Bu gün Beynəlxalq Kişilər Günüdür
Hər il 19 noyabr tarixində dünyada Beynəlxalq Kişilər Günü (International Men’s Day, IMD) qeyd olunur. Bu günün məqsədi kişilərin ailədə və cəmiyyətdəki müsbət rolunu vurğulamaqdır.
Duzxeber.az xəbər verir ki, bu bayram ilk dəfə 1999-cu ildə Karib dənizinin cənubunda yerləşən Trinidat və Tobaqo Respublikasında – iki böyük adadan ibarət dövlət tərəfindən qeyd olunub. Sonradan bu təşəbbüs Karib hövzəsi ölkələri, Avstraliya, Şimali Amerika, Asiya, Avropa və Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənib. Hazırda bu gün 60-dan çox ölkədə qeyd edilir.
Bənzər bir bayramın keçirilməsi ideyası hələ 1960-cı illərdə səsləndirilirdi. O zaman Beynəlxalq Qadın Gününə oxşar şəkildə, 23 fevralın Beynəlxalq Kişilər Günü kimi qeyd olunması təklif edilirdi. Lakin təxminən 30 il ərzində bu ideya yalnız təklif səviyyəsində qaldı. Yalnız 1990-cı illərin əvvəllərində Missuri–Kanzas Universitetinin kişi araşdırmaları mərkəzinə rəhbərlik edən professor Tomas Oasterin təşəbbüsü ilə ABŞ-da fevral ayında kiçik tədbirlər təşkil olundu.
Bu günün hazırkı tarixinin əsas təşəbbüskarı Qərbi Hindistan Universitetinin nümayəndəsi doktor Cerom Tiluksinq olub. O, atasının doğum günü olan 19 noyabr tarixini seçməyi təklif edib və atasını nümunəvi kişi obrazı kimi göstərib.
Bayramın məqsədi kişilərin ailə və cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulamaqla yanaşı, oğlan uşaqlarının və kişilərin sağlamlığına diqqəti artırmaqdır. Təşkilatçılar həmçinin kişilərin sosial, emosional, fiziki və mənəvi rifahına, eləcə də qadınlarla kişilər arasında münasibətlərin yaxşılaşdırılmasına xüsusi önəm verirlər. Bu gün həm də kişilərin cəmiyyətə, dövlətə, ailəyə, uşaqların tərbiyəsinə və ətraf mühitə verdiyi müsbət töhfələri qeyd etmək üçün bir imkandır.
Aparılan müxtəlif araşdırmalara görə, kişilər sağlamlıq baxımından kifayət qədər ciddi problemlərlə üzləşirlər. Belə ki:
kişilər orta hesabla qadınlardan dörd–beş il tez dünyasını dəyişirlər;
ağciyər xərçəngi və ürək xəstəliklərinə demək olar iki dəfə çox tutulurlar;
kişilər arasında intihar halları qadınlarla müqayisədə üç dəfə yüksəkdir;
hər üç kişidən biri məişət zorakılığının qurbanı olur.
Bütün bu göstəricilər bu günün əhəmiyyətini bir daha göstərir.
Bayramın təsisçilərinin fikrincə, bu tarix kişilərə oğlan uşaqlarını dəyərlərə, məsuliyyətə, xarakterə və kişi olmağın mahiyyətinə yönəltmək çağırışıdır. Məhəmməd Qandinin məşhur sözləri bu günün fəlsəfəsi kimi göstərilir:
“Biz dünyada görmək istədiyimiz dəyişikliklərin özümüz olmalıyıq.”
Yalnız bütün cəmiyyət – həm qadınlar, həm də kişilər – birgə nümunə göstərdikdə daha ədalətli və təhlükəsiz bir mühit yaratmaq mümkündür.
Bu gündə dünyanın müxtəlif ölkələrində seminarlar, məktəb tədbirləri, televiziya və radio proqramları, foto və kino müsabiqələri, fləşmoblar, dəyirmi masalar, konsertlər və kişilərin sosial roluna həsr olunmuş müxtəlif incəsənət layihələri təşkil olunur. Tədbirlərin keçirilmə qaydası məcburi deyil və hər bir ölkə özünə uyğun format seçə bilər.
Hər il ümumi bir mövzu təklif olunsa da (“Kişi sağlamlığı”, “İzləşdirilmə və bağışlama”, “Kişilər və oğlanlar üçün dəstək”, “Müsbət kişi rolu”, “Kişi intiharlarının qarşısının alınması”, “Kişi–qadın münasibətlərinin yaxşılaşdırılması” və s.), şəhərlər və dövlətlər öz prioritetlərinə uyğun fərqli mövzular müəyyən edə bilirlər.
-
19.11.2025Kərki kəndi yaxın günlərdə Azərbaycana qaytarılacaq -
19.11.2025Aşağı gəlirli şəxslərlə bağlı QƏRAR – 3 il ərzində… -
18.11.2025Bu tədbirlərlə bağlı xərc normaları artırıldı -
18.11.20252,2 metr boyu olan şəxsin yaşadığı problemlər: Qızla söhbət edərkən... -
18.11.2025“Veriliş uşaqlarının tərbiyəsini pozursa, baxmasınlar”
Xəbər lenti
-
6.08.2026“BU, RUSİYANI ÖLDÜRMƏK DEMƏKDİR...” -Sobyanin müharibəni qızışdırmaq istəyənlərə xəbərdarlıq etdi
-
6.08.2026Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu
-
6.08.2026Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
-
6.08.2026İraqdan onlara son xəbərdarlıq: Ya tərksilah. ya da…
-
6.08.2026ADY-nin biznes əlaqəsi olan "PFM Catering" kimindir?
-
6.08.2026Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək
-
6.08.2026Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
-
6.08.2026Tramp varisini seçdi - 2028 seçkiləri üçün sürpriz ad açıqlandı
-
6.08.2026Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
-
6.08.2026“Qarabağ”ın oyununa hansı kanalda baxaq?
-
6.08.2026Prezident SƏRƏNCAM İMZALADI
-
6.08.2026Bakıya uçan azərbaycanlı iş adamı aeroportda saxlanıldı
-
6.08.2026"Lazım olsa, tək başımıza hücum edərik" - Netanyahudan İran mesajı
-
6.08.2026Ukrayna dronları 1300 kilometr uzaqlıqdakı Rusiya NEZ-ni vurdu-VİDEO
-
6.08.2026Sabah hava necə olacaq?
-
6.08.2026Elman Abdullayev UNESKO-dan geri çağırıldı
-
6.08.2026Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
-
6.08.202616 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış
-
6.08.2026Ermənistana 14 vaqon buğda göndərildi
-
6.08.2026Bakıda ofisdən meyit tapıldı
-
6.08.2026FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
-
6.08.2026Pensiyalar bu tarixdə veriləcək
-
6.08.2026ABŞ-ın Yaxın Şərqdə strateji prioriteti dəyişir: Türkiyə ön planda, İsrail təklənir
-
6.08.2026Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
-
6.08.2026“Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır
-
6.08.2026Tərtərdə ər-arvadın yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI
-
6.08.2026Məcburi köçkünlərlə bağlı mühüm dəyişiklik: Bu şəxslərə müavinət verilməyəcək
-
6.08.2026DİN-in tabeliyindəki 3 bağça BŞTİ-yə verildi
-
6.08.2026ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
-
6.08.2026Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı




