21.08.2026
Metroda aparılması planlaşdırılan genişmiqyaslı tikinti işləri paytaxtın nəqliyyat sisteminə təsiri ilə yanaşı, təhsil müəssisələrinin fəaliyyətində də müəyyən çətinliklər yarada bilər.
Xüsusilə Nizami-28 May istiqamətində hərəkətin uzun müddət məhdudlaşdırılması həmin ərazidə və yaxın ərazilərdə yerləşən məktəb və universitetlərə gedib-gələnlərin hərəkətinə təsir göstərəcək, nəqliyyat yükünü artıracaq. Bu baxımdan tədris prosesinin təşkili ilə bağlı məsələlərin nəqliyyat şəraiti nəzərə alınmaqla əvvəlcədən qiymətləndirilməsi və mümkün alternativlərin nəzərdən keçirilməsi gündəmə gəlir. Əsas sual isə təhsil müəssisələrinin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlıdır.
DuzXeber.az: Mövzu ilə bağlı Sherg.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, metroda planlaşdırılan genişmiqyaslı tikinti işləri fonunda təhsil müəssisələrinin fəaliyyətinə də nəqliyyat amili nəzərə alınaraq yanaşmaq lazımdır:
"Söhbət yalnız bir neçə günlük çətinlikdən getmir. Nizami-28 May istiqamətində hərəkətin təxminən 10-11 ay dayandırılması paytaxtın nəqliyyat yükünü müəyyən qədər artıracaq.
Xüsusilə burada bir məqamı nəzərə almalıyıq ki, həmin ərazidə çoxsaylı universitetlər, məktəblər və digər təhsil müəssisələri yerləşir. Üstəlik, Bakı kimi onsuz da nəqliyyat sıxlığının yüksək olduğu şəhərdə Formula 1 kimi böyük tədbirlərin keçirilməsi müəyyən günlərdə vəziyyəti daha da ağırlaşdıra bilər.
Amma mən bütün məktəb və universitetlərin avtomatik olaraq onlayn təhsilə keçməsinin də tərəfdarı deyiləm. Daha doğru yanaşma lokal və çevik qərarlar verməkdir.
Məsələn, nəqliyyat baxımından daha çox yüklənəcək ərazilərdə yerləşən təhsil müəssisələri üçün müəyyən günlərdə onlayn dərslər, hibrid təhsil, dərs saatlarının dəyişdirilməsi və yaxud növbəli qrafik tətbiq oluna bilər".
Ekspert qeyd edib ki, xüsusilə universitetlərdə bu model daha rahat tətbiq edilər:
"Ali təhsildə bütün dərslərin hər gün fiziki iştirak tələb etməsi şərt deyil. Məktəblərdə isə vəziyyət daha fərqlidir. Burada şagirdlərin yaşı, valideynlərin iş rejimi, müəllimlərin imkanları və təhsilin keyfiyyəti mütləq şəkildə nəzərə alınmalıdır.
Əsas məqsəd tikinti işlərinin yaratdığı nəqliyyat problemini təhsilin keyfiyyətinin hesabına həll etmək yox, nəqliyyat və təhsil sistemlərinin bir-birinə uyğunlaşması olmalıdır. Dövlət qurumları tədris ili başlamazdan əvvəl hansı təhsil müəssisələrinin daha çox risk altında olduğunu müəyyənləşdirib həmin müəssisələr üçün alternativ qrafik hazırlaya bilər".
Mütəxəssisin fikrincə bu, həm tələbə və şagirdlərin vaxt itkisini, həm də şəhərdə əlavə nəqliyyat yükünü azaldar:
"Başdan ümumi onlayn təhsil qərarı verməkdənsə, ehtiyac olan ərazilər və tarixlər üzrə çevik, hibrid və alternativ təhsil mexanizmləri tətbiq edilməlidir. Bu daha real və idarə olunan yanaşma olar".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən aldığımız məlumata görə məktəblərlə bağlı qeyd edilən məsələ müzakirə edilmir.
Ali təhsil müəssisələri isə mövcud məsələ ilə bağlı özləri qərar qəbul edə bilərlər.
Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ
Metroda aparılması planlaşdırılan genişmiqyaslı tikinti işləri paytaxtın nəqliyyat sisteminə təsiri ilə yanaşı, təhsil müəssisələrinin fəaliyyətində də müəyyən çətinliklər yarada bilər.Xüsusilə Nizami-28 May istiqamətində hərəkətin uzun müddət məhdudlaşdırılması həmin ərazidə və yaxın ərazilərdə yerləşən məktəb və universitetlərə gedib-gələnlərin hərəkətinə təsir göstərəcək, nəqliyyat yükünü artıracaq. Bu baxımdan tədris prosesinin təşkili ilə bağlı məsələlərin nəqliyyat şəraiti nəzərə alınmaqla əvvəlcədən qiymətləndirilməsi və mümkün alternativlərin nəzərdən keçirilməsi gündəmə gəlir. Əsas sual isə təhsil müəssisələrinin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlıdır.
DuzXeber.az: Mövzu ilə bağlı Sherg.az-a danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, metroda planlaşdırılan genişmiqyaslı tikinti işləri fonunda təhsil müəssisələrinin fəaliyyətinə də nəqliyyat amili nəzərə alınaraq yanaşmaq lazımdır:
"Söhbət yalnız bir neçə günlük çətinlikdən getmir. Nizami-28 May istiqamətində hərəkətin təxminən 10-11 ay dayandırılması paytaxtın nəqliyyat yükünü müəyyən qədər artıracaq.
Xüsusilə burada bir məqamı nəzərə almalıyıq ki, həmin ərazidə çoxsaylı universitetlər, məktəblər və digər təhsil müəssisələri yerləşir. Üstəlik, Bakı kimi onsuz da nəqliyyat sıxlığının yüksək olduğu şəhərdə Formula 1 kimi böyük tədbirlərin keçirilməsi müəyyən günlərdə vəziyyəti daha da ağırlaşdıra bilər.
Amma mən bütün məktəb və universitetlərin avtomatik olaraq onlayn təhsilə keçməsinin də tərəfdarı deyiləm. Daha doğru yanaşma lokal və çevik qərarlar verməkdir.
Məsələn, nəqliyyat baxımından daha çox yüklənəcək ərazilərdə yerləşən təhsil müəssisələri üçün müəyyən günlərdə onlayn dərslər, hibrid təhsil, dərs saatlarının dəyişdirilməsi və yaxud növbəli qrafik tətbiq oluna bilər".
Ekspert qeyd edib ki, xüsusilə universitetlərdə bu model daha rahat tətbiq edilər:
"Ali təhsildə bütün dərslərin hər gün fiziki iştirak tələb etməsi şərt deyil. Məktəblərdə isə vəziyyət daha fərqlidir. Burada şagirdlərin yaşı, valideynlərin iş rejimi, müəllimlərin imkanları və təhsilin keyfiyyəti mütləq şəkildə nəzərə alınmalıdır.
Əsas məqsəd tikinti işlərinin yaratdığı nəqliyyat problemini təhsilin keyfiyyətinin hesabına həll etmək yox, nəqliyyat və təhsil sistemlərinin bir-birinə uyğunlaşması olmalıdır. Dövlət qurumları tədris ili başlamazdan əvvəl hansı təhsil müəssisələrinin daha çox risk altında olduğunu müəyyənləşdirib həmin müəssisələr üçün alternativ qrafik hazırlaya bilər".
Mütəxəssisin fikrincə bu, həm tələbə və şagirdlərin vaxt itkisini, həm də şəhərdə əlavə nəqliyyat yükünü azaldar:
"Başdan ümumi onlayn təhsil qərarı verməkdənsə, ehtiyac olan ərazilər və tarixlər üzrə çevik, hibrid və alternativ təhsil mexanizmləri tətbiq edilməlidir. Bu daha real və idarə olunan yanaşma olar".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən aldığımız məlumata görə məktəblərlə bağlı qeyd edilən məsələ müzakirə edilmir.
Ali təhsil müəssisələri isə mövcud məsələ ilə bağlı özləri qərar qəbul edə bilərlər.
Oxşar xəbərlər
-
14.08.2026Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır -
11.08.2026Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq -
16.04.2026Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmadı -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



