31.07.2026
DuzXeber.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşündə İranla diplomatik razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşaraq Tehrana təzyiqləri artırmağa çağırıb. "Axios" nəşrinin İsrail rəsmisinə istinadən yaydığı məlumata görə, tərəflər görüş zamanı İrana qarşı üç əsas ssenarini müzakirə ediblər: İranla diplomatik razılaşma, artan iqtisadi təzyiqlə dəniz blokadasını saxlamaq və hərbi əməliyyatların bərpası. Nəşr qeyd edir ki, Tramp münaqişənin qlobal enerji bazarlarına və iqtisadiyyata təsirindən narahatdır. Buna cavab olaraq Netanyahu bildirib ki, Tehran Hörmüz boğazını bağlamaqla təhdid etməyə çalışsa da, İranda pisləşən iqtisadi vəziyyət – yanacaq çatışmazlığı, uzun növbələr və xalqın qəzəbi rejimə təzyiqi artırmağa imkan verir. İsrail rəsmisinin sözlərinə görə, İran rəhbərliyi daxilində iqtisadi böhrandan qorxaraq daha praqmatik yanaşmanı dəstəkləyənlər ilə sərt xətt tərəfdarları arasında fikir ayrılıqları mövcuddur. Eyni zamanda, İranın Ali Lideri Müctəba Xameneinin məsələlərdə son dərəcə mənfi mövqe tutduğu, lakin onun bu yaxınlarda görülüb-görülmədiyi və bütün qərarların məhz ondan gəlib-gəlmədiyinin bəlli olmadığı qeyd olunur.
Məsələ ilə bağlı nocomment.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, Ağ Evin Tehranla bağlı yekun qərarı məhz qlobal enerji bazarlarının təhlükəsizliyi və ABŞ-nin strateji maraqları arasında balansın qorunmasından asılı olacaq: "Tramp administrasiyası İrana qarşı hərbi eskalasiyaya birbaşa getməkdə ehtiyatlı davranır, çünki bu, neft qiymətlərinin kəskin artmasına və qlobal iqtisadiyyatda ciddi silkələnmələrə səbəb ola bilər, məhz buna görə də hərbi müdaxilədən daha çox maksimum iqtisadi təzyiq və sanksiyaların sərtləşdirilməsi xəttinə üstünlük verilə bilər".
Onun sözlərinə görə, İran daxilindəki sosial-iqtisadi gərginlik və rejim daxilindəki çatlar kənar təzyiqlərlə birləşdikdə Tehranı güzəştə getməyə məcbur edə bilər: "Lakin Netanyahu hökumətinin əsas məqsədi diplomatik pərdə altında İrana qarşı hərbi təzyiq alətlərini həmişə masada saxlamaq və Tehranın regional siyasətini tamamilə məhdudlaşdırmaqdır"./Tunar/
İrana qarşı DƏHŞƏTLİ ssenari işə düşür - Nələr olacaq?
DuzXeber.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşündə İranla diplomatik razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşaraq Tehrana təzyiqləri artırmağa çağırıb. "Axios" nəşrinin İsrail rəsmisinə istinadən yaydığı məlumata görə, tərəflər görüş zamanı İrana qarşı üç əsas ssenarini müzakirə ediblər: İranla diplomatik razılaşma, artan iqtisadi təzyiqlə dəniz blokadasını saxlamaq və hərbi əməliyyatların bərpası. Nəşr qeyd edir ki, Tramp münaqişənin qlobal enerji bazarlarına və iqtisadiyyata təsirindən narahatdır. Buna cavab olaraq Netanyahu bildirib ki, Tehran Hörmüz boğazını bağlamaqla təhdid etməyə çalışsa da, İranda pisləşən iqtisadi vəziyyət – yanacaq çatışmazlığı, uzun növbələr və xalqın qəzəbi rejimə təzyiqi artırmağa imkan verir. İsrail rəsmisinin sözlərinə görə, İran rəhbərliyi daxilində iqtisadi böhrandan qorxaraq daha praqmatik yanaşmanı dəstəkləyənlər ilə sərt xətt tərəfdarları arasında fikir ayrılıqları mövcuddur. Eyni zamanda, İranın Ali Lideri Müctəba Xameneinin məsələlərdə son dərəcə mənfi mövqe tutduğu, lakin onun bu yaxınlarda görülüb-görülmədiyi və bütün qərarların məhz ondan gəlib-gəlmədiyinin bəlli olmadığı qeyd olunur.Məsələ ilə bağlı nocomment.az-a danışan siyasi şərhçi Heydər Oğuz qeyd edib ki, Ağ Evin Tehranla bağlı yekun qərarı məhz qlobal enerji bazarlarının təhlükəsizliyi və ABŞ-nin strateji maraqları arasında balansın qorunmasından asılı olacaq: "Tramp administrasiyası İrana qarşı hərbi eskalasiyaya birbaşa getməkdə ehtiyatlı davranır, çünki bu, neft qiymətlərinin kəskin artmasına və qlobal iqtisadiyyatda ciddi silkələnmələrə səbəb ola bilər, məhz buna görə də hərbi müdaxilədən daha çox maksimum iqtisadi təzyiq və sanksiyaların sərtləşdirilməsi xəttinə üstünlük verilə bilər".
Onun sözlərinə görə, İran daxilindəki sosial-iqtisadi gərginlik və rejim daxilindəki çatlar kənar təzyiqlərlə birləşdikdə Tehranı güzəştə getməyə məcbur edə bilər: "Lakin Netanyahu hökumətinin əsas məqsədi diplomatik pərdə altında İrana qarşı hərbi təzyiq alətlərini həmişə masada saxlamaq və Tehranın regional siyasətini tamamilə məhdudlaşdırmaqdır"./Tunar/
Oxşar xəbərlər
-
25.05.2026Bakı nefti bu qiymətə oldu, enerji bazarı çalxalanır -
25.03.2026Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.02.2026İlham Əliyev "France 24"ə müsahibə verdi -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



