Canlı yayım
8.08.2026

Cəbrayıl, Zəngilan və Qubadlı rayonları...

DuzXeber.az xəbər verir ki, Zəngilan rayonunda Kənd Təsərrüfatı Nazirliyi və Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Respublikası Prezidentinin  xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə "İşğaldan azad edilmiş ərazilərdə yaradılması planlaşdırılan dövlət aqroparkları və istixana aqroparkı layihələrinə özəl investisiya  imkanları" mövzusunda görüş keçirilib. Görüşdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı məqsədilə güzəştli subsidiya mexanizmləri, maliyyə təşviqləri və digər stimullaşdırıcı tədbirlər barədə ətraflı məlumat verilib, inverstorların sualları cavablandırılıb. Aqropark layihələrinin həyata keçiriləcəyi ərazilərin mövcud vəziyyəti, infrastruktur təminatı ilə yerində tanış olmaq üçün səfər təşkil olunub.


Xəbər lenti