11.03.2026
Azərbaycan Mərkəzi Bankı (AMB) risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən "Bank Nəzarəti Strategiyası"nı təsdiq edib.
Duzxeber.az AMB-yə istinadən xəbər verir ki, "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq və Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə sektorunun modernizasiyası layihəsi" çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüslər Mərkəzi Bank tərəfindən uğurla icra edilib. Belə ki, Strategiyanın ötən iki ili ərzində "Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası" (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf) təsdiq edilib, həmin Konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) çərçivəsində risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub.
Nəticədə, ötən ilin dekabr ayında "Azərbaycan Respublikası Mərkəzi Bankının banklara risk əsaslı nəzarət üzrə Təlimatı" təsdiq edilib. Sözügedən Təlimatdan irəli gələrək Mərkəzi Bank tərəfindən 2026-2027-ci illəri əhatə edən "Bank Nəzarəti Strategiyası" təsdiq edilib. Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:
Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;
Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;
Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;
Banklarda risk idarəetmə çərçivəsinin modernizasiyası;
Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.
Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün "Bank Nəzarəti Strategiyası"nda Mərkəzi Bankın tənzimləyici çərçivəsinin aşağıdakı istiqamətlər üzrə inkişafı hədəflənir:
Banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin modernizasiyası;
Mərkəzi Bank tərəfindən 2024-cü ildə təsdiq edilmiş "Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr"in bir hissəsinin tənzimləyici çərçivəyə daxil edilməsi;
Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində banklara münasibətdə Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin tətbiqi;
İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə inteqrasiyası.
Mərkəzi Bank tərəfindən risk əsaslı nəzarətin tətbiqi istiqamətində həyata keçirilən tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verir.
Azərbaycanda banklara belə nəzarət ediləcək

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
20.02.2026Tender müqavilələrinin imzalanması ilə bağlı yenilik -
23.01.2026Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi