AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Bu barədə DuzXeber.az-a ADY-dən məlumat verilib.
Bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib.
Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan–Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.
Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.
Bu yenilik Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq logistika zəncirinin daha dayanıqlı fəaliyyətinə, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına və yeni reyslərin təşkili zamanı əməliyyatların daha çevik yerinə yetirilməsinə töhfə verəcək.
ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi, daşıma proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.
Qeyd edək ki, son illərdə ADY tərəfindən Böyük Kəsik istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Görülən işlər nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib, qatarların qəbulu və yola salınması imkanları genişləndirilib.
Ərazidə rəqəmsal idarəetmə sistemlərinin tətbiqi beynəlxalq tranzit daşımalarının etibarlılığını da artırıb. Bu investisiyalar Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə mühüm töhfə verir.
Bakı-Tbilisi üzrə əlavə reys planlaşdırılır
Gündəm / Təhsil / Üst xəbər
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Gündəm / Dünya
“Hörmüzü açmağa hazırıq, amma…”
Gündəm / Dünya
Niaqara şəlaləsi necə formalaşdı və niyə məşhurdur?
Gündəm / Cəmiyyət
Azərbaycanda bank kartları ilə bağlı daha bir - Qadağa
Gündəm / Cəmiyyət / Üst xəbər
Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA
Gündəm / Dünya
Səudiyyədə “Gəlin Qayası” – Al-Ulanın sehrli möcüzəsi
Gündəm / Cəmiyyət
Ayın 25-i ilə bağlı Bakı sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ
Gündəm / Cəmiyyət
Şıxəli Qurbanov küçəsində də avtobus zolağı salındı
Gündəm / Dünya
İran və BƏƏ arasında bütün uçuşlar dayandırıldı
Gündəm / Sosial
Bu şəxslər üçün avtobus və metro pulsuzdur
Gündəm / Bölgə
Sumqayıt sakinləri üçün MÜHÜM XƏBƏR - 11 milyon manat AYRILDI
Gündəm / Sosial
Formula-2: ikinci sıralama turu başa çatdı
Gündəm / Cəmiyyət / Üst xəbər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Gündəm / Hadisə
Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü
Gündəm / Cəmiyyət
Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO
Gündəm
“Bolmart” da endirim adı ilə aldadır
Gündəm / İqtisadiyyat
Valyuta bazarında nə baş verir?: Əhali dollarını kütləvi şəkildə SATIR
Gündəm / Hadisə
Qazaxıstanda dəhşət: Hərbçilər Xəzərdə batdı
Gündəm / Dünya
Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı
Gündəm / Cəmiyyət
Sabah Bakıya yağış yağacaq
Gündəm / Manşet
Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar… - Pediatr, yoxsa UZM mütəxəssisi?
Gündəm / Dünya
Süni intellekt hökumət portalına sızdı: Məlumatları ələ keçirdi
Gündəm / Dünya
İran ordusu sərhədlərə qoşun yığır: Nə baş verir?
Gündəm / Siyasət
YAP-ın qurultayı BU TARİXDƏ keçiriləcək
Gündəm / Üst xəbər
“BI Group” şirkəti maaşları ÖDƏMİR – VİDEO
Gündəm / Cəmiyyət
Müavinət və təqaüd alanların nəzərinə!
Gündəm / Cəmiyyət
Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir
Gündəm / Bölgə / Üst xəbər
QARABAĞA QAYIDIŞ - Dəvət məktubu
Gündəm / Manşet
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
Gündəm / Cəmiyyət