"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq".
DuzXeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir.
"Hazırlanan yeni qaydalar birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur. Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır.
Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq.
Burada əsas məqamlardan biri bu sığorta növünün tətbiq ediləcəyi halda kredit götürən şəxsin xərci ilə bağlıdır. Belə ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər. Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür. Bütün hallarda, kredit risklərinin sığortalanması ilə bağlı yeni qaydaların daha qısa zamanda təsdiqi məqsədəuyğun olardı və bu bank sektorunda mütərəqqi dəyişiklik olmaqla yanaşı, bankların da risklərini azalda bilər".
Kredit borcunu qaytara bilməyənlərə şad xəbər
Gündəm / Təhsil / Üst xəbər
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Gündəm / Dünya
“Hörmüzü açmağa hazırıq, amma…”
Gündəm / Dünya
Niaqara şəlaləsi necə formalaşdı və niyə məşhurdur?
Gündəm / Cəmiyyət
Azərbaycanda bank kartları ilə bağlı daha bir - Qadağa
Gündəm / Cəmiyyət / Üst xəbər
Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA
Gündəm / Dünya
Səudiyyədə “Gəlin Qayası” – Al-Ulanın sehrli möcüzəsi
Gündəm / Cəmiyyət
Ayın 25-i ilə bağlı Bakı sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ
Gündəm / Cəmiyyət
Şıxəli Qurbanov küçəsində də avtobus zolağı salındı
Gündəm / Dünya
İran və BƏƏ arasında bütün uçuşlar dayandırıldı
Gündəm / Sosial
Bu şəxslər üçün avtobus və metro pulsuzdur
Gündəm / Bölgə
Sumqayıt sakinləri üçün MÜHÜM XƏBƏR - 11 milyon manat AYRILDI
Gündəm / Sosial
Formula-2: ikinci sıralama turu başa çatdı
Gündəm / Cəmiyyət / Üst xəbər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Gündəm / Hadisə
Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü
Gündəm / Cəmiyyət
Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO
Gündəm
“Bolmart” da endirim adı ilə aldadır
Gündəm / İqtisadiyyat
Valyuta bazarında nə baş verir?: Əhali dollarını kütləvi şəkildə SATIR
Gündəm / Hadisə
Qazaxıstanda dəhşət: Hərbçilər Xəzərdə batdı
Gündəm / Dünya
Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı
Gündəm / Cəmiyyət
Sabah Bakıya yağış yağacaq
Gündəm / Manşet
Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar… - Pediatr, yoxsa UZM mütəxəssisi?
Gündəm / Dünya
Süni intellekt hökumət portalına sızdı: Məlumatları ələ keçirdi
Gündəm / Dünya
İran ordusu sərhədlərə qoşun yığır: Nə baş verir?
Gündəm / Siyasət
YAP-ın qurultayı BU TARİXDƏ keçiriləcək
Gündəm / Üst xəbər
“BI Group” şirkəti maaşları ÖDƏMİR – VİDEO
Gündəm / Cəmiyyət
Müavinət və təqaüd alanların nəzərinə!
Gündəm / Cəmiyyət
Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir
Gündəm / Bölgə / Üst xəbər
QARABAĞA QAYIDIŞ - Dəvət məktubu
Gündəm / Manşet
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
Gündəm / Cəmiyyət