“Azəriqaz”ın qaz xəttini yaşayış evlərinin içindən çəkməsinə son qoyulacaqmı?
Duzxeber.az: - Elə dünən idi, 300-500 manata göz dikən xalqın xidmətçilərinin maaşları astronomik sayılan həddə 13-17 min manata qaldırıldı. Hələ üstəlik xalqın 300-500 manatına göz dikən məmurlar kanalizasiyanı da, su, qaz , işıq , kommunikasiya xətlərini də xalqın boynuna qoyublar. Hələ xalqın hesabına çəkilən xətlərin “işlək qalmasına” sabit tarif də “dünya standartlarına” uyğun məmurların cibinə gedir. Di gəl, su , kanalizasiya, qaz xətləri dünya bir yana qalsın, heç yerli standarta uyğun deyil , məmurlar xidmətində durduqları xalqın vergisinin, rüşvətinin içində “üzürlər”, xalqın isə fövqəladə hallarda (yağış normadan “bir damcı” artıq olanda, qaz zəhərə dönəndə) üzməyə, nəfəsliyə belə halı olmur; xalq üzə bilmir, xalq bir qaşıq suda, zəhərə dönmüş qazda boğulur! Axı 300-500 manata göz dikən XALQ 3000-5000 MANATA QAZ, SU, KANALİZASİYA XƏTTİ ÇƏKSİN, ŞİŞİRTMƏ QAZPULU, İŞIQPULU, SUPULU, HƏKİMPULU, MÜVƏKKİLPULU, VƏKİLPULU, MƏHKƏMƏPULU, MƏHBƏSPULU, QANPULU VERSİN, UŞAQ SAXLASIN, MƏMUR SAXLASIN, “UÇASTKOVI” SAXLASIN, ƏSGƏR, QAZİ YETİŞDİRSİN, üzməyi bilər? Elə dünən də elə oldu, FÖVQƏLADƏ maaş və rüşvət içində “üzən” məmurlar və üzmək bilməyən, SUDA, QAZDA boğulan insanlar!
Bizi “barıtı çox etməkdə” suçlamaq fikrinə düşənlər yanılırlar, “barıt konkret faktlara uyğun qoyulub”. Faktlar isə , eldə deyilən kimidir, “göz deşir”. Aşıq gördüyünü, jurnalist faktları, başmaqçı başına gələnləri çağırar, deyiblər. Biz də başımıza gələnlərdən, gördüklərimizdən danışaq.
Nizami rayonu, Babək prospekti, 71 və 73 saylı binalarda 57 mm-lik , hətta 108 mm-lik qaz xətləri yaşayış otaqlarının içindən çəkilib. İnsanların həyatına bu gözlə görünən təhlükəyə nə FHN, nə “uçastkovı”, nə prokurorluq, nə ombudsman , nə məhkəmə , nə , nə, nə... son qoyur. Dəfələrlə FHN-in 112, DİN-in 102, Baş prokurorluğun 161, 961, Ombudsmanın 916 çağrı mərkəzlərinə zənglər , yazılı müraciətlər edilsə də, məhkəmədə iddia qaldırılsa da, heç bir sonuc yoxdur. İnsan həyatı məmurların “əyləncə dəhşətindən” ucuzdur. Hamı “Azəriqaz”ın rüşvətini Konstitusiyanın üstündə tutur. Rüşvətin, korrupsiyanın FÖVQƏLADƏ üstünlüyünə baxın, FHN TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) 1 ildir Prezidentin 2181 saylı fərmanını icra edib, Babək-71 saylı binanın yanındakı 18 ilin qeyri-yaşayış obyektinin istismarına razılıq vermir ki, su və qaz xidməti müsbət rəy vermir. (?) Halbuki FHN DYMX (Dövlət Yanğından Mühafizə Xidməti) təkrar baxışda obyektin heç bir təhlükə törətmədiyinə rəy verib və fərmanın icra müddəti ən çoxu 1 aydır . Su, kanalizasiya məmurlarının rüşvət xidmətinə gəldikdə isə elə FÖVQƏLADƏ HALDADIR ki!
