31.03.2026
Duzxeber.az: - Naxçıvanda bir qrup müəllim yerli təhsil nazirinə etiraz olaraq bəyanat yayıb. Onlar iddia edirlər ki, nazir daha çox rüşvət toplaya bilmək üçün Azərbaycan qanunlarına zidd qərarlar qəbul edir.
Söhbət ölkə üzrə 2027-ci ildə keçirilməsi planlaşdırılan sertifikasiya imtahanının Naxçıvanda bu il, həm də bir ay sonra keçiriləcəyi ilə bağlı qərarın elan edilməsindən gedir. Müəllimlər bu qısa zaman kəsiyində imtahana normal hazırlaşa bilməyəcəklərini deyirlər.
Onların fikrincə, məqsəd müəllimləri çətin vəziyyətə salmaq və bununla da imtahanlarda rüşvət tələb olunmasına zəmin yaratmaqdır.
Müəllimlər Gündəlik Naxçıvan vasitəsi ilə ictimaiyyətə müraciət edərək, ayrıseçkiliyin, eyni ölkədə fərqli yanaşmanın aradan qaldırılmasını tələb edirlər:
“Əgər Naxçıvan Azərbaycanın bir hissəsidirsə, niyə ölkə üzrə verilən qərarlar burada başqa cür tətbiq olunur? Yanvarın sonuna qədər hamı düşünürdü ki, imtahan 2027-də olacaq. Birdən deyirlər ki, bu il, aprel-mayda keçiriləcək. Bu qədər qısa vaxtda hazırlaşmaq mümkün deyil. Müəllim həm dərs keçir, həm yoxlamalar aparır, həm də ailəsinə vaxt ayırmalıdır.
Bizim istəyimiz sadədir - hamıya eyni qayda tətbiq olunsun və biz də digər bölgələrdəki müəllimlərlə eyni vaxtda imtahan verək. Azərbaycanın digər bölgələrində işləyən müəllimlər artıq bilir ki, 2027-ci ildə imtahan verəcəklər və ona uyğun plan qurublar. Biz də planımızı belə qurmuşduq. Lakin, indi bizə deyiblər ki, hazırlaşın, 1-2 ay ərzində olacaq imtahanlar. Eyni ölkədə bu cür fərqli yanaşma anlaşılmazdır və ədalətsiz görünür.”
Müəllimlər bildirir ki, imtahanın dərs ilinin ortasında keçirilməsi də əlavə problem yaradır:
“Adətən bu cür imtahanlar dərs ili bitəndən sonra olur. Amma indi ən gərgin vaxtda bunu gündəmə gətiriblər. Hər şey üst-üstə düşür. Bu qədər qısa vaxt verib sonra nəticə tələb etmək nə dərəcədə düzgündür? İnsan hazırlaşa bilmirsə, nəticə necə obyektiv olacaq? Biz imtahandan qaçmırıq. Sadəcə istəyirik ki, hamıya eyni yanaşma olsun.”
Müəllimlər bu qərarın arxasında gizli məqsədin durduğundan şübhələnirlər:
“Bizdə belə təəsürat yaranır ki, bunu etməkdə məqsədləri daha çox rüşvət yığmaq üçün şərait yaratmaqdır. Bu yolla dagha çox müəllimin imtahandan kəsilməsini, ikinci turda onlardan rüşvət tələb etmələri üçün zəmin yaradırlar.”
Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI...
Duzxeber.az: - Naxçıvanda bir qrup müəllim yerli təhsil nazirinə etiraz olaraq bəyanat yayıb. Onlar iddia edirlər ki, nazir daha çox rüşvət toplaya bilmək üçün Azərbaycan qanunlarına zidd qərarlar qəbul edir.Söhbət ölkə üzrə 2027-ci ildə keçirilməsi planlaşdırılan sertifikasiya imtahanının Naxçıvanda bu il, həm də bir ay sonra keçiriləcəyi ilə bağlı qərarın elan edilməsindən gedir. Müəllimlər bu qısa zaman kəsiyində imtahana normal hazırlaşa bilməyəcəklərini deyirlər.
Onların fikrincə, məqsəd müəllimləri çətin vəziyyətə salmaq və bununla da imtahanlarda rüşvət tələb olunmasına zəmin yaratmaqdır.
Müəllimlər Gündəlik Naxçıvan vasitəsi ilə ictimaiyyətə müraciət edərək, ayrıseçkiliyin, eyni ölkədə fərqli yanaşmanın aradan qaldırılmasını tələb edirlər:
“Əgər Naxçıvan Azərbaycanın bir hissəsidirsə, niyə ölkə üzrə verilən qərarlar burada başqa cür tətbiq olunur? Yanvarın sonuna qədər hamı düşünürdü ki, imtahan 2027-də olacaq. Birdən deyirlər ki, bu il, aprel-mayda keçiriləcək. Bu qədər qısa vaxtda hazırlaşmaq mümkün deyil. Müəllim həm dərs keçir, həm yoxlamalar aparır, həm də ailəsinə vaxt ayırmalıdır.
Bizim istəyimiz sadədir - hamıya eyni qayda tətbiq olunsun və biz də digər bölgələrdəki müəllimlərlə eyni vaxtda imtahan verək. Azərbaycanın digər bölgələrində işləyən müəllimlər artıq bilir ki, 2027-ci ildə imtahan verəcəklər və ona uyğun plan qurublar. Biz də planımızı belə qurmuşduq. Lakin, indi bizə deyiblər ki, hazırlaşın, 1-2 ay ərzində olacaq imtahanlar. Eyni ölkədə bu cür fərqli yanaşma anlaşılmazdır və ədalətsiz görünür.”
Müəllimlər bildirir ki, imtahanın dərs ilinin ortasında keçirilməsi də əlavə problem yaradır:
“Adətən bu cür imtahanlar dərs ili bitəndən sonra olur. Amma indi ən gərgin vaxtda bunu gündəmə gətiriblər. Hər şey üst-üstə düşür. Bu qədər qısa vaxt verib sonra nəticə tələb etmək nə dərəcədə düzgündür? İnsan hazırlaşa bilmirsə, nəticə necə obyektiv olacaq? Biz imtahandan qaçmırıq. Sadəcə istəyirik ki, hamıya eyni yanaşma olsun.”
Müəllimlər bu qərarın arxasında gizli məqsədin durduğundan şübhələnirlər:
“Bizdə belə təəsürat yaranır ki, bunu etməkdə məqsədləri daha çox rüşvət yığmaq üçün şərait yaratmaqdır. Bu yolla dagha çox müəllimin imtahandan kəsilməsini, ikinci turda onlardan rüşvət tələb etmələri üçün zəmin yaradırlar.”
Oxşar xəbərlər
-
12.03.2026Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
16.02.2026NAXCIVANI AZƏRBAYCANDAN AYIRAN TƏHSİL NAZİRİNİN SKANDAL QƏRARLARI; ELXAN NƏCƏFOV NƏ ETMƏK İSTƏYİR? -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi
-
26.06.2026Onun portreti 1.7 milyon dollara satıldı
-
26.06.2026Rusiya Ermənistana daha bir qadağa qoydu
-
26.06.2026Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə
-
26.06.2026Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı
-
26.06.2026DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb
-
26.06.2026Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
-
26.06.2026Nənə qızını və 4 nəvəsini öldürdü
-
26.06.2026Həbsxanalarda bu il 31 cütlük ailə qurdu
-
26.06.2026Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
26.06.2026Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
26.06.2026Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
26.06.2026Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
26.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
26.06.2026Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?
-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
-
26.06.2026Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ



