12.08.2026

Rezidenturaya qəbul üçün ixtisas seçimi başladı


DuzXeber.az: Rezidenturaya qəbul olmaq istəyən namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 12-dən 16-dək https://www.e-gov.az/az/services/read/3149/2 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edə bilərlər.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Bildirilib ki, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları da təqdim edirik.
Avqustun 9-da keçirilən imtahanda iştirak edən 991 namizəddən 827 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.
Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:
I istiqamət – Tibb (müalicə işi, pediatriya)
Minimal bal: 24.000
Maksimal bal : 93.000
Namizədlərin sayı: 728
Bal intervallarıNamizədlərin sayıCəmi
96 – 10000
91 – 9511
86 – 9034
81 – 852327
76 – 805885
71 – 7587172
66 – 70119291
61 – 65141432
56 – 60119551
51 – 5566617
5015632
Qeyd: ATU-nun Hərbi Tibb Fakültəsinin namizədlərinin sayı nəzərə alınmayıb.
II istiqamət – Stomatologiya
Minimal bal : 22.000
Maksimal bal : 88.000
Namizədlərin sayı : 113
Ballar üzrə histoqram
Bal intervallarıNamizdlərin sayıCəmi
96 – 10000
91 – 9500
86 – 9022
81 – 8557
76 – 801017
71 – 751532
66 – 70941
61 – 65950
56 – 601565
51 – 551681
50485
 
III istiqamət – İctimai səhiyyə
Minimal bal: 30.000
Maksimal bal: 78.000
Namizədlərin sayı: 80
Ballar üzrə histoqram
Bal intervallarıNamizədlərin sayıCəmi
96 – 10000
91 – 9500
86 – 9000
81 – 8500
76 – 8022
71 – 75810
66 – 701323
61 – 65730
56 – 601444
51 – 551559
50261

Xəbər lenti