Milli Məclisin Elm və təhsil komitəsinin dünən baş tutan iclasında komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
DuzXeber.az Bakupost.az-a istinadən xəbər verir ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur.
Komitə iclasında qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.
Amma təəssüf ki, “Ümumi təhsil haqqında” Qanuna yeni dəyişiklik şərh edilərkən bəzi anlaşılmazlıqlar yaranıb. Belə ki, bəzi hallarda bu “müəllimlər üçün vahid geyim forması” - eyni model kostyum və ya paltar kimi başa düşülüb. Halbuki qanun layihəsində belə sərt tələb qoyulmur. Burada söhbət vahid forma yox, peşəyə uyğun dres-kod tələbindən gedir.
“Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı təklifdə, maddə 4-də təhsilverənlər (yəni müəllimlər) üçün “vahid geyim forması” yox, “geyim ilə bağlı tələblər”dən söhbət gedir. Qanunun 12.13-cü maddəsinə əlavə olunan yeni müddəada dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən olunması təsbit edilir. Bu tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunması nəzərdə tutulur.
Bu isə, heç də məcburi “vahid paltar” demək deyil, səliqəli və peşəkar geyim standartıdır. Yəni müəllimin geyimi səliqəli, peşəkar və tədris mühitinə uyğun olmalıdır ki, dərs dediyi şagirdlərdə də anoloji mühit aşılansın.
Burada başlıca məqsəd məktəbdə peşəkar iş mühiti və təşkilati mədəniyyəti gücləndirmək, müəllim nüfuzunu artırmaq, sosial bərabərliyi dəstəkləmək, şagirdlərin diqqətini dərsə yönəltməkdən ibarətdir.
Dəyişiklik niyə önəmlidir?
Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Bakı və regionlar üzrə indiyə qədər 10-dan artıq məktəb öz qərarları ilə müəllimlərin vahid formaya keçidini tətbiq edib: “Bu nümunənin Azərbaycan cəmiyyətində daha geniş tətbiqi arzuolunandır. Çünki yaxşı effekt verir”.
Ekspert qeyd edir ki, belə bir qərarın olması bir tərəfdən, müəllimlərin, xüsusilə xanım müəllimlərin vaxtına qənaətdir. Digər tərəfdən, bu həm də şagirdlərin müəllimə münasibətinə və müəllim nüfuzuna xidmət edəcək bir məsələdir: “Beynəlxalq təcrübədə də vahid forma anlayışı olmasa da, müəllimlər üçün geyim formasında müəyyən məhdudiyyətlər var. Azərbaycanda da Elm və Təhsil Nazirliyinin təhsilverənlərlə bağlı “Etik davranış qaydaları” tətbiq olunub ki, burada da geyim formaları ilə bağlı xüsusi qeydlər var. Başqa bir tərəfdən, Pedaqoji Şuranın qərarı olmadan belə, müəllimlər arasında məktəbə ətəklər qara, köynəklər ağ formada gəlməklə bağlı ümumi razılıq var. Bəzi məktəblər rəsmi qərar olmadan gündəlik fəaliyyətlərini belə müəyyənləşdirib”.
Həmsöhbətimizə görə, həmin prosesə kütləvi keçid müəllimlərin digər ictimai yerlərdə də nüfuzlarının qorunması baxımından müəyyən şans yaradacaq: “Başqa bir tərəfdən, aparılan müzakirələrdən görünür ki, qərara əməl etməyənlərə münasibətdə cərimələrin tətbiqi də nəzərdə tutulmur. Sadəcə, Pedaqoji Şuraların özləri müəllimlərin etik davranış qaydalarına əməl olunub-olunmaması ilə bağlı müəyyən tənbeh tədbirləri görəcək”.
Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, müəllimlərlə bağlı bu kimi addımlar bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunur: “Qarşımızda Cənubi Koreya, Skandinaviya ölkələri təcrübələri var. Müəllim forması məsələsi hər hansı bir neqativ və ya pozitivlə ölçülmür. Pedaqogika kiçik nüanslara belə zərgər dəqiqliyi ilə yanaşma tələb edən sahədir”.
Ekspert düşünür ki, müəllimin formada olması sinif daxilində, pedaqoji işin təşkili prosesində, şagirdlərin fokuslanmasında, onların təhsil mühitinə bağlılığı baxımından daha üstün mövqe yaradır: “Pedaqoji qanunlar şagird psixologiyası, zehniyyəti əsasında müəyyənləşir. Şagird müəllimin də formada olduğunu, səliqəli geyindiyini görəndə, özünün şüurunda ona qaydaların tərkib hissəsi kimi baxır. Belə olduqda bu dəyərləndirmə prosesi ona başqa dəyərlər də əlavə edir. Bu məsələ təkcə geyimdən ibarət deyil. Şagird zehniyyəti müəllimi prosesin fərdi kimi görəndə özü də nəyəsə daha yaxşı maraq göstərir. Bu addım hər hansı bir zərərə, ziyana xidmət etmir, olsa daha yaxşıdır”.
Gündəm / Cəmiyyət
Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?
Gündəm / İdman
“Qarabağ” azarkeşləri üçün məyusedici xəbər...
Gündəm / Təhsil / Üst xəbər
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Gündəm / Cəmiyyət
Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq
Gündəm / Kriminal
Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI
Gündəm / Dünya
Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
Gündəm / Üst xəbər
“Hörmüz boğazı tam blokadaya alına bilər” - İrandan ABŞ-yə hədə
Gündəm / Sosial
ASCO rəsmisi: "Xəzərin səviyyəsi hər il 15-20 santimetr enir"
Gündəm / Hadisə
Bakı təyyarəsi 11 saat yerdə qaldı - Hava limanında HƏYƏCAN
Gündəm / Hadisə
Tiflis-Bakı qatarının qarşısına çıxan şəxs öldü
Gündəm / Üst xəbər
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Gündəm / Hadisə
Hacıqabulda ağır qəza - 2 ölü, 4 yaralı
Gündəm / İdman
Çempionlar Liqası: Əsas mərhələyə start verilir
Gündəm / Dünya
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - Analitik
Gündəm / Üst xəbər
Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
Gündəm / Təhsil
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir - “Çox ciddi problemlər var” - VİDEO
Gündəm / Dünya
Avstraliyada ilk dəfə göbələkdən hazırlanmış tabutla dəfn keçirildi
Gündəm / Hadisə
Tovuzda dəhşətli qəza: Ölən var
Gündəm / Cəmiyyət
Bakıda güclü yağış yolları iflic etdi – Küçələr keçilməz hala düşdü
Gündəm / Manşet
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Gündəm / Hadisə
Qubada kanaldan meyit tapıldı
Gündəm / Hadisə
Şüşə balkon qırıldı, qadının başına düşdü - Video
Gündəm / Hadisə / Mədəniyyət
İlham Mirzəyevin vəziyyəti ağırdır
Gündəm / Manşet
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Gündəm / Təhsil
Məleykə Abbaszadə: Ədalət yalnız hamıya eyni qaydanı tətbiq etmək deyil
Gündəm / Hadisə
Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR - FOTO
Gündəm / Siyasət
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?
Gündəm / Üst xəbər
Bakını vuracaq leysanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Gündəm / Siyasət / Dünya
İran rejiminin sonu yaxınlaşır - İsrailin Təhlükəsizlik Kabineti toplaşdı
Gündəm / Dünya
Dünya böhrana hazırlaşır: Mərkəzi banklar qızıl ehtiyatlarını köçürür
Gündəm / İdman