təməlinə əvvəldən haram qatıb. Tikintini davam etdirməyə heç bir rəsmi icazəsi olmadığı halda, V.Bağırov qanunlara məhəl qoymur, üstəlik, ərazidəki yaşıllığı da məhv edir. Lakin aidiyyəti qurumlar onun Aşıq Molla Cümə küçəsi, 138 ünvanındakı bu özbaşınalığını – qanunsuz artırmaları və ağacların kəsilməsini görməzdən gəlirlər.
Akif Nəzərovun şikayətçi qismində ölkə rəhbərliyinə müraciətindən sonra Nərimanov RİH başçısının müavini İradə Muradovanın imzası ilə Kommunal Təsərrüfat Birliyinə və yerli polis şöbəsinə tikintinin dayandırılması barədə xəbərdarlıq məktubu göndərilib. Amma görünən odur ki, Vüqar Bağırova sanki heç bir qüvvənin gücü çatmır, yaxud o, kimlərinsə maraqlarını təmin edir. Halbuki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qanunsuzluğa dərhal müdaxilə etməli idi.
Ona görə də Akif Nəzərov mətbuat vasitəsilə ilk növbədə komitəyə və digər məsul orqanlara üz tutaraq bu qanunsuzluğa son qoyulmasını xahiş edir. Lakin Vüqar Bağırov həmin ünvanda qanunsuz artırmalar etməklə insanları narazı salmaqda israrlı görünür. Vətəndaşların rahatlığını pozmaq hesabına restoran genişləndirmək və qazanc əldə etmək niyyəti göstərir ki, bu şəxs həm dövlət qanunlarına qarşı gedir, həm də vətəndaş hüquqlarını tapdalayır. Belə pozucu əməllərlə biznes qurmaq, çörək qazanmaq isə… Nə isə!
Hazırda Akif Nəzərovun müraciətində qeyd olunur ki, Vüqar Bağırovun həyətyanı sahəni qanunsuz zəbt edərək genişləndirməsi, artırmalar etməsi və havalandırma sisteminin texniki normalara uyğun olmaması ciddi narahatlıq yaradır. Bu səbəbdən təxirəsalınmaz tədbirlərin görülməsi artıq qaçılmazdır. V.Bağırovun saymazyana davranışı onun nə qanun, nə də dövlət tələbi tanıdığını nümayiş etdirir.
Qeyd edək ki, restoran və digər obyektlərdə aparılan qanunsuz artırmalar Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin birbaşa pozulmasıdır. Bura sənədsiz, icazəsiz və ya layihədən kənar inşa edilən bütün əlavə sahələr daxildir. Şikayəti nəzərə alaraq, aidiyyəti qurumlardan qanunamüvafiq tədbirlər görmələrini xahiş edirik./yenicag.az
Nərimanovda tikinti özbaşınalığı: Vüqar Bağırova kim “dur” deyəcək?
Gündəm / Təhsil / Üst xəbər
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil