Canlı yayım
Bugün, 16:00

Separatçılar Parisdə: “Qayıdış” nağılı və dilənçilik missiyası


Separatçıların bir qrup nümayəndəsi bu yaxınlarda Fransaya səfər edib.

Duzxeber.az
xəbər verir ki, həmin dəstəyə özünü qondarma “Qarabağ parlamenti”nin “sədir” kimi təqdim edən Aşot Danelyan başçılıq edib.
Danelyan rəsmi şəxslərlə görüşməyib. Daha doğrusu, görüşə bilməyib. Amma əvəzində Parisdəki erməni kilsəsinin yepsikopu Qriqor Xaçatryanla bir araya gəlib.

Həmin görüşdə “Qarabağ xalqının hüquqlarının bərpası” məsələsi müzakirə olunub. Bunun üçün birlikdə hərəkət etmək qərarı alınıb.

Bu səfərin yeganə məqsədi təkcə bu olmayıb. Tribuna.az xəbər verir ki, Ermənistanda əl-qol aça bilməyən, vaxtıyla Qarabağda talançılıqla məşğul olan separatçılar, həm də pul dilənmək üçün erməni diasporunun nümayəndələri ilə təmas qurublar. İşğal dövründə hər il milyonlarla dollar pul qopardıqları diasporadan dəstək istəyiblər.//Tribuna.az 

Xəbər lenti