14.08.2026

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydaları"na əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) başa vuran şəxslərə müvafiq təhsil haqqında dövlət sənədi "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) elektron sənəd formasında yaradılaraq təqdim edilir.
Qaydaların tələblərinə uyğun olaraq artıq Bakı Dövlət Universitetinin məzunlarına elektron diplomların verilməsinə başlanılıb. Əsas problem isə elektron diplomlara apostil verilməməsidir. Bu səbəbdən xaricdə, xüsusilə səfirliklər və universitetlər tərəfindən diplomun qəbulunda problemlər yaranıb.
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov DuzXeber.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında təhsil sənədlərinin, o cümlədən attestatların tam rəqəmsal formata keçirilməsini mütərəqqi addım hesab edir.
“Lakin beynəlxalq tanınma və transsərhəd sənəd dövriyyəsində rəqəmsallaşma sürəti ilə qlobal konvensiyaların mexanizmləri arasında uyğunsuzluqdan qaynaqlanan ciddi institusional, hüquqi və texniki ziddiyyətlər yaradır. Bütövlükdə, Azərbaycan Respublikasının daxili hüquq sistemi baxımından elektron təhsil sənədlərinin statusu tamamilə legitimdir”, - o bildirib.
İlqar Orucovun sözlərinə görə, “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə əsasən, səlahiyyətli şəxsin təkmil sertifikatlı elektron imzası ilə təsdiqlənmiş və elektron sənəd dövriyyəsi sistemləri üzərindən yaradılmış rəqəmsal sənəd kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir:
“Bu səbəbdən ölkə daxilində elektron təhsil sənədinin hüquqi qüvvəsinin şübhə altına alınması əsassızdır. Lakin daxili normativ bazanın təkmilliyinə baxmayaraq, xaricdə təhsil almaq istəyən məzunların sənədlərinin qəbulu prosesində, xüsusilə sənədlərin beynəlxalq səviyyədə apostillə təsdiqlənməsi mərhələsində müəyyən çətinliklər mövcuddur. Klassik apostil proseduru rəsmi sənədi imzalamış vəzifəli şəxsin imzasının və möhürünün həqiqiliyinin fiziki kağız daşıyıcı üzərində təsdiqlənməsi mexanizminə əsaslanır. Elektron attestat “mygov” və digər müvafiq dövlət platformalarında PDF formatında yüklənərək çap edildikdə isə üzərindəki rəqəmsal imza öz texnoloji funksionallığını itirərək sadəcə qrafik təsvirə çevrilir. Bu isə Ədliyyə Nazirliyi və digər səlahiyyətli apostil orqanlarının sənədi ilkin mənbə kimi birbaşa fiziki apostil ştampı ilə təsdiqləməsini mümkünsüz edir”.
Sədr bir sıra xarici ölkələrin təhsil müəssisələri və dövlət strukturlarının hələ də nəm möhürlü, imzalı və orijinal kağız daşıyıcıda olan sənədlər tələb etdiklərini vurğulayıb:
“Azərbaycanın dövlət informasiya portallarının beynəlxalq sistemlərlə birbaşa inteqrasiyasının olmaması səbəbindən QR-kod vasitəsilə yoxlama mexanizmi də hazırda bütün hallarda tam legitim və kifayət qədər qəbulolunan üsul kimi qiymətləndirilmir.
Hazırkı keçid dövründə bu problemin aradan qaldırılması və elektron attestatların apostillə təsdiqlənməsi üçün tətbiq olunan hüquqi mexanizm belədir: vətəndaş elektron sənədin kağız nüsxəsini notariusa təqdim edir. Notarius dövlət informasiya sistemlərinə onlayn giriş imkanından istifadə etməklə sənədi elektron reyestrdən yoxlayır, onun kağız nüsxəsi ilə eyniliyini təsdiqləyir və surətini rəsmiləşdirir.
Bundan sonra Ədliyyə Nazirliyi və ya səlahiyyətli regional orqan həmin notariat sənədinə apostil verir. Bu zaman dövlət orqanı attestatı imzalayan şəxsin deyil, birbaşa notariusun imza və möhürünün həqiqiliyini təsdiqləmiş olur. Problemin struktur və qlobal miqyasda fundamental şəkildə həllində vaxt itkisinin qarşısının alınması və məzunların hüquqlarının qorunması baxımından yeganə effektiv çıxış yolu hibrid mexanizmlərin təmin edilməsidir.
Birinci mərhələdə xaricdə təhsil almaq üçün sənəd təqdim edən məzunların xüsusi onlayn müraciətləri əsasında onlara Elm və Təhsil Nazirliyi tərəfindən nəm möhürlü və fiziki imzalı ənənəvi sənədin verilməsi mexanizmi müvəqqəti olaraq aktiv saxlanılmalıdır. İkinci mərhələdə isə, dövlət tərəfindən rəqəmsal seqmentin mühüm elementi olan e-Apostil infrastrukturunun tətbiqi sürətləndirilməli və “mygov” mühitində birbaşa rəqəmsal apostil sertifikatının generasiyası təmin edilməlidir”.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) saytımıza bildirib ki, 11 avqust 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə imzalanmış təhsil haqqında dövlət sənədləri, attestatlar vətəndaşlar üçün elektron formada əlçatan olub.
“Attestatlar təhsil müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalandığı üçün hüquqi qüvvəyə malik rəsmi təhsil sənədləridir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə, elektron sənəd isə kağız daşıyıcıda olan sənədlə eyni hüquqi qüvvəyə malikdir.
Vətəndaşlar attestatlarını mygov.az platformasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən təhsil sənədləri əldə edə, yükləyə, paylaşa və rəsmi sənəd kimi istifadə edə bilərlər.
Eyni zamanda, elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür”, - məlumatda qeyd edilib.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.
Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər var?

Oxşar xəbərlər
-
16.03.2026Prezident 2 Fərman İMZALADI -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
21.11.2025Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi