Etibarnamə əsasında torpaq sahəsinin alınması və ya satılması ilə bağlı hüquqi mübahisələr Azərbaycanda ən çox rast gəlinən problemlərdən biridir. Xüsusilə də torpaq sahəsinin hüquqi sahibi vəfat etdikdən sonra etibarnamə əsasında həmin əmlakdan istifadə edən şəxslər ciddi hüquqi çətinliklərlə üzləşirlər. Bəs belə hallarda qanun nə deyir və vətəndaş hansı addımları atmalıdır?
DuzXeber.az xəbər verir ki, Oxu24.com-a açıqlama verən vəkil Tural Abdullazadə bildirib ki, ilk növbədə vətəndaşlar etibarnamə ilə mülkiyyət hüququnun əldə olunması anlayışı ilə mülkiyyətçinin verdiyi səlahiyyət arasında olan fərqi düzgün bilməlidirlər.
Vəkilin sözlərinə görə, etibarnamə yalnız müəyyən hərəkətləri həyata keçirmək üçün verilən hüquqi səlahiyyətdir. Bu sənəd həmin əmlak üzərində mülkiyyət hüququ yaratmır.
"Bir şəxs sizə etibarnamə verə bilər ki, həmin torpaq sahəsini idarə edəsiniz, becərəsiniz, əkib-biçəsiniz, sənədləşmə işləri aparasınız və ya onun adından müəyyən hüquqi əməliyyatlar həyata keçirəsiniz. Lakin etibarnamənin verilməsi o demək deyil ki, torpaq artıq sizin mülkiyyətinizə keçib", – deyə Tural Abdullazadə qeyd edib.
Hüquqşünas vurğulayıb ki, qanunvericiliyə əsasən daşınmaz əmlakın alqı-satqısı yalnız notariat qaydasında təsdiq edilmiş müqavilə və dövlət qeydiyyatı aparıldıqdan sonra hüquqi qüvvəyə minir. Yəni torpaq sahəsinin yalnız etibarnamə ilə "alınması" hüquqi baxımdan mülkiyyət hüququnun yaranması demək deyil.
Vəkilin sözlərinə görə, ən böyük problemlər torpaq sahəsinin hüquqi sahibi vəfat etdikdə ortaya çıxır. Çünki etibarnamə şəxsin həyatda olduğu müddətdə qüvvədə olur və etibarnamə verən şəxs vəfat etdikdən sonra həmin etibarnamənin hüquqi qüvvəsi də faktiki olaraq başa çatır.
"Əgər torpaq sahəsinin adına çıxarış olan əsas mülkiyyətçi vəfat edibsə, artıq əvvəl verilmiş etibarnamə ilə həmin torpağın rəsmiləşdirilməsi mümkün olmur. Bu halda məsələ tamamilə vərəsəlik hüququ çərçivəsində həll edilməlidir", – deyə vəkil bildirib.
Onun sözlərinə görə, belə vəziyyətdə ilk növbədə mərhumun qanuni vərəsələri müəyyən edilməlidir. Vərəsələr notariat qaydasında mirası qəbul etdikdən sonra torpaq sahəsi onların adına rəsmiləşdirilir və yalnız bundan sonra həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlamaq mümkündür.
"Tutaq ki, torpağın sahibi vəfat edib. Bu zaman həmin şəxsin övladları, həyat yoldaşı və ya digər qanuni vərəsələri müəyyən olunmalıdır. Onlar mirası qəbul etdikdən sonra artıq həmin torpaq üzərində hüquq sahibi olurlar. Bundan sonra vətəndaş həmin vərəsələrlə razılığa gələrək torpaq sahəsini öz adına rəsmiləşdirə bilər", – deyə hüquqşünas izah edib.
Tural Abdullazadə bildirib ki, əgər vətəndaş uzun illər etibarnamə ilə torpaqdan istifadə edibsə belə, bu fakt avtomatik olaraq ona mülkiyyət hüququ vermir. Daşınmaz əmlakın sahibi yalnız dövlət reyestrində göstərilən şəxs hesab olunur.
Vəkil vətəndaşlara etibarnamə əsasında daşınmaz əmlak almaqdan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu cür sövdələşmələr gələcəkdə ciddi hüquqi risklər yaradır.
"Praktikada təəssüf ki, insanlar etibarnamə ilə həm torpaq, həm də avtomobil alırlar. Sonradan isə müxtəlif problemlərlə üzləşirlər. Mən hər zaman vətəndaşlara tövsiyə edirəm ki, daşınmaz əmlakı yalnız notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə və dövlət qeydiyyatından keçirməklə əldə etsinlər", – deyə o bildirib.
Hüquqşünas qeyd edib ki, eyni yanaşma nəqliyyat vasitələrinə də aiddir. Onun sözlərinə görə, avtomobil də yalnız etibarnamə ilə istifadə üçün verilə bilər. Lakin mülkiyyət hüququ yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanıb nəqliyyat vasitəsi Dövlət Yol Polisi orqanlarında yeni sahibin adına qeydiyyata alındıqdan sonra yaranır.
Sonda vəkil vətəndaşlara çağırış edərək bildirib ki, gələcəkdə uzunmüddətli məhkəmə çəkişmələri və əlavə maddi itkilərlə qarşılaşmamaq üçün bütün əmlak alqı-satqısı əməliyyatları qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Onun sözlərinə görə, hüquqi sənədləşmə həm alıcının, həm də satıcının hüquqlarını qoruyan ən etibarlı təminatdır./Nigar
Etibarnamə ilə alınan torpaq kimə məxsus sayılır? - VƏKİL AÇIQLADI
Gündəm / Dünya
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
Gündəm / İdman
Zidandan Fransa millisinin düşərgəsində qeyri-adi QADAĞA
Gündəm / Kriminal
Mahnı sifarişi üstündə mübahisə bıçaqlanma ilə nəticələndi
Gündəm / Təhsil / Üst xəbər
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Gündəm / Cəmiyyət
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşların problemlərini dinlədi
Gündəm / Dünya
Ermənistan rus qazından imtina etsə... - Kreml
Gündəm / Hadisə
Azərbaycanda koronavirusa yoluxanlar varmı? - Nazirlik cavab verdi
Gündəm / Siyasət
Azərbaycandan Gürcüstana sərt xəbərdarlıq
Gündəm / Kriminal
Rəfiqəsini bağa çağırdı, qızılları yoxa çıxdı: 300 minlik oğurluq
Gündəm / Hadisə
"Həm cərimə yazırlar, həm də parklanma pulu alırlar" - FOTO
Gündəm / Sosial
Bitkilərin cinsiyyəti varmı?
Gündəm / Cəmiyyət
Prezident DTX-nin hərbi qulluqçularını təltif etdi - SƏRƏNCAM
Gündəm / Cəmiyyət
Formula-2: birinci əsas yarış başa çatdı
Gündəm / Dünya
İtaliya məktəblərində burqa və niqab qadağan edildi
Gündəm / Təhsil
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Gündəm / Siyasət
GÖMRÜKDƏ YOXLAMALAR: 3 nəfər vəzifədən azad olundu, general və polkovniklərə xəbərdarlıq olundu
Gündəm / Dünya
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
Gündəm / Hadisə
Həmin 3 yaşlı uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - FOTO
Gündəm / Dünya
Nəcəf hava limanı İran reyslərini dayandırdı
Gündəm / Üst xəbər
Bu qiymətə bilet olar? - Cahangir Əsgərov getdi, AZAL-da nə dəyişdi...
Gündəm / Sosial
Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ
Gündəm / Dünya
3 min illik sirr yenidən gündəmdə: Misir kraliçasının məzarı haradadır?
Gündəm / İdman
Azərbaycan milli komandası Çexiya ilə QARŞILAŞACAQ
Gündəm / Kriminal
Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb?
Gündəm / Təhsil / Manşet / Bölgə / Üst xəbər
MİQ-dən kənar yol, direktor kreslosuna qədər uzandı?
Gündəm / Cəmiyyət
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı təşkil edildi
Gündəm / Cəmiyyət
Bakıda hava dəyişir - PROQNOZ
Gündəm / Hadisə
Hərbçini maşın vurub öldürdü - Video
Gündəm / Dünya / Üst xəbər
Avropada Qərbi Nil virusunun yayılması davam edir.
Gündəm / Cəmiyyət