13.08.2026
Qida eksperti Ağa Salamov Masazırda yerləşən “OBA” marketlərindən birində dondurmaların saxlanma şəraiti ilə bağlı pozuntu olduğunu açıqlayıb.
Ekspertin çəkərək sosial şəbəkədə paylaşdığı videoda satışda olan bəzi dondurmaların formasının dəyişdiyi və deformasiyaya uğradığı görünür.
DuzXeber.az xəbər verir ki, Salamov Anews.az-a açıqlamasında bildirib ki, dondurma yalnız bir dəfə dondurulmalı və məhsul istehlakçıya çatdırılanadək soyuq zəncir qorunmalıdır.
“Bir məhsul bir dəfə dona bilər. Dondurma, ümumiyyətlə, bir dəfə donmalıdır və soyuq zəncir qorunmalıdır. Əgər məhsul əriyib yenidən dondurulursa, qida zəhərlənməsi riski yaranır”, - Salamov deyib.
Onun sözlərinə görə, belə məhsullar xüsusilə uşaqlar, yaşlılar, hamilələr, kimyaterapiya alan və immun sistemi zəif olan insanlar üçün daha yüksək risk yarada bilər.
Salamov bildirib ki, qida zəhərlənməsi heç də bütün hallarda insanın təcili tibbi yardıma ehtiyac duyması ilə nəticələnmir.
“Çox adam zəhərlənməyə belə baxır ki, kimi təcili yardım aparmadısa, o adam zəhərlənməyib. Xeyr, belə deyil. Ürəkbulanma, ishal, başgicəllənmə kimi hallar da baş verə bilər”, - ekspert deyib.
Salamovun fikrincə, dondurmanın istehsalçısı məhsulun satış nöqtəsinə çatdırılmasından sonra da onun hansı şəraitdə saxlanıldığını izləməlidir.
“İstehsalçı izləməlidir ki, mənim dondurmalarım hansı dondurucuda qalır, temperatur neçə dərəcədir. Bəlkə orada generator sistemi yoxdur və işıqlar sönəndə dondurmalar əriyir”, - o bildirib.
Ekspert marketlərin də məhsulların saxlanma qaydalarına nəzarət etməli olduğunu deyib. Onun sözlərinə görə, dondurucunun qapağının açıq saxlanılması belə temperatur rejiminin pozulmasına və məhsulun əriməsinə səbəb ola bilər.
Salamov hesab edir ki, bu cür halların qarşısının alınması üçün həm istehsalçı şirkətlər məhsullarının saxlanma şəraitinə nəzarəti gücləndirməli, həm də marketlərin inzibatçıları dondurucuların temperatur rejiminə və düzgün istifadəsinə nəzarət etməlidirlər.
Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib.(mediatvaz.com)
"OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
Qida eksperti Ağa Salamov Masazırda yerləşən “OBA” marketlərindən birində dondurmaların saxlanma şəraiti ilə bağlı pozuntu olduğunu açıqlayıb. Ekspertin çəkərək sosial şəbəkədə paylaşdığı videoda satışda olan bəzi dondurmaların formasının dəyişdiyi və deformasiyaya uğradığı görünür.
DuzXeber.az xəbər verir ki, Salamov Anews.az-a açıqlamasında bildirib ki, dondurma yalnız bir dəfə dondurulmalı və məhsul istehlakçıya çatdırılanadək soyuq zəncir qorunmalıdır.
“Bir məhsul bir dəfə dona bilər. Dondurma, ümumiyyətlə, bir dəfə donmalıdır və soyuq zəncir qorunmalıdır. Əgər məhsul əriyib yenidən dondurulursa, qida zəhərlənməsi riski yaranır”, - Salamov deyib.
Onun sözlərinə görə, belə məhsullar xüsusilə uşaqlar, yaşlılar, hamilələr, kimyaterapiya alan və immun sistemi zəif olan insanlar üçün daha yüksək risk yarada bilər.
Salamov bildirib ki, qida zəhərlənməsi heç də bütün hallarda insanın təcili tibbi yardıma ehtiyac duyması ilə nəticələnmir.
“Çox adam zəhərlənməyə belə baxır ki, kimi təcili yardım aparmadısa, o adam zəhərlənməyib. Xeyr, belə deyil. Ürəkbulanma, ishal, başgicəllənmə kimi hallar da baş verə bilər”, - ekspert deyib.
Salamovun fikrincə, dondurmanın istehsalçısı məhsulun satış nöqtəsinə çatdırılmasından sonra da onun hansı şəraitdə saxlanıldığını izləməlidir.
“İstehsalçı izləməlidir ki, mənim dondurmalarım hansı dondurucuda qalır, temperatur neçə dərəcədir. Bəlkə orada generator sistemi yoxdur və işıqlar sönəndə dondurmalar əriyir”, - o bildirib.
Ekspert marketlərin də məhsulların saxlanma qaydalarına nəzarət etməli olduğunu deyib. Onun sözlərinə görə, dondurucunun qapağının açıq saxlanılması belə temperatur rejiminin pozulmasına və məhsulun əriməsinə səbəb ola bilər.
Salamov hesab edir ki, bu cür halların qarşısının alınması üçün həm istehsalçı şirkətlər məhsullarının saxlanma şəraitinə nəzarəti gücləndirməli, həm də marketlərin inzibatçıları dondurucuların temperatur rejiminə və düzgün istifadəsinə nəzarət etməlidirlər.
Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib.(mediatvaz.com)
Oxşar xəbərlər
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



