Fırıldaqçılar uşaqları cinayət sxemlərinə cəlb etmək üçün özlərini məşhur blogerlər kimi təqdim etməyə başlayıblar.

DuzXeber.az “Kp.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, dələduzlar azyaşlıların etibarından istifadə edərək onları cəlbedici təkliflər və gözlənilməz qazanc vədləri ilə aldadırlar. Bəzi hallarda isə uşaqlara və onların yaxınlarına qarşı hədələrdən istifadə olunur.

Qurumdan bildirilib ki, uşaqlar oyun formasında təqdim edilən və guya sevdikləri məşhurlardan gələn təkliflərə daha asan inanırlar. Fırıldaqçıların məqsədi yalnız uşağın bank hesabına çıxış əldə etmək deyil. Onlar həmçinin azyaşlılardan valideynlərinin şəxsi və maliyyə məlumatlarını almağa çalışırlar.

Ekspertlər xüsusilə onlayn oyunlarda bu cür sxemlərin geniş yayıldığını bildirirlər. Dələduzlar uşaqlara oyun daxili bonus və mükafatlar vəd edir, məşhur blogerlərin saxta hesablarını yaradır və nəticədə bank kartı məlumatlarını, telefona giriş imkanlarını və ailənin vəsaitlərinə çıxış verə biləcək digər məlumatları əldə etməyə çalışırlar.//Müəllif: Roza

Paylaş