Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

DuzXeber.az xəbər verir ki, yeni qaydalara görə əvvəllər istifadə olunan avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) ləğv edilərək onun yerinə nəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal (AVSƏ) tətbiq olunacaq. Eyni zamanda, Bonus-Malus sistemi də sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz edilib.
Beləliklə, bundan sonra icbari avtomobil sığortasının dəyəri hesablanarkən sürücünün və ya sahibin sığorta tarixçəsi əsas göstəricilərdən biri olacaq. Yeni qaydalara əsasən, sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən edilə bilər.
Bu əmsal hər bir şəxs üçün fərdi qaydada formalaşdırılacaq və onun əvvəlki sığorta fəaliyyəti, qəza tarixçəsi, eləcə də tətbiq olunan güzəşt və əlavələr nəzərə alınacaq. Fiziki şəxslər üçün avtomobilin bir neçə sahibi olduğu halda, hesablamada ən yüksək sığorta tarixçəsi əmsalına malik şəxsin göstəricisi əsas götürüləcək.
Bundan başqa, avtomobil satılmadığı təqdirdə, müqavilə bağlanmazdan əvvəlki son bir ay ərzində həmin nəqliyyat vasitəsinə sahib olmuş şəxslər də əmsalın hesablanmasında nəzərə alınacaq.
Hüquqi şəxslərə məxsus avtomobillər üçün isə, əgər nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə olunmursa, sığorta tarixçəsi əmsalı sabit olaraq 1 qəbul ediləcək və ona əlavə güzəşt və ya artırma tətbiq olunmayacaq.
Yeni sistemdə ilk dəfə icbari sığorta müqaviləsi bağlayan şəxslər, eləcə də sığorta hadisəsi ilə bağlı mənfi tarixçəsi olmayan sürücülər üçün başlanğıc əmsal 1 olaraq müəyyənləşdirilib.
Qaydalara əsasən, əgər sürücü uzun müddət qəzasız fəaliyyət göstərərsə və son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olarsa, hər dəfə sığorta tarixçəsi əmsalına 5 faiz endirim tətbiq ediləcək.
Əksinə, sürücünün təqsiri ilə baş vermiş və sığorta ödənişi aparılmış hər bir hadisə üzrə əmsal 30 faiz artırılacaq. Bu artım şəxsin həmin vaxt sığortalı olub-olmamasından asılı olmayaraq nəzərə alınacaq. Taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün də hər sığorta hadisəsinə görə eyni həcmdə 30 faiz əlavə tətbiq ediləcək.
Xatırladaq ki, sığorta tarixçəsi anlayışı şəxsin bağladığı sığorta müqavilələri və onun təqsiri ilə baş vermiş, sığorta hadisəsi kimi qeydə alınan hallarla bağlı məlumatların məcmusunu əhatə edir. Sığorta tarixçəsi əmsalı isə həmin məlumatlar əsasında müəyyənləşdirilən və sığorta haqqının hesablanmasında istifadə olunan göstəricidir. Qiymətləndirmə subyektləri dedikdə isə nəqliyyat vasitələrinin aid olduğu qiymətləndirmə qrupları üzrə sığorta tarixçəsinə uyğun olaraq onlara güzəşt və ya əlavə tətbiq edilən şəxslər nəzərdə tutulur./milli.az
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
24.02.2026Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
17.06.2026Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu
-
17.06.20261 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi
-
17.06.2026Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
17.06.2026Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi
-
17.06.2026Ən zəif internet provayderləri açıqlandı
-
17.06.2026Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar
-
17.06.2026İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı
-
17.06.2026Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
-
17.06.2026Göygöldə minlərlə manatlıq gül və ağac alınır
-
17.06.2026“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
-
17.06.2026Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı
-
17.06.2026Əhmədlidə açıq ərazidə yanğın başladı
-
17.06.2026DİN adından saxta cərimə mesajları yayılır: - Vətəndaşlar diqqətli olsun
-
17.06.2026Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
17.06.2026Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi
-
17.06.2026Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?
-
17.06.2026Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək
-
17.06.2026Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır
-
17.06.2026Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi
-
17.06.2026Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
-
17.06.2026Qanunsuz silah-sursat aşkarlandı
-
17.06.2026Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
17.06.2026“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”
-
17.06.2026Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu
-
17.06.2026Hörmüz boğazından keçid pullu ola bilər
-
17.06.2026Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi
-
17.06.2026Maştağada bədbəxt hadisə
-
17.06.2026Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video
-
17.06.2026Əməkdar artistin xanəndə oğlu vəfat etdi
-
17.06.2026İlham Əliyevdən mühüm FƏRMAN



