Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.
DuzXeber.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.
O qeyd edib ki, ölənlərdən 2-si kişi, 4-ü qadındır.
Bundan başqa, hadisə nəticəsində daha 8 nəfər – ferma işçiləri yaralanıb. Onlara zəruri tibbi yardım göstərilir.


