14.08.2026
"Təhsil hər bir cəmiyyətin inkişafının təməl daşı, gələcəyə qoyulan ən böyük sərmayədir. Dövlət tərəfindən Elm və Təhsil Nazirliyinə (ETN), eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) ayrılan yüz milyonlarla manatlıq büdcə məhz bu gələcəyin inşasına xidmət etməlidir..."
DuzXeber.az "DİA-AZ-a istinadən" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti Vüqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Lakin son illər təhsil sektorunda, xüsusən də adıçəkilən qurumların maliyyə idarəçiliyində müşahidə edilən kütləvi mənimsəmə halları bu ali məqsədə vurulan ən ağır zərbədir. Təəssüf ki, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi sadəcə təsadüfi və pərakəndə yeyinti deyil, xüsusi olaraq formalaşdırılmış, məqsədyönlü bir şəbəkə vasitəsilə həyata keçirilən ağır iqtisadi cinayətdir.
Bu qanunsuzluqların ən qaranlıq tərəfi prosesin mütəşəkkil xarakter daşımasıdır. Belə ki, mənimsəmə halları əsasən ETN, MÜTDA və onların tabeliyində fəaliyyət göstərən Regional Təhsil İdarələrinin rəhbərliyinə yaxın olan şəxslər vasitəsilə icra edilir. Dövlət büdcəsindən məktəblərin təchizatı, təmiri və infrastrukturu üçün ayrılan milyonlarla manatlıq maliyyə vəsaitləri qeyri-şəffaf tenderlər, şişirdilmiş satınalmalar və saxta layihələr adı altında məhz həmin "etibarlı" şəxslərin şirkətlərinə yönləndirilir. Təhsil rəsmiləri regional idarələrdə qurduqları bu xüsusi şəbəkə hesabına dövlət vəsaitlərini asanlıqla şəxsi dövriyyələrinə cəlb edir, mövcud nəzarət mexanizmlərini isə formal şəkildə dövrədən çıxarırlar.
Milyonlarla manatın bu cür əliəyri şəbəkələr tərəfindən talan edilməsinin ən acı fəsadlarını isə bilavasitə müəllimlər və şagirdlər yaşayır. Büdcədən nəhəng vəsaitlərin ayrılmasına baxmayaraq, əksər regionlarda və hətta paytaxt məktəblərində hələ də ibtidai şəraitin, istilik sistemlərinin, müasir laboratoriyaların və zəruri texnoloji avadanlıqların çatışmazlığı acınacaqlı mənzərə yaradır. ETN və MÜTDA-ya yaxın şəxslərin cibinə axan hər bir milyon şagirdin keyfiyyətli təhsil almaq imkanından, müəllimin isə normal iş şəraitindən oğurlanmış hüququdur. Bu kəskin ədalətsizlik cəmiyyətdə təhsil sisteminə və idarəetməyə olan etimadı dərindən sarsıdır.
Problemin kökündə həm də islahat adı altında aparılan struktur dəyişikliklərinin mahiyyət etibarilə bu kölgə iqtisadiyyatını dağıda bilməməsi dayanır. MÜTDA və Regional Təhsil İdarələri kimi yeni instansiyaların yaradılması idarəetməni mərkəzləşdirmək və şəffaflığı artırmaq məqsədi daşısa da, praktikada sadəcə mənimsəmə sxemlərinin daha da təkmilləşməsinə və eyni mərkəzləşmiş şəbəkənin inhisarına keçməsinə xidmət etmiş oldu. Əsl islahat qurumların adını və tabeliyini dəyişməklə deyil, bu korrupsiya zəncirini qırmaq, regional səviyyədə yuva salmış "yaxın şəxslər" şəbəkəsini ifşa etmək və müstəqil audit vasitəsilə mənimsənilən hər qəpiyin hesabını sormaqla mümkündür.
ETN və MÜTDA-nın mərkəzi və regional strukturlarında xüsusi şəbəkələr vasitəsilə büdcə vəsaitlərinin mənimsənilməsi ölkənin intellektual potensialına və milli təhlükəsizliyinə birbaşa təhdiddir. Dövlətin təhsil siyasətinin real uğur qazanması üçün bu qurumlarda kök salmış maliyyə cinayətlərinə, "tanış-biliş" prinsipi ilə işləyən tender şebəkələrinə dərhal son qoyulmalı, təqsirkarlar qanun qarşısında cavab verməlidir. Yalnız hüququn aliliyinin təmin edildiyi və idarəçiliyin mənfəətpərəstlərdən təmizləndiyi bir sistemdə dövlət büdcəsi məmurların və onların yaxınlarının zənginləşməsinə deyil, Azərbaycan gəncliyinin işıqlı gələcəyinə xidmət edə bilər".
