17.08.2026
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi mərhələsində olan abituriyentlərə tövsiyələr verib.
DuzXeber.az: O, abituriyentlərin ixtisas seçimi ilə bağlı ödənişli xidmətlərdən istifadə etməyə tələsməməli, ilk növbədə DİM-in təqdim etdiyi ödənişsiz məsləhət imkanlarından yararlanmalı olduqlarını bildirib.
M.Abbaszadənin sözlərinə görə, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir. Xidmətin ödənişsiz olması isə yalnız ümumi məlumatların təqdim edilməsi demək deyil. Məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasındakı göstəricilər əsasında verilir.
"Həmin mərkəzlərdə ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən mütəxəssislər fəaliyyət göstərirlər. Buna görə də abituriyentlər əvvəlcə rəsmi məsləhət xidmətindən yararlanmalı, yalnız bundan sonra əlavə dəstəyə ehtiyaclarının olub-olmadığını müəyyənləşdirməlidirlər".
M.Abbaszadə ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərin özlərinə bir neçə əsas sual vermələrinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, abituriyent ilk növbədə nə istədiyini, topladığı nəticənin hansı seçimlərə imkan verdiyini, cari ilin statistik göstəricilərinin hansı ehtimalları ortaya qoyduğunu, seçiminin məsuliyyətini nə dərəcədə üzərinə götürməyə hazır olduğunu və əsas seçimi baş tutmadığı halda hansı alternativinin olduğunu müəyyənləşdirməlidir.
DİM sədri bildirib ki, ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını abituriyentlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Bu prosesdə abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.
M.Abbaszadə abituriyentlərə müəyyən ixtisasa qəbul olunacaqları ilə bağlı verilən zəmanətlərə inanmamağı da tövsiyə edib.
“Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə "keçid balları ilə bağlı məndə xüsusi məlumat var", "nəticəni əvvəlcədən bilirəm" və ya buna bənzər vədlər verirsə, buna inanmayın”, - DİM sədri vurğulayıb.
O qeyd edib ki, qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıq və hamı üçün əlçatandır. Heç kimin digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyənləşdirməyə imkan verən məlumatı yoxdur.
M.Abbaszadənin sözlərinə görə, Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması bu xidmətə olan tələbatı göstərir.
DİM sədri abituriyentləri ixtisas seçimi zamanı tələskənliyə yol verməməyə də çağırıb:
“İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin. Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz”.(yenixeberorg.com)
Məleykə Abbaszadə ixtisas seçimindən danışdı:...inanmayın!
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ixtisas seçimi mərhələsində olan abituriyentlərə tövsiyələr verib.DuzXeber.az: O, abituriyentlərin ixtisas seçimi ilə bağlı ödənişli xidmətlərdən istifadə etməyə tələsməməli, ilk növbədə DİM-in təqdim etdiyi ödənişsiz məsləhət imkanlarından yararlanmalı olduqlarını bildirib.
M.Abbaszadənin sözlərinə görə, DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir. Xidmətin ödənişsiz olması isə yalnız ümumi məlumatların təqdim edilməsi demək deyil. Məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasındakı göstəricilər əsasında verilir.
"Həmin mərkəzlərdə ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən mütəxəssislər fəaliyyət göstərirlər. Buna görə də abituriyentlər əvvəlcə rəsmi məsləhət xidmətindən yararlanmalı, yalnız bundan sonra əlavə dəstəyə ehtiyaclarının olub-olmadığını müəyyənləşdirməlidirlər".
M.Abbaszadə ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərin özlərinə bir neçə əsas sual vermələrinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, abituriyent ilk növbədə nə istədiyini, topladığı nəticənin hansı seçimlərə imkan verdiyini, cari ilin statistik göstəricilərinin hansı ehtimalları ortaya qoyduğunu, seçiminin məsuliyyətini nə dərəcədə üzərinə götürməyə hazır olduğunu və əsas seçimi baş tutmadığı halda hansı alternativinin olduğunu müəyyənləşdirməlidir.
DİM sədri bildirib ki, ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını abituriyentlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualından ibarət deyil. Bu prosesdə abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.
M.Abbaszadə abituriyentlərə müəyyən ixtisasa qəbul olunacaqları ilə bağlı verilən zəmanətlərə inanmamağı da tövsiyə edib.
“Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə "keçid balları ilə bağlı məndə xüsusi məlumat var", "nəticəni əvvəlcədən bilirəm" və ya buna bənzər vədlər verirsə, buna inanmayın”, - DİM sədri vurğulayıb.
O qeyd edib ki, qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıq və hamı üçün əlçatandır. Heç kimin digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyənləşdirməyə imkan verən məlumatı yoxdur.
M.Abbaszadənin sözlərinə görə, Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması bu xidmətə olan tələbatı göstərir.
DİM sədri abituriyentləri ixtisas seçimi zamanı tələskənliyə yol verməməyə də çağırıb:
“İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin. Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz”.(yenixeberorg.com)
Oxşar xəbərlər
-
3.08.2026Jurnalist olmaq istəyənlərin nəzərinə! -
7.07.2026Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər -
6.06.2026Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK -
12.03.2026Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



