Canlı yayım
7.08.2026

Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır

Cümə günü səhər saatlarında neft qiymətləri Yaxın Şərqdə yaranan yeni gərginlik ehtimalının təsiri ilə ötən sessiyadakı kəskin artımdan sonra yüksəlməkdə davam edir.
DuzXeber.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Bildirilib ki, Bakı vaxtı ilə saat 09:10-a olan göstəricilərə əsasən, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin oktyabr füçersləri əvvəlki hərracın bağlanış səviyyəsindən 1.24 dollar (1.5%) bahalaşaraq bir barel üçün 83.73 dollara ticarət olunur. Cümə axşamı bu müqavilələr 3.04 dollar (3.83%) dəyər qazanaraq 82.49 dollara yüksəlib.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin sentyabr füçersləri eyni vaxtda 0.95 dollar (1.23%) bahalaşıb və bir barelin qiyməti 78.24 dollar səviyyəsində qərarlaşıb.

Xəbər lenti