Tehran rəhbərliyi İran aviaşirkətlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) həyata keçirəcəyi bütün reysləri ləğv edib.

DuzXeber.az xarici mediaya istinadən xəbər verir ki, bu qərarın ABŞ-nin İrana qarşı yeni sanksiyaları qüvvəyə mindirməsi səbəbindən qəbul edildiyi bildirilir.

ABŞ-nin sanksiya qərarından sonra İran və BƏƏ arasında bütün aviareyslər dayandırılıb. Məlumata görə, ABŞ-nin Maliyyə naziri Skott Bessent sanksiyalarla əlaqədar sentyabrın 23-dən etibarən İran aviaşirkətlərinin fəaliyyətinin qlobal miqyasda dayandırılacağını bəyan etmişdi.

ABŞ-nin məhdudiyyət qərarı nəticəsində sentyabrın 23-də Tehran–Bağdad və Tehran–Məsqət marşrutları üzrə uçuşlar da ləğv olunub.

Paylaş