13.03.2026
DogruXeber.tv xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiq edilən yeni idarəçilik modeli artıq öz real nəticələrini göstərməkdədir. Dövlət tərəfindən həyata keçirilən institusional islahatlar, xüsusilə xüsusi nümayəndəlik institutunun yaradılması regionların bərpası və sosial-iqtisadi dirçəliş prosesinə yeni dinamika qazandırıb. Bu model dövlət idarəçiliyində çevikliyi, məsuliyyətli yanaşmanı və vətəndaş məmnunluğunu əsas prioritetlərdən birinə çevirib.
Artıq dörd aydır ki, doğulub boya-başa çatdığım doğma kəndimdə yaşayıram. Lakin “yaşamaq” anlayışı burada yalnız fiziki mövcudluq demək deyil. Çünki insanın yaşaması üçün təkcə torpağa qayıtmaq kifayət etmir. Bunun üçün uyğun həyat şəraiti, sosial mühit, iş imkanları və məşğulluq lazımdır. Bu amillər təmin olunanda insan sadəcə mövcud olmur, eyni zamanda yaşayır, qurur və gələcəyini planlaşdırır.
Bu reallıqlar bir daha sübut edir ki, regionlarda həyatın bərpası və normal sosial ritmin formalaşması bilavasitə dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır. Dövlət tərəfindən təyin olunmuş səlahiyyətli nümayəndələrin öz vəzifələrinə məsuliyyətlə yanaşması, vətəndaşlarla birbaşa ünsiyyət qurması və problemlərin operativ həlli bölgələrdə ictimai məmnunluğun əsas göstəricilərindən biridir. Əks halda, idarəçilikdə məsuliyyətsizlik və laqeydlik hökm sürərsə, bu, vətəndaş narazılığına və sosial problemlərin dərinləşməsinə gətirib çıxarar.
Məlumdur ki, uzun illər ərzində ölkənin bəzi rayonlarında məhz yerli icra strukturlarının fəaliyyətində müşahidə olunan səhlənkarlıq və operativ idarəetmənin zəifliyi vətəndaşların narazılığına səbəb olurdu. Bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni idarəetmə mexanizminin tətbiqi barədə strateji qərar qəbul etdi və respublikanın müxtəlif bölgələrində Prezidentin xüsusi nümayəndəliklərinin yaradılmasına göstəriş verdi.
DogruXeber.tv qeyd edir ki, bu idarəçilik modelinin xüsusilə işğaldan azad olunmuş ərazilərdə tətbiqi dövlət siyasətinin uzaqgörənliyini və strateji mahiyyətini bir daha təsdiq edir. Çünki bu ərazilərdə təkcə infrastrukturun qurulması deyil, eyni zamanda sosial idarəetmənin düzgün təşkili və dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması mühüm əhəmiyyət daşıyır.
Bu gün həm jurnalist, həm də həmin bölgənin sakini kimi apardığım müşahidələr əsasında qətiyyətlə demək olar ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi hörmətli Vahid Hacıyev ölkə başçısının ona göstərdiyi etimadı praktik fəaliyyəti ilə doğrultmağı bacaran idarəçilərdən biridir. Bir neçə ay ərzində rayon və kənd sakinlərinin müraciətlərinə operativ yanaşma, problemlərin sistemli şəkildə araşdırılması və insanların gündəlik həyatına toxunan məsələlərin həllinə diqqət yetirilməsi bunu açıq şəkildə göstərir.
Kənd və rayon sakinlərinin səlahiyyətli qurum nümayəndələri ilə ünsiyyəti zamanı müşahidə olunan səmimi münasibət, diqqət və məsuliyyətli yanaşma onu deməyə əsas verir ki, bölgədə idarəçilik sadəcə formal inzibati fəaliyyət deyil, real problemlərin həllinə yönəlmiş praktiki mexanizm kimi formalaşmaqdadır.
Peşəkar jurnalist kimi fəaliyyətim dövründə müxtəlif vəzifəli şəxslərin fəaliyyətini daim diqqətlə izləyən və vəzifəsinə səhlənkar yanaşan məmurları açıq şəkildə tənqid edən bir insan olmuşam. Bu mövqe mənim peşə prinsipimdir. Məhz buna görə də hansısa vəzifəli şəxsin fəaliyyəti barədə müsbət fikir bildirilirsə, bu, şəxsi münasibətlərdən deyil, müşahidələrə və real faktlara əsaslanır.
Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə prosesləri göstərir ki, dövlət idarəçiliyində uğur yalnız strateji qərarların qəbul edilməsindən deyil, həmin qərarların yerli səviyyədə məsuliyyətli və peşəkar şəkildə icrasından asılıdır. Bu isə bir daha sübut edir ki, düzgün seçilmiş idarəçilik modeli regionların sosial və iqtisadi dirçəlişində əsas rol oynayır.
DogruXeber.tv-nin qənaətinə görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən idarəçilik modeli Azərbaycanın dövlət idarəçiliyində yeni və daha effektiv mərhələnin formalaşdığını göstərir. Bu proses təkcə torpaqların bərpası deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha sağlam, daha şəffaf və daha məsuliyyətli müstəvidə qurulmasına xidmət edir.
Kamal Əsgərov
Azad torpaqlarda idarəçilik necə dəyişdi?

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.02.2026Xocalı faciəsi bizim qan yaddaşımızdır -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir? -
29.11.2025QAZİ NÜŞRƏVAN YUSİFOV – VƏTƏN HƏSRƏTİNİN TARİXƏ DÖNÜŞƏN HARAYI
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi