Canlı yayım
8.08.2026

Sumqayıtda sex və mağaza yandı - VİDEO

Sumqayıt şəhərinin Koroğlu prospektində yerləşən avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında yanğın baş verib.
DuzXeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Onların sürətli müdaxiləsi nəticəsində alovun böyüyərək yan-yana yerləşən digər mağaza və obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində sexin sadəcə 60 kvadratmetrlik hissəsi yanıb. Yanğında heç kim xəsarət almayıb və ətrafdakı binalar yanğından qorunub.(publika.az)

Xəbər lenti