4.07.2026
Dünya ticarətinin ən mühüm dəniz qapılarından sayılan Bosfor və Dardanel boğazlarından keçid bahalaşıb. Türkiyənin tranzit rüsumlarını növbəti dəfə artırması ilk baxışda yalnız gəmiçilik sektoruna aid qərar kimi görünsə də, ekspertlər hesab edirlər ki, bu dəyişiklik Qara dəniz hövzəsində yükdaşımalara, logistika xərclərinə və region ölkələrinin ticarət əlaqələrinə də müəyyən təsir göstərə bilər.
DuzXeber.az xəbər verir ki, xüsusilə Qara dəniz marşrutu ilə idxal və ixrac həyata keçirən ölkələr üçün əlavə xərclərin yaranacağı bildirilir. Bunun fonunda diqqət çəkən əsas suallardan biri də qərarın Azərbaycan iqtisadiyyatına mümkün təsirləridir.
Liberal İqtisadçılar Birliyinin sədri mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Bosfor və Dardanel boğazlarında tranzit haqlarının artırılması Azərbaycanın xarici ticarətinə əsasən dolayı təsir göstərəcək. Onun sözlərinə görə, Qara dəniz istiqamətində daşınan yüklər üzrə logistika xərcləri müəyyən qədər arta bilər və bu əlavə xərclərin bir hissəsi yükdaşıma tariflərinə daxil edilə bilər. Bununla belə, rüsum artımı ümumi daşınma xərclərinin yalnız bir hissəsini təşkil etdiyindən təsirin məhdud olacağı gözlənilir.
İqtisadçı qeyd edib ki, Azərbaycanın idxal və ixrac əməliyyatlarında Qara dəniz marşrutundan istifadə edən şirkətlər müəyyən əlavə xərclərlə üzləşə bilərlər. Xüsusilə taxıl, metal, neft məhsulları və konteyner daşımalarında nəqliyyat tariflərinin cüzi artması mümkündür. Bunun bəzi məhsulların maya dəyərinə təsir göstərə biləcəyini deyən A.Nəsirli hesab edir ki, bu amil onların beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədəcək səviyyədə deyil.
Onun sözlərinə görə, Azərbaycanın əsas enerji ixracı boru kəmərləri vasitəsilə həyata keçirildiyi üçün Türkiyənin qərarının neft və qaz ixracına birbaşa təsiri yoxdur. Digər qeyri-neft məhsullarında isə daşınma xərclərinin artması daha çox seçilən marşrutdan və logistika zəncirinin strukturundan asılı olacaq.
A.Nəsirli vurğulayıb ki, bu qərar alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırır və Orta Dəhlizin inkişafına marağı gücləndirə bilər. Onun fikrincə, Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi fonunda Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirmək imkanı qazana bilər. İqtisadçı hesab edir ki, dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırarsa, ölkə həm tranzit gəlirlərini yüksəldə, həm də regional logistika mərkəzi kimi rolunu gücləndirə bilər:" Bu baxımdan, Türkiyənin qərarı qısamüddətli dövrdə bəzi daşınma xərclərini artırsa da, uzunmüddətli perspektivdə alternativ nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirən amillərdən biri kimi qiymətləndirilə bilər".
Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Dünya ticarətinin ən mühüm dəniz qapılarından sayılan Bosfor və Dardanel boğazlarından keçid bahalaşıb. Türkiyənin tranzit rüsumlarını növbəti dəfə artırması ilk baxışda yalnız gəmiçilik sektoruna aid qərar kimi görünsə də, ekspertlər hesab edirlər ki, bu dəyişiklik Qara dəniz hövzəsində yükdaşımalara, logistika xərclərinə və region ölkələrinin ticarət əlaqələrinə də müəyyən təsir göstərə bilər.DuzXeber.az xəbər verir ki, xüsusilə Qara dəniz marşrutu ilə idxal və ixrac həyata keçirən ölkələr üçün əlavə xərclərin yaranacağı bildirilir. Bunun fonunda diqqət çəkən əsas suallardan biri də qərarın Azərbaycan iqtisadiyyatına mümkün təsirləridir.
Liberal İqtisadçılar Birliyinin sədri mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Bosfor və Dardanel boğazlarında tranzit haqlarının artırılması Azərbaycanın xarici ticarətinə əsasən dolayı təsir göstərəcək. Onun sözlərinə görə, Qara dəniz istiqamətində daşınan yüklər üzrə logistika xərcləri müəyyən qədər arta bilər və bu əlavə xərclərin bir hissəsi yükdaşıma tariflərinə daxil edilə bilər. Bununla belə, rüsum artımı ümumi daşınma xərclərinin yalnız bir hissəsini təşkil etdiyindən təsirin məhdud olacağı gözlənilir.
İqtisadçı qeyd edib ki, Azərbaycanın idxal və ixrac əməliyyatlarında Qara dəniz marşrutundan istifadə edən şirkətlər müəyyən əlavə xərclərlə üzləşə bilərlər. Xüsusilə taxıl, metal, neft məhsulları və konteyner daşımalarında nəqliyyat tariflərinin cüzi artması mümkündür. Bunun bəzi məhsulların maya dəyərinə təsir göstərə biləcəyini deyən A.Nəsirli hesab edir ki, bu amil onların beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədəcək səviyyədə deyil.
Onun sözlərinə görə, Azərbaycanın əsas enerji ixracı boru kəmərləri vasitəsilə həyata keçirildiyi üçün Türkiyənin qərarının neft və qaz ixracına birbaşa təsiri yoxdur. Digər qeyri-neft məhsullarında isə daşınma xərclərinin artması daha çox seçilən marşrutdan və logistika zəncirinin strukturundan asılı olacaq.
A.Nəsirli vurğulayıb ki, bu qərar alternativ nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırır və Orta Dəhlizin inkişafına marağı gücləndirə bilər. Onun fikrincə, Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi fonunda Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirmək imkanı qazana bilər. İqtisadçı hesab edir ki, dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırarsa, ölkə həm tranzit gəlirlərini yüksəldə, həm də regional logistika mərkəzi kimi rolunu gücləndirə bilər:" Bu baxımdan, Türkiyənin qərarı qısamüddətli dövrdə bəzi daşınma xərclərini artırsa da, uzunmüddətli perspektivdə alternativ nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirən amillərdən biri kimi qiymətləndirilə bilər".
Oxşar xəbərlər
-
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
15.12.2025Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



