4.06.2026
"Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub və bu barədə çox sual gəlir ki, vətəndaşın kartından əlavə pul tutulacaq? Xeyr, istehlakçının kartından ayrıca yeni komissiya tutulmur".
DuzXeber.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər:
"Məsələn, Əhməd dayı marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Əhməd dayı üçün 100 manat elə 100 olaraq qalacaq. Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib.
Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı. İstehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür. Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir".
İqtisadçı bildirib ki, yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür: "Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi. Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək"./unikal.az
Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!
"Azərbaycan Mərkəzi Bankı bank kartları ilə ödənişlərdə tətbiq olunan komissiyalara limit qoyub və bu barədə çox sual gəlir ki, vətəndaşın kartından əlavə pul tutulacaq? Xeyr, istehlakçının kartından ayrıca yeni komissiya tutulmur".DuzXeber.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, banklar və ödəniş iştirakçıları kartla ödəniş zamanı öz aralarında bölüşdürdükləri interçeync komissiyasına görə artıq müəyyən edilmiş yuxarı həddi keçə bilməyəcəklər:
"Məsələn, Əhməd dayı marketdə kartla 100 manat ödəyəndə əvvəllər həmin məbləğin, tutaq ki, 2 manata yaxın hissəsi banklar arasında komissiya kimi bölüşdürülə bilirdisə, indi yeni qərarla supermarket və ərzaq kateqoriyasında bu hədd maksimum 1 manat 25 qəpik olacaq. Əhməd dayı üçün 100 manat elə 100 olaraq qalacaq. Beləliklə, yeni limitlərə görə dərman və aptek, həmçinin ərzaq və supermarket kateqoriyalarında bu hədd 1.25 faiz, benzin satışında 0.75 faiz, ümumi kateqoriyada isə 1.5 faiz müəyyən edilib.
Bu qərarın əsas məqsədi nağdsız ödənişləri genişləndirmək, POS terminlların yayılmasını sürətləndirmək və xüsusilə kiçik sahibkarların kart qəbul etməyə marağını artırmaqdır. Çünki bəzi obyektlər yüksək komissiyaya görə kart qəbuluna isti baxmırdı. İstehlakçı qısa müddətdə ciddi mənfi təsir hiss etməyəcək. Əksinə, kartla ödəniş imkanlarının daha da genişlənməsi mümkündür. Amma qərarın dolayı təsirləri də ola bilər. Dünya praktikasında interçeng tipli gəlirlərin retail yönümlü bankların ümumi gəlirlərində payı təxminən 2-6 faiz civarında qiymətləndirilir. Azərbaycanda dəqiq statistika açıqlanmasa da, oxşar diapazon ehtimal edilir".
İqtisadçı bildirib ki, yeni limitlərdən sonra bu gəlirlərdə müəyyən azalma mümkündür: "Buna görə gələcəkdə bəzi keşbek kampaniyalarının zəifləməsi, bonus proqramlarının azalması, müəyyən kart üstünlüklərinin dəyişməsi, bəzi xidmətlərin ödənişli olması və ya premium kart modellərinin genişlənməsi ehtimalı var. Çünki bir çox loyallıq proqramları məhz həmin komissiya gəlirləri hesabına maliyyələşirdi. Uzunmüddətli baxanda isə bu addım daha çox nağdsız iqtisadiyyatın böyüməsinə, dövriyyənin şəffaflaşmasına və ödəniş bazarında daha sistemli qaydaların formalaşmasına təsir edəcək"./unikal.az
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
6.02.2026Agentlik 6 milyon manata 24 ölkədən Azərbaycana jurnalist və bloger gətirəcək - TƏFƏRRÜAT -
14.01.2026"Referans”ın dövlət qurumları ilə dərman biznesi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
5.06.2026İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf
-
5.06.2026Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?
-
5.06.2026Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI
-
5.06.2026Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
5.06.2026Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ
-
5.06.2026Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ
-
5.06.2026“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
-
5.06.202649 nəfər səhrada susuzluqdan öldü
-
5.06.2026Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi
-
5.06.2026Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib
-
5.06.2026Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...
-
5.06.2026Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı
-
5.06.2026BMT: Dünyada ərzaq ucuzlaşıb
-
5.06.2026Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
-
5.06.2026Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər
-
5.06.2026Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər
-
5.06.2026Hicran Hüseynova dünyasını dəyişdi
-
5.06.2026“Liverpul” yeni baş məşqçisini açıqladı
-
5.06.2026İtaliyada dörd miqrant diri-diri yandırıldı
-
5.06.2026Məhv olmuş planetin ilk qəti sübutu tapıldı
-
5.06.2026Oğluna dördüncü dəfə Laçında toy etdi
-
5.06.2026ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb
-
5.06.2026Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək
-
5.06.2026Putin İlham Əliyevə buna görə təşəkkür etdi
-
5.06.2026Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir
-
5.06.2026Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
-
5.06.2026Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
5.06.2026Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı
-
5.06.2026Zelenski Putinə görüş və atəşkəs təklif edib
-
4.06.2026Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə



