22.08.2026
Dəyəri milyonlarla manat olan qızıl-zinət əşyalarının qaçaqmalçılığı ilə bağlı cinayət işinin detalları məlum olub. İnterpolun üzvü olan ölkələrdə “Qırmızı bülleten”lə axtarışda olan İnqilab Babayev, Tural Akif oğlu Səmədzadə və dəstənin digər üzvlərinin cinayət əməlləri ilə bağlı materiallarda zərgərlik məmulatlarının İstanbuldan Bakıya necə gətirildiyi və gömrük nəzarətindən necə keçirildiyi təsvir olunur.
DuzXeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, həbs olunanlar arasında Tural Səmədzadənin şəxsi sürücüsü, 1970-ci ildə Bakıda anadan olmuş, Azərbaycan vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, ali təhsilli Kərim Rəsulzadə də var. Onun saxlanılmasından sonra dəstənin digər üzvlərinin cinayət əməllərinin də ifşa edildiyi bildirilir.
Məlumata görə, Rəsulzadə 2023-cü ilin martında külli miqdarda zərgərlik məmulatlarının tamah məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girib.
Təqsirləndirilən şəxs aldığı aviabilet əsasında 2023-cü ildə Bakı–İstanbul aviareysi ilə Türkiyəyə gedib.
İstintaqın versiyasına əsasən, ümumi cinayət planına uyğun olaraq, cinayətkar qrupun üzvü İnqilab Babayev və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər 585 əyarlı qızıldan hazırlanmış 9 201,96 qram, 750 əyarlı qızıldan hazırlanmış 2 444,75 qram zərgərlik məmulatlarını İstanbulda əldə ediblər. Üzərində ümumi çəkisi 35 qram olan zirkon qaşların da olduğu məmulatların ümumi çəkisi 11 681,71 qram, dəyəri isə 661 939,73 manat olub.
Zərgərlik məmulatları qiymətli malların çatdırılması haqqında şəhadətnamə ilə birlikdə İstanbul hava limanına aparılaraq saxlanca verilib.
Daha sonra təqsirləndirilən şəxslər Azərbaycan Hava Yollarının onlayn xidmətindən istifadə etməklə “VIP” xidmət sifariş ediblər. Sifariş əsasında təyyarə enişindən sonra istifadə olunması üçün “CIP” xidməti də nəzərdə tutulub.
Həmin şəxslər İstanbul hava limanına gələrək İstanbul–Bakı aviareysi üzrə qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsi və uçuş biletini təqdim etməklə saxlanc məntəqəsindən zərgərlik məmulatlarını təhvil alıblar. İstintaqın məlumatına görə, Rəsulzadə bu müddətdə cinayət planının gedişinə nəzarət edib və qrup üzvləri arasında əlaqələndirməni həyata keçirib.
Bakıda isə qızılların dəstənin digər üzvü Kamran Aslanova təhvil verildiyi bildirilir.
Onun müşayiəti ilə zərgərlik məmulatları hava limanının təhlükəsizlik, gömrük və sərhəd nəzarətindən əl yükü kimi keçirilib. Gəliş zalına çatdıqdan sonra məmulatlar nəqliyyat vasitəsində qoyulub, qrup üzvləri isə nəqliyyat vasitəsindən düşərək gömrük nəzarəti zonasından keçməklə hava limanını tərk ediblər.

İkinci cəhd zamanı dəstə ifşa olunub.
İstintaq materiallarına görə, dəstə üzvləri növbəti dəfə İstanbuldan Bakıya ümumilikdə 15 710,28 qram çəkidə 583/585 və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları gətiriblər. Məmulatların dəyərinin 1 374 943 manat olduğu bildirilir.
Bu dəfə isə cinayət əməlinin qarşısı alınıb.
İddialara görə, qrup üzvləri qızılları Bakı hava limanında “CIP” xidmətinin nəqliyyat vasitəsinə yerləşdirməyi və daha sonra həmin məmulatların hava limanında istehsalat və koordinasiya idarəsində perronda təhlükəsizliyə nəzarət üzrə mühəndis vəzifəsində çalışan İlqar İsmayılov tərəfindən götürülərək gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək barədə razılığa gəliblər.
Bakıya təyyarə endikdən sonra İnqilab Babayev Kərim Rəsulzadə ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. İstintaqın məlumatına görə, Babayev ifşa olunma təhlükəsinin yarandığını bildirərək məmulatların gömrük əməkdaşları tərəfindən aşkar edilməməsi üçün Rəsulzadəyə “CIP” xidmətinin nəqliyyat vasitəsinə minməməyi tapşırıb.
İddialara görə, Babayev daha sonra Rəsulzadənin adına ən yaxın tarix və saata Bakı–Tbilisi aviareysinə onlayn bilet alıb və ölkə ərazisini tərk etmək üçün tranzit zonaya keçməsini bildirib.
Rəsulzadə də “CIP” xidmətindən imtina edərək zərgərlik məmulatlarını gömrük nəzarətindən yayındırmaq məqsədilə hava limanının tranzit zonasına keçib.
İstintaqın versiyasına əsasən, o, məmulatları həmin zonada gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə çalışıb.
Lakin daxil olan əməliyyat məlumatı əsasında Rəsulzadə saxlanılıb və yoxlamaya cəlb edilib. Yoxlama zamanı onun əl yükündən sözügedən zərgərlik məmulatları aşkar edilərək götürülüb.
Qeyd edək ki, bu ilin aprel ayında dəstənin əsas üzvlərindən biri, İnterpolun 196 üzv ölkəsində “Qırmızı bülleten”lə axtarılan Azərbaycan vətəndaşı İnqilab Babayev Türkiyədə, fevral ayında isə Tural Akif oğlu Səmədzadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
Dəyəri milyonlarla manat olan qızıl-zinət əşyalarının qaçaqmalçılığı ilə bağlı cinayət işinin detalları məlum olub. İnterpolun üzvü olan ölkələrdə “Qırmızı bülleten”lə axtarışda olan İnqilab Babayev, Tural Akif oğlu Səmədzadə və dəstənin digər üzvlərinin cinayət əməlləri ilə bağlı materiallarda zərgərlik məmulatlarının İstanbuldan Bakıya necə gətirildiyi və gömrük nəzarətindən necə keçirildiyi təsvir olunur.DuzXeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, həbs olunanlar arasında Tural Səmədzadənin şəxsi sürücüsü, 1970-ci ildə Bakıda anadan olmuş, Azərbaycan vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, ali təhsilli Kərim Rəsulzadə də var. Onun saxlanılmasından sonra dəstənin digər üzvlərinin cinayət əməllərinin də ifşa edildiyi bildirilir.
Məlumata görə, Rəsulzadə 2023-cü ilin martında külli miqdarda zərgərlik məmulatlarının tamah məqsədilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girib.
Təqsirləndirilən şəxs aldığı aviabilet əsasında 2023-cü ildə Bakı–İstanbul aviareysi ilə Türkiyəyə gedib.
İstintaqın versiyasına əsasən, ümumi cinayət planına uyğun olaraq, cinayətkar qrupun üzvü İnqilab Babayev və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər 585 əyarlı qızıldan hazırlanmış 9 201,96 qram, 750 əyarlı qızıldan hazırlanmış 2 444,75 qram zərgərlik məmulatlarını İstanbulda əldə ediblər. Üzərində ümumi çəkisi 35 qram olan zirkon qaşların da olduğu məmulatların ümumi çəkisi 11 681,71 qram, dəyəri isə 661 939,73 manat olub.
Zərgərlik məmulatları qiymətli malların çatdırılması haqqında şəhadətnamə ilə birlikdə İstanbul hava limanına aparılaraq saxlanca verilib.
Daha sonra təqsirləndirilən şəxslər Azərbaycan Hava Yollarının onlayn xidmətindən istifadə etməklə “VIP” xidmət sifariş ediblər. Sifariş əsasında təyyarə enişindən sonra istifadə olunması üçün “CIP” xidməti də nəzərdə tutulub.
Həmin şəxslər İstanbul hava limanına gələrək İstanbul–Bakı aviareysi üzrə qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsi və uçuş biletini təqdim etməklə saxlanc məntəqəsindən zərgərlik məmulatlarını təhvil alıblar. İstintaqın məlumatına görə, Rəsulzadə bu müddətdə cinayət planının gedişinə nəzarət edib və qrup üzvləri arasında əlaqələndirməni həyata keçirib.
Bakıda isə qızılların dəstənin digər üzvü Kamran Aslanova təhvil verildiyi bildirilir.
Onun müşayiəti ilə zərgərlik məmulatları hava limanının təhlükəsizlik, gömrük və sərhəd nəzarətindən əl yükü kimi keçirilib. Gəliş zalına çatdıqdan sonra məmulatlar nəqliyyat vasitəsində qoyulub, qrup üzvləri isə nəqliyyat vasitəsindən düşərək gömrük nəzarəti zonasından keçməklə hava limanını tərk ediblər.

İkinci cəhd zamanı dəstə ifşa olunub.
İstintaq materiallarına görə, dəstə üzvləri növbəti dəfə İstanbuldan Bakıya ümumilikdə 15 710,28 qram çəkidə 583/585 və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları gətiriblər. Məmulatların dəyərinin 1 374 943 manat olduğu bildirilir.
Bu dəfə isə cinayət əməlinin qarşısı alınıb.
İddialara görə, qrup üzvləri qızılları Bakı hava limanında “CIP” xidmətinin nəqliyyat vasitəsinə yerləşdirməyi və daha sonra həmin məmulatların hava limanında istehsalat və koordinasiya idarəsində perronda təhlükəsizliyə nəzarət üzrə mühəndis vəzifəsində çalışan İlqar İsmayılov tərəfindən götürülərək gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək barədə razılığa gəliblər.
Bakıya təyyarə endikdən sonra İnqilab Babayev Kərim Rəsulzadə ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. İstintaqın məlumatına görə, Babayev ifşa olunma təhlükəsinin yarandığını bildirərək məmulatların gömrük əməkdaşları tərəfindən aşkar edilməməsi üçün Rəsulzadəyə “CIP” xidmətinin nəqliyyat vasitəsinə minməməyi tapşırıb.
İddialara görə, Babayev daha sonra Rəsulzadənin adına ən yaxın tarix və saata Bakı–Tbilisi aviareysinə onlayn bilet alıb və ölkə ərazisini tərk etmək üçün tranzit zonaya keçməsini bildirib.
Rəsulzadə də “CIP” xidmətindən imtina edərək zərgərlik məmulatlarını gömrük nəzarətindən yayındırmaq məqsədilə hava limanının tranzit zonasına keçib.
İstintaqın versiyasına əsasən, o, məmulatları həmin zonada gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməyə çalışıb.
Lakin daxil olan əməliyyat məlumatı əsasında Rəsulzadə saxlanılıb və yoxlamaya cəlb edilib. Yoxlama zamanı onun əl yükündən sözügedən zərgərlik məmulatları aşkar edilərək götürülüb.
Qeyd edək ki, bu ilin aprel ayında dəstənin əsas üzvlərindən biri, İnterpolun 196 üzv ölkəsində “Qırmızı bülleten”lə axtarılan Azərbaycan vətəndaşı İnqilab Babayev Türkiyədə, fevral ayında isə Tural Akif oğlu Səmədzadə Birləşmiş Ərəb Əmirliklərində saxlanılıb.
Oxşar xəbərlər
-
28.07.2026Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət -
25.03.2026Dəstə üzvləri Azər Cabbarova 213 min manatdan çox ziyan vurdu -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



