8.08.2026
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb.
DuzXeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər gəmilərin Rusiya ilə əlaqəsi yoxdursa, Ukraynanın sanksiyaları altında deyilsə və Rusiya yükü daşımırsa, rəsmi Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və terminala gələn gəmilərə hücum etməkdən çəkinəcək. Agentlik qeyd edir ki, Ukrayna bu öhdəliyi ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra qəbul edib.
Bundan əvvəl "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə üçüncü ölkələrin gəmilərini və neft infrastrukturunu vurmamaq barədə xəbərdarlıq edib. Qəzetin yazdığına görə, "Chevron" şirkətinin rəhbəri Mayk Virt Ağ Ev rəsmiləri ilə müzakirələr zamanı Ukrayna zərbələrinin dolayı zərərləri məsələsinə toxunub. Qeyd edək ki, sözügedən Amerika şirkəti Xəzər Boru Kəməri Konsorsiumunda 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasına xüsusi önəm verir.
Konsorsium bundan əvvəl də Qara dənizdəki terminalı ətrafında tankerlərə PUA hücumlarının olması barədə dəfələrlə məlumat verib. Sözügedən ittifaqın neft kəməri sistemi Xəzər dənizi regionundan dünya bazarlarına neftin nəqli üçün ən böyük marşrut hesab olunur. Uzunluğu 1.5 min kilometr olan əsas magistral boru kəməri Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahili ilə birləşdirir və burada neft konsorsiumun dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.
Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb.DuzXeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər gəmilərin Rusiya ilə əlaqəsi yoxdursa, Ukraynanın sanksiyaları altında deyilsə və Rusiya yükü daşımırsa, rəsmi Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və terminala gələn gəmilərə hücum etməkdən çəkinəcək. Agentlik qeyd edir ki, Ukrayna bu öhdəliyi ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra qəbul edib.
Bundan əvvəl "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə üçüncü ölkələrin gəmilərini və neft infrastrukturunu vurmamaq barədə xəbərdarlıq edib. Qəzetin yazdığına görə, "Chevron" şirkətinin rəhbəri Mayk Virt Ağ Ev rəsmiləri ilə müzakirələr zamanı Ukrayna zərbələrinin dolayı zərərləri məsələsinə toxunub. Qeyd edək ki, sözügedən Amerika şirkəti Xəzər Boru Kəməri Konsorsiumunda 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasına xüsusi önəm verir.
Konsorsium bundan əvvəl də Qara dənizdəki terminalı ətrafında tankerlərə PUA hücumlarının olması barədə dəfələrlə məlumat verib. Sözügedən ittifaqın neft kəməri sistemi Xəzər dənizi regionundan dünya bazarlarına neftin nəqli üçün ən böyük marşrut hesab olunur. Uzunluğu 1.5 min kilometr olan əsas magistral boru kəməri Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahili ilə birləşdirir və burada neft konsorsiumun dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.
Oxşar xəbərlər
-
25.05.2026Bakı nefti bu qiymətə oldu, enerji bazarı çalxalanır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
17.02.2026Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
8.08.2026AYNA şefi öz ampulasında -Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir/VİDEO
-
8.08.2026Taksidən oğurluq edən şəxs saxlanıldı
-
8.08.2026Nazirlik su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi
-
8.08.2026Yaponiyanın iki adası təcili boşaldılır - VİDEO
-
8.08.2026"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Paşinyandan Əliyevə tarixi ZƏNG: Sülh gündəliyində yeni mərhələ
-
8.08.2026PUA təhlükəsi: Gelencikdə bütün çimərliklər bağlandı
-
8.08.2026Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
-
8.08.2026Sabirabadda həyətdən yeniyetmə qızın meyiti tapıldı
-
8.08.2026Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
-
8.08.2026“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi
-
8.08.2026Hərbi xidmətə çağırışda korrupsiya əməliyyatı: 3 məsul şəxs Hərbi Məhkəmə qarşısında
-
8.08.2026Ukrayna Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurdu
-
8.08.2026Gürcüstan gömrüyündə saxlanılan azərbaycanlı sürücülərin problemi həll edilir
-
8.08.2026Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
-
8.08.2026Sürücülərin kabusu: Ödənişli yol qaranlığa qərq olub - Pullar haraya gedir?
-
8.08.2026NATO-dan SƏRT XƏBƏRDARLIQ: Rusiya bu ərazini işğal edəcək
-
8.08.2026Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...
-
8.08.2026Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı
-
8.08.2026"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
-
8.08.2026Bu ərazidə pensiyalar ödənildi
-
8.08.2026Xocavənddə traktor MİNAYA DÜŞDÜ
-
8.08.2026Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
-
8.08.2026Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
-
8.08.2026Gürcüstanda dövlət bayraqları yarıya endirildi
-
8.08.2026Sumqayıtda sex və mağaza yandı - VİDEO
-
8.08.2026Rusiyada neft emalı zavodları yenə vuruldu
-
8.08.2026Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
-
8.08.2026Əkin sahəsindən qadın meyiti tapıldı



