10.08.2026
DuzXeber.az: Gözəllik arzusu ilə əməliyyat masasına uzanan qadınların son zamanlar həyatları ilə risk etməsi cəmiyyətdə ciddi narahatlıq doğuran əsas mövzulardan birinə çevrilib. Son olaraq "Kəpəz" Hospitalında baş verən faciə – Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun plastik əməliyyatdan sonra dünyasını dəyişməsi bu sahədəki dözülməz boşluqları və nəzarətsizliyi bir daha üzə çıxardı. İddialara görə, məlum əməliyyatı həyata keçirən cərrah Seymur Məmmədovun adı daha əvvəl də iki nəfərin – 1989-cu il təvəllüdlü Nilufər Abdullanın və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyevanın Yasamal rayonundakı "Etalon" klinikasında ölümü ilə nəticələnən ağır insidentlərdə hallanıb. Ardıcıl olaraq ölüm hadisələrinin qeydə alınması cəmiyyətdə haqlı olaraq sərt suallar doğurur: məsuliyyətsizlik haradan qaynaqlanır və bu cür halların qarşısı niyə vaxtında alınmır? Hüquq-mühafizə orqanları, xüsusilə Nəsimi rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalara başlanılsa da, problem yalnız hüquqi müstəvidə deyil, həm də tibbi etikada və peşəkar məsuliyyətsizlikdə kök salıb.
Məsələ ilə bağlı danışan tanınmış estetik cərrah İlkin Həmidov bildirib ki, hər bir cərrahi müdaxilə özündə müəyyən risklər daşıyır, lakin peşəkarlıq və xəstənin hərtərəfli müayinəsi bu riskləri minimuma endirməlidir. O, qeyd edib ki, bəzi hallarda həkimlərin təkəbbürü və ya klinikaların texniki imkanlarının qeyri-kafi olması faciələrə qapı açır: "Təəssüflər olsun ki, günümüzdə estetik əməliyyatlara birtərəfli, yalnız maddi maraq üzərindən yanaşanlar az deyil. Həkim hər şeydən əvvəl qarşısındakı insanın həyatını xilas etmək və ya qorumaq öhdəliyini daşıyır, əməliyyat salonu isə şou yeri deyil". Mütəxəssis vurğulayıb ki, pasiyentin fizioloji və psixoloji vəziyyəti ətraflı dəyərləndirilmədən bıçaq altına yatırılması birbaşa cinayətə bərabərdir və bu sahədə qanunvericiliyin tələbləri daha da sərtləşdirilməlidir.
Plastik cərrahiyyə sahəsində baş verən son faciələr göstərir ki, birtərəfli həvəslər və bəzi həkimlərin məsuliyyətsiz yanaşması günahsız insanların həyatına mail olur. Reklam və vizual gözəllik cazibəsinə aldanaraq həyatını təhlükəyə atan xanımlar bəzən sadəcə təcrübəsizliyin qurbanına çevrilirlər. Lisenziyasız fəaliyyət göstərən və ya xəstə təhlükəsizliyini arxa plana keçirən klinikalara qarşı ciddi tənzimləmə mexanizmləri tətbiq edilməsə, bu qara statistika artmaqda davam edəcək. Cəmiyyət və aidiyyəti qurumlar artıq göz yummalı deyil, çünki heç bir estetik prosedur insan həyatından üstün ola bilməz. Hər bir cərrah üzərinə düşən mənəvi yükü və qanuni məsuliyyəti dərk etməli, dövlət strukturları isə tibb müəssisələrinə nəzarəti maksimum səviyyəyə çatdırmalıdır./Tunar,nocomment.az/
Estetikaya qurban gedənlər: Həkim səhlənkarlığı, yoxsa nəzarətsizlik?
DuzXeber.az: Gözəllik arzusu ilə əməliyyat masasına uzanan qadınların son zamanlar həyatları ilə risk etməsi cəmiyyətdə ciddi narahatlıq doğuran əsas mövzulardan birinə çevrilib. Son olaraq "Kəpəz" Hospitalında baş verən faciə – Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun plastik əməliyyatdan sonra dünyasını dəyişməsi bu sahədəki dözülməz boşluqları və nəzarətsizliyi bir daha üzə çıxardı. İddialara görə, məlum əməliyyatı həyata keçirən cərrah Seymur Məmmədovun adı daha əvvəl də iki nəfərin – 1989-cu il təvəllüdlü Nilufər Abdullanın və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyevanın Yasamal rayonundakı "Etalon" klinikasında ölümü ilə nəticələnən ağır insidentlərdə hallanıb. Ardıcıl olaraq ölüm hadisələrinin qeydə alınması cəmiyyətdə haqlı olaraq sərt suallar doğurur: məsuliyyətsizlik haradan qaynaqlanır və bu cür halların qarşısı niyə vaxtında alınmır? Hüquq-mühafizə orqanları, xüsusilə Nəsimi rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalara başlanılsa da, problem yalnız hüquqi müstəvidə deyil, həm də tibbi etikada və peşəkar məsuliyyətsizlikdə kök salıb.Məsələ ilə bağlı danışan tanınmış estetik cərrah İlkin Həmidov bildirib ki, hər bir cərrahi müdaxilə özündə müəyyən risklər daşıyır, lakin peşəkarlıq və xəstənin hərtərəfli müayinəsi bu riskləri minimuma endirməlidir. O, qeyd edib ki, bəzi hallarda həkimlərin təkəbbürü və ya klinikaların texniki imkanlarının qeyri-kafi olması faciələrə qapı açır: "Təəssüflər olsun ki, günümüzdə estetik əməliyyatlara birtərəfli, yalnız maddi maraq üzərindən yanaşanlar az deyil. Həkim hər şeydən əvvəl qarşısındakı insanın həyatını xilas etmək və ya qorumaq öhdəliyini daşıyır, əməliyyat salonu isə şou yeri deyil". Mütəxəssis vurğulayıb ki, pasiyentin fizioloji və psixoloji vəziyyəti ətraflı dəyərləndirilmədən bıçaq altına yatırılması birbaşa cinayətə bərabərdir və bu sahədə qanunvericiliyin tələbləri daha da sərtləşdirilməlidir.
Plastik cərrahiyyə sahəsində baş verən son faciələr göstərir ki, birtərəfli həvəslər və bəzi həkimlərin məsuliyyətsiz yanaşması günahsız insanların həyatına mail olur. Reklam və vizual gözəllik cazibəsinə aldanaraq həyatını təhlükəyə atan xanımlar bəzən sadəcə təcrübəsizliyin qurbanına çevrilirlər. Lisenziyasız fəaliyyət göstərən və ya xəstə təhlükəsizliyini arxa plana keçirən klinikalara qarşı ciddi tənzimləmə mexanizmləri tətbiq edilməsə, bu qara statistika artmaqda davam edəcək. Cəmiyyət və aidiyyəti qurumlar artıq göz yummalı deyil, çünki heç bir estetik prosedur insan həyatından üstün ola bilməz. Hər bir cərrah üzərinə düşən mənəvi yükü və qanuni məsuliyyəti dərk etməli, dövlət strukturları isə tibb müəssisələrinə nəzarəti maksimum səviyyəyə çatdırmalıdır./Tunar,nocomment.az/
Oxşar xəbərlər
-
5.08.2026Üç uşaq anası estetik əməliyyatdan sonra öldü -
4.08.2026Bir il keçdi... Nilufər Abdullanın ölümü ilə bağlı suallar niyə hələ də cavabsızdır? -
25.07.2026Azərbaycan klublarının yay transferləri -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



