16.04.2026
Turkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində baş verən məktəb hücumlarından sonra ölkə üzrə bütün təhsil müəssisələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Duzxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraş və Şanlıurfa şəhərlərindəki hadisələrdən sonra ölkənin Daxili İşlər Nazirliyinin qərarı ilə məktəblərin ətrafında polis nəzarəti artırılıb.
Görülən tədbirlər çərçivəsində ölkə üzrə bütün məktəblərin qarşısında ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub. Təhsil saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyini təmin etmək üçün, zərurət yarandıqda, əlavə qüvvələrin də cəlb ediləcəyi bildirilib.
Bundan başqa, ölkənin daxili işlər naziri Mustafa Çiftçi və milli təhsil naziri Yusuf Tekin görüş keçirərək məktəblərdə və ətrafında görüləcək təhlükəsizlik tədbirlərini müzakirə ediblər.
Məlumata görə, məktəblərin daxili və xarici təhlükəsizliyi, ziyarətçi siyasəti yenidən nəzərdən keçiriləcək.
İclasda təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəaliyyət planının hazırlanması qərara alınıb. Yeni strategiyaya əsasən, ölkənin bütün vilayətləri üzrə risk qiymətləndirmələri yenilənəcək və hər bölgənin ehtiyacına uyğun xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
Təhlükəsizlik strategiyasının ən mühüm bəndlərindən biri erkən müdaxilə mexanizmlərinin qurulmasıdır. Bu çərçivədə məktəb rəhbərliyi, psixoloji məsləhət xidmətləri, müəllimlər və ailələr hüquq-mühafizə orqanları ilə sıx təmasda fəaliyyət göstərəcəklər. Beləliklə, yarana biləcək hər hansı riskli vəziyyətin ilkin mərhələdə müəyyən edilməsi və çevik reaksiya verilməsi təmin ediləcək.//Milli.Az
Məktəbləri polis qoruyacaq - Qərar VERİLDİ
Turkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində baş verən məktəb hücumlarından sonra ölkə üzrə bütün təhsil müəssisələrində təhlükəsizlik tədbirləri sərtləşdirilib.Duzxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kahramanmaraş və Şanlıurfa şəhərlərindəki hadisələrdən sonra ölkənin Daxili İşlər Nazirliyinin qərarı ilə məktəblərin ətrafında polis nəzarəti artırılıb.
Görülən tədbirlər çərçivəsində ölkə üzrə bütün məktəblərin qarşısında ən azı iki polis əməkdaşı xidmətə cəlb olunub. Təhsil saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyini təmin etmək üçün, zərurət yarandıqda, əlavə qüvvələrin də cəlb ediləcəyi bildirilib.
Bundan başqa, ölkənin daxili işlər naziri Mustafa Çiftçi və milli təhsil naziri Yusuf Tekin görüş keçirərək məktəblərdə və ətrafında görüləcək təhlükəsizlik tədbirlərini müzakirə ediblər.
Məlumata görə, məktəblərin daxili və xarici təhlükəsizliyi, ziyarətçi siyasəti yenidən nəzərdən keçiriləcək.
İclasda təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəaliyyət planının hazırlanması qərara alınıb. Yeni strategiyaya əsasən, ölkənin bütün vilayətləri üzrə risk qiymətləndirmələri yenilənəcək və hər bölgənin ehtiyacına uyğun xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
Təhlükəsizlik strategiyasının ən mühüm bəndlərindən biri erkən müdaxilə mexanizmlərinin qurulmasıdır. Bu çərçivədə məktəb rəhbərliyi, psixoloji məsləhət xidmətləri, müəllimlər və ailələr hüquq-mühafizə orqanları ilə sıx təmasda fəaliyyət göstərəcəklər. Beləliklə, yarana biləcək hər hansı riskli vəziyyətin ilkin mərhələdə müəyyən edilməsi və çevik reaksiya verilməsi təmin ediləcək.//Milli.Az
Oxşar xəbərlər
-
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
24.12.2025Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
27.06.2026Azərbaycanda bazar günü hava yağmurlu olacaq
-
27.06.2026Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama
-
27.06.2026Cəlilabadda yaşayış evi yanaraq kül oldu
-
27.06.2026Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
-
27.06.2026Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
-
27.06.2026Onlara general rütbəsi verildi – SİYAHI
-
27.06.2026Bu gün Bakıda UFC turniri keçiriləcək
-
27.06.2026Azərbaycan duz istehsalını artırıb
-
27.06.2026Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı
-
27.06.2026İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
27.06.2026Çimərliyə getmək istəyənlərin nəzərinə!
-
27.06.2026DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi
-
27.06.2026Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
-
27.06.2026Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski
-
27.06.2026İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...
-
27.06.2026Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb
-
26.06.2026Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...
-
26.06.2026Türkiyədə azərbaycanlı qadın həbs olundu
-
26.06.2026Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
-
26.06.2026Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi
-
26.06.2026Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
-
26.06.2026Ebola virusundan ölənlərin sayı artır
-
26.06.2026Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi
-
26.06.2026Məşhur müğənni öldü - FOTO
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026Şəkidə evdən meyit tapıldı
-
26.06.2026ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım
-
26.06.2026“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir
-
26.06.2026Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
-
26.06.2026Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi



