Avropada Qərbi Nil virusunun yayılması davam edir.

DuzXeber.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanda bu il 396, Niderlandda 44, Xorvatiyada 15, Belçikada isə 10 yoluxma halı qeydə alınıb və ümumilikdə 9 nəfər həyatını itirib.

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının məlumatına görə, sentyabrın 18-dən 24-dək ölkədə daha 26 yeni yoluxma aşkarlanıb. Bununla da 2026-cı ilin əvvəlindən sentyabrın 24-dək Yunanıstanda qeydə alınan yoluxma hallarının sayı 396-ya çatıb. Eyni dövrdə virusdan ölənlərin sayı 36-ya yüksəlib. Həyatını itirənlərin 61-92 yaş arasında olduğu bildirilib.

Paylaş