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
"Təhsil hər bir cəmiyyətin inkişafının təməl daşı, gələcəyə qoyulan ən böyük sərmayədir. Dövlət tərəfindən Elm və Təhsil Nazirliyinə (ETN), eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) ayrılan yüz milyonlarla manatlıq büdcə məhz bu gələcəyin inşasına xidmət etməlidir..." DuzXeber.az "DİA-AZ-a istinadən" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti Vüqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Lakin son illər təhsil sektorunda, xüsusən də adıçəkilən qurumların maliyyə idarəçiliyində müşahidə edilən kütləvi mənimsəmə halları bu ali məqsədə vurulan ən ağır zərbədir. Təəssüf ki, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi sadəcə təsadüfi və pərakəndə yeyinti deyil, xüsusi olaraq formalaşdırılmış, məqsədyönlü bir şəbəkə vasitəsilə həyata keçirilən ağır iqtisadi cinayətdir.
Bu qanunsuzluqların ən qaranlıq tərəfi prosesin mütəşəkkil xarakter daşımasıdır. Belə ki, mənimsəmə halları əsasən ETN, MÜTDA və onların tabeliyində fəaliyyət göstərən Regional Təhsil İdarələrinin rəhbərliyinə yaxın olan şəxslər vasitəsilə icra edilir. Dövlət büdcəsindən məktəblərin təchizatı, təmiri və infrastrukturu üçün ayrılan milyonlarla manatlıq maliyyə vəsaitləri qeyri-şəffaf tenderlər, şişirdilmiş satınalmalar və saxta layihələr adı altında məhz həmin "etibarlı" şəxslərin şirkətlərinə yönləndirilir. Təhsil rəsmiləri regional idarələrdə qurduqları bu xüsusi şəbəkə hesabına dövlət vəsaitlərini asanlıqla şəxsi dövriyyələrinə cəlb edir, mövcud nəzarət mexanizmlərini isə formal şəkildə dövrədən çıxarırlar.
Milyonlarla manatın bu cür əliəyri şəbəkələr tərəfindən talan edilməsinin ən acı fəsadlarını isə bilavasitə müəllimlər və şagirdlər yaşayır. Büdcədən nəhəng vəsaitlərin ayrılmasına baxmayaraq, əksər regionlarda və hətta paytaxt məktəblərində hələ də ibtidai şəraitin, istilik sistemlərinin, müasir laboratoriyaların və zəruri texnoloji avadanlıqların çatışmazlığı acınacaqlı mənzərə yaradır. ETN və MÜTDA-ya yaxın şəxslərin cibinə axan hər bir milyon şagirdin keyfiyyətli təhsil almaq imkanından, müəllimin isə normal iş şəraitindən oğurlanmış hüququdur. Bu kəskin ədalətsizlik cəmiyyətdə təhsil sisteminə və idarəetməyə olan etimadı dərindən sarsıdır.
Problemin kökündə həm də islahat adı altında aparılan struktur dəyişikliklərinin mahiyyət etibarilə bu kölgə iqtisadiyyatını dağıda bilməməsi dayanır. MÜTDA və Regional Təhsil İdarələri kimi yeni instansiyaların yaradılması idarəetməni mərkəzləşdirmək və şəffaflığı artırmaq məqsədi daşısa da, praktikada sadəcə mənimsəmə sxemlərinin daha da təkmilləşməsinə və eyni mərkəzləşmiş şəbəkənin inhisarına keçməsinə xidmət etmiş oldu. Əsl islahat qurumların adını və tabeliyini dəyişməklə deyil, bu korrupsiya zəncirini qırmaq, regional səviyyədə yuva salmış "yaxın şəxslər" şəbəkəsini ifşa etmək və müstəqil audit vasitəsilə mənimsənilən hər qəpiyin hesabını sormaqla mümkündür.
ETN və MÜTDA-nın mərkəzi və regional strukturlarında xüsusi şəbəkələr vasitəsilə büdcə vəsaitlərinin mənimsənilməsi ölkənin intellektual potensialına və milli təhlükəsizliyinə birbaşa təhdiddir. Dövlətin təhsil siyasətinin real uğur qazanması üçün bu qurumlarda kök salmış maliyyə cinayətlərinə, "tanış-biliş" prinsipi ilə işləyən tender şebəkələrinə dərhal son qoyulmalı, təqsirkarlar qanun qarşısında cavab verməlidir. Yalnız hüququn aliliyinin təmin edildiyi və idarəçiliyin mənfəətpərəstlərdən təmizləndiyi bir sistemdə dövlət büdcəsi məmurların və onların yaxınlarının zənginləşməsinə deyil, Azərbaycan gəncliyinin işıqlı gələcəyinə xidmət edə bilər".
Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
6.03.2026ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT -
5.03.2026Elm və Təhsil Nazirliyi niyə çörəyi çəkməçiyə verir? – Dosent faktları ictimailəşdirdi -
19.02.2026Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq, əməllərini ört-basdır edirmiş -ŞOK FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



