Canlı yayım
20-11-2025, 11:00

Qızıl unitaz hərracda bu qiymətə satıldı


"Sotheby’s" hərracında italiyalı müasir konseptual rəssam və heykəltəraş Mauritsio Kattelanın "Amerika” adlı 18 karatlıq saf qızıldan hazırlanmış unitaz əsəri 12,1 milyon dollara satılıb.
Duzxeber.az xəbər verir ki, əsərin başlanğıc qiyməti təxminən 10 milyon dollar təşkil edirdi. Bu, onun hazırlandığı qızılın dəyərinə bərabər idi.
Qeyd edək ki, 2016-cı ildə hazırlanan unitazın çəkisi təxminən 100 kiloqramdır. Onun bir nüsxəsi 2019-cu ildə Blenheim sarayından oğurlanmış, digər versiyası isə Quggenhaym Muzeyində sərgilənmişdi.




Xəbər lenti