Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb.
DuzXeber.az xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər.
Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.
Müraciət qəbul edildikdən sonra doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinin əldə olunması üçün sorğular göndərilir. Bundan sonra sənədlər yoxlama aparılması məqsədilə şəxsin yaşayış yeri üzrə polis orqanına təqdim edilir. Yoxlamanın nəticələri və toplanmış sənədlər əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi barədə qərar verir.
Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə təqdim edilir. Müraciətə imtina verildiyi halda isə həmin qərardan inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət etmək mümkündür.
Nazirlik bildirib ki, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunan, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan, həmçinin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə yol verilmir.
Bundan başqa, qanunvericiliyə əsasən, adın, ata adının və soyadın təkrar dəyişdirilməsi mümkün deyil. Yalnız ər-arvaddan birinin soyadını dəyişməsi ilə əlaqədar digərinin soyadının dəyişdirilməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının dəyişdirilməsi istisna təşkil edir.
Qeyd olunub ki, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, ər-arvaddan birinin soyadını dəyişməsi digərinin soyadının avtomatik dəyişdirilməsinə səbəb olmur.(nocomment.az)
Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ
Gündəm / Təhsil / Üst xəbər
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Gündəm / Dünya
“Hörmüzü açmağa hazırıq, amma…”
Gündəm / Dünya
Niaqara şəlaləsi necə formalaşdı və niyə məşhurdur?
Gündəm / Cəmiyyət
Azərbaycanda bank kartları ilə bağlı daha bir - Qadağa
Gündəm / Cəmiyyət / Üst xəbər
Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA
Gündəm / Dünya
Səudiyyədə “Gəlin Qayası” – Al-Ulanın sehrli möcüzəsi
Gündəm / Cəmiyyət
Ayın 25-i ilə bağlı Bakı sakinlərinə XƏBƏRDARLIQ EDİLDİ
Gündəm / Cəmiyyət
Şıxəli Qurbanov küçəsində də avtobus zolağı salındı
Gündəm / Dünya
İran və BƏƏ arasında bütün uçuşlar dayandırıldı
Gündəm / Sosial
Bu şəxslər üçün avtobus və metro pulsuzdur
Gündəm / Bölgə
Sumqayıt sakinləri üçün MÜHÜM XƏBƏR - 11 milyon manat AYRILDI
Gündəm / Sosial
Formula-2: ikinci sıralama turu başa çatdı
Gündəm / Cəmiyyət / Üst xəbər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Gündəm / Hadisə
Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü
Gündəm / Cəmiyyət
Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO
Gündəm
“Bolmart” da endirim adı ilə aldadır
Gündəm / İqtisadiyyat
Valyuta bazarında nə baş verir?: Əhali dollarını kütləvi şəkildə SATIR
Gündəm / Hadisə
Qazaxıstanda dəhşət: Hərbçilər Xəzərdə batdı
Gündəm / Dünya
Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı
Gündəm / Cəmiyyət
Sabah Bakıya yağış yağacaq
Gündəm / Manşet
Balakəndə “AyMED” ətrafında cavab gözləyən suallar… - Pediatr, yoxsa UZM mütəxəssisi?
Gündəm / Dünya
Süni intellekt hökumət portalına sızdı: Məlumatları ələ keçirdi
Gündəm / Dünya
İran ordusu sərhədlərə qoşun yığır: Nə baş verir?
Gündəm / Siyasət
YAP-ın qurultayı BU TARİXDƏ keçiriləcək
Gündəm / Üst xəbər
“BI Group” şirkəti maaşları ÖDƏMİR – VİDEO
Gündəm / Cəmiyyət
Müavinət və təqaüd alanların nəzərinə!
Gündəm / Cəmiyyət
Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir
Gündəm / Bölgə / Üst xəbər
QARABAĞA QAYIDIŞ - Dəvət məktubu
Gündəm / Manşet
Üzümçü deputat Kəmaləddin Qafarovun onkoloji dərman qazancı...-VİDEO
Gündəm / Cəmiyyət