24.03.2026
Duzxeber.az: - Bakıxanov qəsəbəsi ərazisində, Nazim İsmayılov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Möcüzə” Market ətrafında yaşayan sakinlərin narazılığı getdikcə artır. Redaksiyamıza daxil olan məlumatlara əsasən, sözügedən obyektin fəaliyyəti bir sıra qanun pozuntuları ilə müşayiət olunur.
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Daxil olmuş məlumata görə marketin sahibi əvvəlcə piyadaların gündəlik istifadə etdiyi səkini qanunsuz şəkildə obyektin ərazisinə birləşdirib. Nəticədə, vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş ictimai sahə faktiki olaraq zəbt edilib. Bu isə açıq şəkildə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş normaların pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, ictimai istifadədə olan torpaq sahələrinin özbaşına zəbt olunması inzibati məsuliyyət yaradır.
Bununla yanaşı, zəbt olunmuş ərazidə meyvə-tərəvəz satışı təşkil edildiyi bildirilir.Satış zamanı məhsullardan gələn pullar kassa aparatına daxil edilmir. Bu isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş qaydaların pozulması, yəni vergidən yayınma ehtimalını gündəmə gətirir. Vergi Məcəlləsinə əsasən, sahibkar həyata keçirdiyi bütün satış əməliyyatlarını rəsmiləşdirməli və uçota almalıdır.
Digər ciddi iddialardan biri isə işçilərlə bağlıdır. Bildirilir ki, marketdə çalışan mühafizəçilərin və satıcıların bir qismi ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin tələblərinin pozulması deməkdir. Qanuna görə, əmək münasibətləri yalnız rəsmi müqavilə əsasında tənzimlənməli, işçilərin hüquqları qorunmalıdır.
Ortaya belə suallar çıxır,niyə bu qədər açıq qanun pozuntularına baxmayaraq, müvafiq qurumlar tərəfindən ciddi tədbir görülmür, nə üçün vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına, vergidən yayınma və qeyri-rəsmi məşğulluq hallarına göz yumulur?
Bu vəziyyət təkcə bir sahibkarın qanun pozuntusu deyil, həm də nəzarət mexanizmlərinin effektiv işləmədiyini göstərir. Qanun qarşısında hər kəs bərabərdir və heç bir obyekt “xüsusi toxunulmazlıq” statusuna malik ola bilməz.Məsələ ilə bağlı aidiyyəti qurumların – vergi, əmək və yerli icra strukturlarının təcili araşdırma aparması və qanunauyğun tədbirlər görməsi gözlənilir. Cəmiyyət isə haqlı olaraq sual edir: qanunlar hamı üçün keçərlidirsə, niyə “Möcüzə” Marketdə bu açıq pozuntulara susqunluq nümayiş olunur?Qeyd olunan iddiaların nə dərəcədə əsaslı olduğunu müəyyən etmək üçün yaxın günlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti-nə rəsmi sorğular göndəriləcək. Bu qurumların məsələyə münasibəti və mümkün susqunluğunun səbəbləri də ayrıca araşdırılaraq ictimaiyyətə açıqlanacaq.//nyus.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
15.01.2026“Meyvə Bağları”nın rəhbəri Ələsgər Həmzəyev Oğuzda torpağımı zəbt edib -
19.12.2025Qaradağda qanunsuz tikinti dalğası: "Qara dərə" niyə nəzarətsiz qalıb? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
8.06.2026Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8.06.2026ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8.06.2026“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir
-
8.06.2026Sabah dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
8.06.2026ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb
-
8.06.2026Ruslan Quliyev vəfat etdi
-
8.06.2026Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olundu
-
8.06.2026Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? - AÇIQLAMA
-
8.06.2026Moskva məhkəməsi Xodorkovskini 10 il azadlıqdan məhrum edib
-
8.06.2026Dünyada taxıl 5%-ə yaxın bahalaşıb
-
8.06.2026Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
8.06.2026Belarus NATO üçün təhlükədir - Qof
-
8.06.2026Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? -Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
-
8.06.2026İraqda avtobus qəzadan sonra yandı, 25 nəfər öldü
-
8.06.2026Türkiyə və İran xarici işlər nazirləri telefon danışığı aparıblar
-
8.06.2026Aİ miqrantların deportasiya mərkəzləri üçün ölkələr axtarır
-
8.06.2026Evdəki bu bitki ilanları maqnit kimi çəkir
-
8.06.2026Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
8.06.2026Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar
-
8.06.2026Paşinyan qələbəsini elan etdi: "hökuməti təkbaşına quracağam"
-
8.06.2026Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb
-
8.06.2026Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silahlar istehsal edəcək
-
8.06.2026ASAN Xidmətdə maliyyə böhranı - İŞÇİLƏRİN MAAŞI YARIMÇIQ ÖDƏNİLİR
-
8.06.2026İlk qatlanan “iPhone” belə olacaq
-
8.06.2026Paşinyan seçkinin nəticəsini elan etdi
-
8.06.2026Ermənistanda seçkilərdə iştirak faizi 59 faizə yaxın olub
-
8.06.2026AYNA-da yoxlama - Anar Rzayevi nələr gözləyir?
-
6.06.2026“Real Madrid” onunla maraqlanır
-
6.06.2026Ukrayna daha bir kəndi itirdi



