8.08.2026
Azərbaycanda sürücülərin hər gün üzləşdiyi ciddi problemlərdən biri də ödənişli avtomobil yollarının mövcud vəziyyətidir. Xüsusilə Bakı ilə Rusiya Federasiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan ödənişli magistral yolda vəziyyət kritik həddə çatıb.
Sürücülər həm yoldan istifadə üçün müvafiq ödənişlər etmələrinə baxmayaraq, qarşılığında tamamilə təhlükəli, işıqlandırmasız və qaranlıq mühitlə üzləşirlər. Bu isə gecə saatlarında hərəkəti demək olar ki, qeyri-mümkün edir və ağır qəzalara zəmin yaradır.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə bildirib ki, ödənişli yollarda infrastrukturun bu cür bərbad vəziyyətdə olması yolverilməzdir: "Bildiyimiz kimi, ödənişli yolların əsas mahiyyəti vətəndaşlara və sürücülərə daha yüksək təhlükəsizlik, rahatlıq və müasir standartlara cavab verən səviyyədə xidmət göstərilməsidir. Lakin təəssüflər olsun ki, Bakı-Rusiya Federasiyası istiqamətindəki ödənişli yolda mənzərə tam başqadır. Burada ödənişli olmağına baxmayaraq, yollarda işıqlandırma sistemi demək olar ki, sıfır dərəcəsindədir. Bu da qaçılmaz olaraq mümkün ağır qəzalara və insan tələfatı ilə nəticələnən bədbəxt hadisələrə səbəb olur" .

Tale Ələddinzadənin sözlərinə görə, magistral yolda gecə saatlarında işıqlandırmanın tamamilə olmaması görmə məsafəsini sıfıra endirir: "Sürücü ödəniş edərək yola daxil olur və qarşılığında təhlükəsiz hərəkət şəraiti gözləyir. Amma reallıqda gecə saatlarında yol boyu heç bir işıqlanma mövcud deyil. Nəticədə görmə məsafəsi tamamilə sıfıra enir, sürücülər qarşıya çıxan maneələri, dönəcəkləri və ya digər nəqliyyat vasitələrini son anda görürlər. Bu da qəzaların baş vermə ehtiyacını dəfələrlə artırır. Dünyanın heç bir təcrübəsində yoxdur ki, sürücü ödənişli yola pul ödəsin, ancaq yolun özü tamamilə qaranlığa qərq olsun. Bu, həm xidmət prinsiplərinə, həm də beynəlxalq təhlükəsizlik standartlarına tamamilə ziddir".
Ekspert qeyd edib ki, bu problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar təcili şəkildə ciddi addımlar atmalıdırlar. Magistral yolların gecə vaxtı lazımi səviyyədə işıqlandırılması, fasiləsiz enerji təminatının yaradılması və sürücülərin həyatının təhlükə altına atılmaması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Əks halda, bu yollarda baş verən qəzaların vətəndaşların həyatına son qoyan faciələrin sayı daha da artacaq.(nocomment.az)
Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
Azərbaycanda sürücülərin hər gün üzləşdiyi ciddi problemlərdən biri də ödənişli avtomobil yollarının mövcud vəziyyətidir. Xüsusilə Bakı ilə Rusiya Federasiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün nəzərdə tutulan ödənişli magistral yolda vəziyyət kritik həddə çatıb.Sürücülər həm yoldan istifadə üçün müvafiq ödənişlər etmələrinə baxmayaraq, qarşılığında tamamilə təhlükəli, işıqlandırmasız və qaranlıq mühitlə üzləşirlər. Bu isə gecə saatlarında hərəkəti demək olar ki, qeyri-mümkün edir və ağır qəzalara zəmin yaradır.
DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə bildirib ki, ödənişli yollarda infrastrukturun bu cür bərbad vəziyyətdə olması yolverilməzdir: "Bildiyimiz kimi, ödənişli yolların əsas mahiyyəti vətəndaşlara və sürücülərə daha yüksək təhlükəsizlik, rahatlıq və müasir standartlara cavab verən səviyyədə xidmət göstərilməsidir. Lakin təəssüflər olsun ki, Bakı-Rusiya Federasiyası istiqamətindəki ödənişli yolda mənzərə tam başqadır. Burada ödənişli olmağına baxmayaraq, yollarda işıqlandırma sistemi demək olar ki, sıfır dərəcəsindədir. Bu da qaçılmaz olaraq mümkün ağır qəzalara və insan tələfatı ilə nəticələnən bədbəxt hadisələrə səbəb olur" .

Tale Ələddinzadənin sözlərinə görə, magistral yolda gecə saatlarında işıqlandırmanın tamamilə olmaması görmə məsafəsini sıfıra endirir: "Sürücü ödəniş edərək yola daxil olur və qarşılığında təhlükəsiz hərəkət şəraiti gözləyir. Amma reallıqda gecə saatlarında yol boyu heç bir işıqlanma mövcud deyil. Nəticədə görmə məsafəsi tamamilə sıfıra enir, sürücülər qarşıya çıxan maneələri, dönəcəkləri və ya digər nəqliyyat vasitələrini son anda görürlər. Bu da qəzaların baş vermə ehtiyacını dəfələrlə artırır. Dünyanın heç bir təcrübəsində yoxdur ki, sürücü ödənişli yola pul ödəsin, ancaq yolun özü tamamilə qaranlığa qərq olsun. Bu, həm xidmət prinsiplərinə, həm də beynəlxalq təhlükəsizlik standartlarına tamamilə ziddir".
Ekspert qeyd edib ki, bu problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar təcili şəkildə ciddi addımlar atmalıdırlar. Magistral yolların gecə vaxtı lazımi səviyyədə işıqlandırılması, fasiləsiz enerji təminatının yaradılması və sürücülərin həyatının təhlükə altına atılmaması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Əks halda, bu yollarda baş verən qəzaların vətəndaşların həyatına son qoyan faciələrin sayı daha da artacaq.(nocomment.az)
Oxşar xəbərlər
-
23.03.2026Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
10.03.2026Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO -
5.03.2026Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı
-
8.08.2026Təbii qazın qiyməti bahalaşdı
-
8.08.2026Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!
-
8.08.2026Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı
-
8.08.2026Tovuzda 2 maşın toqquşdu - Yaralı var
-
8.08.202615 yaşlı yeniyetmə kanalda boğulub öldü
-
8.08.2026Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
8.08.2026Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix
-
7.08.2026Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO
-
7.08.2026Özəl bağçalarla maliyyələşmə görüşü keçirildi
-
7.08.2026"Qarşılıqlı tədbirlər görəcəyik" - İspaniyadan İtaliyaya XƏBƏRDARLIQ
-
7.08.2026Həftəsonu güclü külək əsəcək