Su, kanalizasiya rüşvətinə, korrupsiyasına baxın, “Azərsu” 11 il qabaq (06.01.2015-ci il tarixıi) texniki şərt verib və obyektin altından SU, KANALİZASİYA XƏTTİNİN KEÇMƏDİYİNİ təsdiq edib. (Keçsə idi, texniki şərt verilməzdi ). ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (PHŞ-nın idarə heyətinin sədr müavini Cabbar Cabbarlı) isə 04.08.2025-ci il tarixli məktubla bildirib ki, obyekt kanalizasiya xəttinin mühafizə zonasında olduğundan 1-ci dərəcəli Qarabağ qazisinin vəsaiti hasabına köçürüləcəyi halda müraciətə yenidən baxıla bilər.(?)
18 ildir tikilən, 11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” su xidmətinin FÖVQƏLADƏ “XİDMƏTHAQQI” tələbinin nəticəsidir ki, dünən su, kanalizasiya selində “üzməyə” qayıq” da olmadı.
“Q(ayı)q “xidməti” göstərən qurum isə FHN-dir...
Məğrur Bədəlsoy
Hurriyet.org![]()
![]()
![]()
18 ildir tikilən,11 il qabaq verilən texniki şərtdə altından su, kanalizasiya xətti keçməyən obyektin altından 11 il sonra kanalizasiya xətti “aşkarlayan” xidmət - FOTO
Gündəm / Hadisə
Mopedlə motosiklet toqquşdu - 2 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Səhv etmək insana xasdır: Uşaqlara sosial məsuliyyəti öyrətməyin 10 yolu
Gündəm / Cəmiyyət
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Gündəm / Səhiyyə / Üst xəbər
“103”ə zəng etməyin, bu nömrədən istifadə edin – Təcili yardımdan AÇIQLAMA
Gündəm / Bölgə / Cəmiyyət
Ağdamdan Xankəndiyə dəmir yolu ilə bağlı SON MƏLUMAT
Gündəm / Cəmiyyət
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Gündəm / Dünya
“Naftoqaz” şirkətinin müəssisəsi məhv edildi
Gündəm / Cəmiyyət
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Gündəm / Cəmiyyət
Azərbaycanda mal əti bahalaşdı
Gündəm / Bölgə
Prezident: Kəlbəcər, Ağdərə və Zəngilanda yataqlar işə salınacaq
Gündəm / Siyasət
İsraildən Ərdoğana “xəbərdarlıq”: Bir israilli əsgər...
Gündəm / Üst xəbər
Diplomsuz kosmetoloq pasiyentə zərər yetirdi - Estetik klinika CƏRİMƏLƏNDİ
Gündəm / Cəmiyyət
Azərbaycan Mərkəzi Bankından "Rabitəbank"la bağlı ŞOK QƏRAR
Gündəm / Cəmiyyət
Niyə uşaqlara qışqırmamalısınız? - Ani nəticələr baha başa gəlir
Gündəm / Sosial
Kamran Abdullayev SOCAR-da yüksək vəzifəyə təyin olundu - FOTO
Gündəm / Üst xəbər
"Araz Supermarket" barədə protokol tərtib olunub
Gündəm / Cəmiyyət / Manşet
Bakıda bəzi avtobuslardan narazılıq: "Qapıdan yıxılan olsa, kim cavab verəcək?" - Video
Gündəm / Səhiyyə
Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
Gündəm / Cəmiyyət
Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix
Gündəm / Manşet
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
Gündəm / Cəmiyyət
Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək
Gündəm / İdman
Dünya bu qoldan danışır - VİDEO
Gündəm / Kriminal
11 “WhatsApp” qrupu açıb, 1,2 milyon manat mənimsəyən qadın qərardan şikayətçidir
Gündəm / Hadisə
Bakı Konqres Mərkəzindəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Hadisə
Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü
Gündəm / Cəmiyyət
Havada tozun miqdarı normadan artıqdır
Gündəm / Cəmiyyət
Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
Gündəm / Manşet
Bölgələrdə pensiya NÖVBƏSİ - Bankomatlar nə üçün işləmir? - FOTOLAR
Gündəm / Təhsil
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
Gündəm / Dünya