30.06.2026
Əmtəə birjalarında qızılın qiyməti itkilərini davam etdirir və 2008-ci ilin oktyabr ayından bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır.
DuzXeber.az xəbər verir ki, qızılın qiymətindəki aylıq itki təxminən 13 faizə çatır. Əgər bu itiklər gün ərzində davam edərsə bu, qızılın qiymətində ardıcıl 4-cü aylıq geriləmə olacaq. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası 3990-4020 dollar civarındadır.
Bundan başqa, ABŞ-İran müharibəsi səbəbindən enerji qiymətlərinin artmasının inflyasiya və faiz dərəcələrinin artacağı ilə bağlı gözləntiləri gücləndirməsi fonunda qızılın qiymətində 2024-cü ildən bəri ilk, 2013-cü ilin ikinci rübündən indiyədək isə ən böyük rüblük geriləmə qeydə alınması gözlənilir.
Analitiklərin fikrincə, qızılın qiyməti Yaxın Şərqdəki qeyri-müəyyənliyin azalması və ABŞ-də yüksək inflyasiyanı aşağı səviyyədə saxlamaq üçün uçot dərəcəsinin artırılmağa davam edəcəyi ilə bağlı gözləntilərin güclənməsi fonunda ucuzlaşır. Artan inflyasiya göstəricisi, yüksək faiz dərəcəsi ilə bağlı gözləntilər, eləcə də dolların dəyər qazanması qızılı dəstəkləyən bütün müsbət amilləri üstələyir. İnflyasiyaya qarşı hedcinq kimi qəbul edilən qızıl yüksək faiz dərəcələri mühitində faiz gəlirlərinin olmaması səbəbindən investorlar üçün cəlbediciliyini itirir. Dollar indeksi isə bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.
Mütəxəssislər ilin ikinci yarısında qızılın qiymətinin 3500-4400 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə, qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələ bilər.
Qızılın qiyməti 2008-ci ildən bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır
Əmtəə birjalarında qızılın qiyməti itkilərini davam etdirir və 2008-ci ilin oktyabr ayından bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır.DuzXeber.az xəbər verir ki, qızılın qiymətindəki aylıq itki təxminən 13 faizə çatır. Əgər bu itiklər gün ərzində davam edərsə bu, qızılın qiymətində ardıcıl 4-cü aylıq geriləmə olacaq. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası 3990-4020 dollar civarındadır.
Bundan başqa, ABŞ-İran müharibəsi səbəbindən enerji qiymətlərinin artmasının inflyasiya və faiz dərəcələrinin artacağı ilə bağlı gözləntiləri gücləndirməsi fonunda qızılın qiymətində 2024-cü ildən bəri ilk, 2013-cü ilin ikinci rübündən indiyədək isə ən böyük rüblük geriləmə qeydə alınması gözlənilir.
Analitiklərin fikrincə, qızılın qiyməti Yaxın Şərqdəki qeyri-müəyyənliyin azalması və ABŞ-də yüksək inflyasiyanı aşağı səviyyədə saxlamaq üçün uçot dərəcəsinin artırılmağa davam edəcəyi ilə bağlı gözləntilərin güclənməsi fonunda ucuzlaşır. Artan inflyasiya göstəricisi, yüksək faiz dərəcəsi ilə bağlı gözləntilər, eləcə də dolların dəyər qazanması qızılı dəstəkləyən bütün müsbət amilləri üstələyir. İnflyasiyaya qarşı hedcinq kimi qəbul edilən qızıl yüksək faiz dərəcələri mühitində faiz gəlirlərinin olmaması səbəbindən investorlar üçün cəlbediciliyini itirir. Dollar indeksi isə bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.
Mütəxəssislər ilin ikinci yarısında qızılın qiymətinin 3500-4400 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə, qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələ bilər.
Oxşar xəbərlər
-
20.04.2026“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.12.2025Problemli kreditlərlə bağlı MÜHÜM AÇIQLAMA -
23.12.2025Qızılın qiyməti tarixi rekord həddə çatıb
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



