24.03.2026
Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.
Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb. Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.
Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi? İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:
“Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyunktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər”.
Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir. Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir.
Bankların fəaliyyəti dayandırılacaq? - VİDEO
Bu yaxınlarda Azərbaycanda banklardan birinin fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına çevrilməsi bankların bağlanması məsələsini yenidən aktuallaşdırıb.Hələ 2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olsa da, ötən müddətdə bu göstərici iki dəfədən çox azalaraq 21-ə enib. Təkcə 2016-cı ildə 11 bank fəaliyyətini dayandırıb. Son illərdə isə prosesin bir qədər səngiməsi bank sahəsində islahatların yekunlaşdığı təəssüratı yaradırdı.
Maraqlıdır, bankların bağlanması prosesi bundan sonra da davam edə bilərmi? İqtisadçı Rəşad Həsənov Baku TV-yə bildirib ki, qısamüddətli dövrdə gözlənilməz qərarların verilməsi ehtimalı aşağıdır:
“Amma orta və uzunmüddətli perspektivdə, xüsusilə hazırkı dəyişkən və fluktuativ iqtisadi konyunktur şəraitində bankların birləşməsi, bank olmayan kredit təşkilatına çevrilməsi və ya fəaliyyətini dayandırması ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər. Eyni zamanda tənzimləyici tələblərin və normativ öhdəliklərin yerinə yetirilməməsi, eləcə də risklərin artması belə qərarlara səbəb ola bilər. Bəzi hallarda isə risklər minimum tələblərin pozulmasından deyil, gözlənilməz vəziyyətlərin yaranmasından qaynaqlana bilər ki, bu zaman Mərkəzi Bank tərəfindən bankların lisenziyası ləğv oluna bilər”.
Ekspert xatırladır ki, indiyədək bankların heç də hamısının maliyyə göstəricilərinin pisləşməsi səbəbindən fəaliyyəti dayandırılmayıb. Bir neçə bankın lisenziyası qurumun idarəedici strukturunun müvafiq müraciəti əsasında ləğv olunub. Bu da bank sektorunda iştirakçıların sayının dəyişməsinin təkcə maliyyə göstəricilərindən asılı olmadığını göstərir. Bankların maliyyə göstəricilərinə gəlincə isə 2026-cı ilin əvvəlinə olan məlumata görə, hazırda fəaliyyətdə olan banklardan yalnız birinin cəmi kapitalında azalma olub. Ümumilikdə bankların cəmi kapitalının 83 faizi 10 banka aiddir. Yerdə qalan 11 bankın payı isə 17 faizə bərabərdir.
Oxşar xəbərlər
Xəbər lenti
-
18.06.2026Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama
-
18.06.2026Pendirin bu xeyrini bilirdiniz?
-
18.06.2026Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir
-
18.06.2026ABŞ Avropadakı hərbi töhfələrini ixtisar edir – NATO
-
18.06.2026Sabah bütün pensiyalar ödəniləcək
-
18.06.2026Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
-
18.06.2026Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan
-
18.06.2026ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
-
18.06.2026Azərbaycanda doğulanlar azalıb
-
18.06.2026Neftin bu günə olan qiyməti
-
18.06.2026Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?
-
18.06.2026Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu
-
18.06.2026Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib
-
18.06.2026Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
17.06.2026Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib
-
17.06.2026Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu
-
17.06.20261 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi
-
17.06.2026Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
17.06.2026Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
17.06.2026Ən zəif internet provayderləri açıqlandı
-
17.06.2026Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar
-
17.06.2026İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı
-
17.06.2026Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
-
17.06.2026Göygöldə minlərlə manatlıq gül və ağac alınır
-
17.06.2026“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
-
17.06.2026Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı
-
17.06.2026Əhmədlidə açıq ərazidə yanğın başladı
-
17.06.2026DİN adından saxta cərimə mesajları yayılır: - Vətəndaşlar diqqətli olsun
-
17.06.2026Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
17.06.2026Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi



