Canlı yayım
17.06.2026

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi rayonda abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi məqsədilə yeni satınalma müqaviləsinə imza atıb.
DuzXeber.az-ın  məlumatına görə, qurumun elan etdiyi "Yaşıllaşdırma sahəsi üzrə gül kolları və ağacların satın alınması" tenderinin qalibi fiziki şəxs Qədirov Qədir Zatov oğlu olub. VÖEN-i 5100718202 olan fərdi sahibkarla bağlanmış rəsmi müqavilənin ümumi maliyyə dəyəri 6 550 AZN təşkil edir.
Xatırladaq ki, Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyi (MKTİB), Göygöl Rayon İcra Hakimiyyətinə tabe olan və rayon mərkəzi ilə yanaşı Ağdağ qəsəbəsinin müəyyən hissəsində mənzil-kommunal xidmətlərini həyata keçirən dövlət qurumudur./32gun.az

Xəbər lenti