Canlı yayım
8.08.2026

Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi

Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov ölkə başçısı Volodimir Zelenskidən onu 12 gün ərzində yenidən vəzifəsinə bərpa etməsini tələb edib.

DuzXeber.az xəbər verir ki, bu barədə o, öz keçmiş müavini Sergey Sternenkoya verdiyi müsahibəsində bildirib.

Fyodorov qeyd edib ki, gələcək planlarını avqustun 18-dən, yəni Ali Rada tətildən sonra fəaliyyətini bərpa etdikdən sonra açıqlamaq niyyətindədir. Onun sözlərinə görə, Zelenskinin imtinası və ya parlamentin qərarı ləngidəcəyi təqdirdə başqa hərəkət variantı mövcuddur.

"Mənim B, C, D və digər variantlarım var. Planı həyata keçirmək üçün qələbəmiz naminə işləmək çox vacibdir", - deyə M.Fyodorov bildirib.

Qeyd edək ki, Mixail Fyodorov iyulun 15-də Ukrayna Müdafiə Nazirliyinin rəhbəri postundan getdiyini elan edib. O, qurumdakı fəaliyyəti dövründə həm icra edilmiş layihələri, həm də yerinə yetirilməsi mümkün olmayan tapşırıqları sadalayıb. M.Fyodorov həmçinin əlavə edib ki, gələcəkdə də hərbi innovasiyaların inkişafı ilə məşğul olmağı planlaşdırır.

Xəbər lenti