22.08.2026
Bakı metrosunun "28 May" - "Nizami" keçid sahəsində aparılan yenidənqurma işləri şəhərin nəqliyyat sistemindəki struktur problemlərini daha aydın üzə çıxarıb.
Yeraltı nəqliyyatın bu strateji qovşağında yükün artması və ya hərəkətin məhdudlaşması gündəlik minlərlə sərnişini yerüstü nəqliyyatdan istifadə etməyə məcbur edir. Bu vəziyyət paytaxtın avtobus şəbəkəsinin hazırkı sərnişin axınını qarşılamaqda çətinlik çəkdiyini və xüsusilə müəyyən istiqamətlərdə ciddi marşrut çatışmazlığının olduğunu göstərir.
DuzXeber.az xəbər verir ki, "Yeni Sabah"ın araşdırmasına görə, yerüstü nəqliyyatda ən böyük gərginlik metronun alternativsiz qalan oxlarında – şəhərin şərq və qərb hissələrini bir-birinə bağlayan marşrutlarda müşahidə olunur. Əhmədli, Günəşli, Xətai və Hövsan istiqamətindən gələn sərnişinlərin Yasamal, "Elmlər Akademiyası", "İnşaatçılar" və Mətbuat prospekti zonasına rahat çatması üçün mərkəzdən yan keçən tutumlu, sürətli və ya ekspress xətlər kifayət qədər deyil.
Sərnişinlər məcburi olaraq "28 May" və Cəfər Cabbarlı meydanı ətrafındakı sıxlığa daxil olurlar ki, bu da həm vaxt itkisinə, həm də mərkəzi küçələrdə əlavə nəqliyyat yükünə səbəb olur. Ziya Bünyadov prospekti boyunca "Koroğlu" stansiyasından "20 Yanvar" istiqamətinə hərəkət edən kəsən (diaqonal) marşrutların sayca azlığı və intervalsızlığı da qərb-şərq koridorundakı yükü artırır.
Bununla yanaşı, şəhərdaxili əlaqələrdə ən ciddi avtobus çatışmazlığı və hərəkət problemi "Nərimanov" və "Azadlıq Prospekti" metro stansiyaları arasında özünü göstərir. Bu iki iri nəqliyyat qovşağı Atatürk prospekti və Ziya Bünyadov kəsişməsi vasitəsilə sıx məskunlaşmış yaşayış massivlərini biznes və təhsil mərkəzləri ilə bağlayan strateji koridordur. Lakin bu istiqamətdə birbaşa və tutumlu avtobus xətlərinin kəskin azlığı sərnişinləri çarəsiz qoyur.
Mövcud azsaylı marşrutlar məhəlləiçi küçələrə daxil olaraq yolu uzadır, pik saatlarda interval 20-30 dəqiqəyə çatır və nəticədə dayanacaqlarda böyük sıxlıq yaranır. Sərnişinlər ya iki nəqliyyat vasitəsi dəyişməli, ya metrodan istifadə edərək "28 May" stansiyasında dolanbac keçid etməli, ya da qanunsuz taksi xidmətlərinə yönəlməli olurlar.
Paytaxt ətrafı qəsəbələr və peyk yaşayış məntəqələri üzrə çatışmazlıq isə daha qabarıq görünür. Xüsusilə, əhalinin sürətlə məskunlaşdığı Masazır, Xırdalan, Saray, Binəqədi və Mehdiabad istiqamətlərindən şəhər mərkəzinə və ya yaxın metro stansiyalarına ("Memar Əcəmi", "Avtovağzal") yönələn marşrutlarda ciddi sıxlıq var. Oxşar vəziyyət Abşeronun şərq qəsəbələrində: Maştağa, Mərdəkan, Zabrat, Ramana və Suraxanı istiqamətində də özünü göstərir. Bu ərazilərdən fəaliyyət göstərən avtobusların həm intervalı böyükdür, həm də onların böyük hissəsi sərnişinləri yalnız "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə qədər gətirir. Nəticədə sərnişinlər şəhər mərkəzinə çatmaq üçün ikinci bir nəqliyyat vasitəsinə minməli olurlar.
Mövcud vəziyyətdən çıxış yolu kimi paytaxtda radiasiyal (mərkəzə yönəlmiş) marşrutlarla yanaşı, qəsəbələri və sıx məskunlaşma zonalarını mərkəzdən keçmədən bir-birinə bağlayan dairəvi və xətli əlaqə marşrutlarının yaradılması zəruridir. Məsələn, Hövsan – Zığ – Ağ Şəhər – Mərkəz koridoru, Bakıxanov – Ziya Bünyadov – 20 Yanvar xətti, "Azadlıq Prospekti" ilə "Nərimanov" stansiyalarını birbaşa bağlayan ekspress marşrut, eləcə də Xırdalan/Masazır zonasından doğrudan Yasamal və Mətbuat prospektinə çıxan yeni avtobus xətlərinin istifadəyə verilməsi yerüstü nəqliyyatın yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Metroda aparılan işlər fonunda belə inteqrasiya olunmuş yerüstü nəqliyyat dəhlizlərinin təşkili şəhərin ümumi mobilliyini qorumaq üçün ən vacib addımdır.\\yenisabah.az
“Azadlıq Prospekti”, “Nərimanov”, “20 Yanvar”... — Sərnişinlər marşrut çatışmazlığından şikayətçidir
Bakı metrosunun "28 May" - "Nizami" keçid sahəsində aparılan yenidənqurma işləri şəhərin nəqliyyat sistemindəki struktur problemlərini daha aydın üzə çıxarıb.Yeraltı nəqliyyatın bu strateji qovşağında yükün artması və ya hərəkətin məhdudlaşması gündəlik minlərlə sərnişini yerüstü nəqliyyatdan istifadə etməyə məcbur edir. Bu vəziyyət paytaxtın avtobus şəbəkəsinin hazırkı sərnişin axınını qarşılamaqda çətinlik çəkdiyini və xüsusilə müəyyən istiqamətlərdə ciddi marşrut çatışmazlığının olduğunu göstərir.
DuzXeber.az xəbər verir ki, "Yeni Sabah"ın araşdırmasına görə, yerüstü nəqliyyatda ən böyük gərginlik metronun alternativsiz qalan oxlarında – şəhərin şərq və qərb hissələrini bir-birinə bağlayan marşrutlarda müşahidə olunur. Əhmədli, Günəşli, Xətai və Hövsan istiqamətindən gələn sərnişinlərin Yasamal, "Elmlər Akademiyası", "İnşaatçılar" və Mətbuat prospekti zonasına rahat çatması üçün mərkəzdən yan keçən tutumlu, sürətli və ya ekspress xətlər kifayət qədər deyil.
Sərnişinlər məcburi olaraq "28 May" və Cəfər Cabbarlı meydanı ətrafındakı sıxlığa daxil olurlar ki, bu da həm vaxt itkisinə, həm də mərkəzi küçələrdə əlavə nəqliyyat yükünə səbəb olur. Ziya Bünyadov prospekti boyunca "Koroğlu" stansiyasından "20 Yanvar" istiqamətinə hərəkət edən kəsən (diaqonal) marşrutların sayca azlığı və intervalsızlığı da qərb-şərq koridorundakı yükü artırır.
Bununla yanaşı, şəhərdaxili əlaqələrdə ən ciddi avtobus çatışmazlığı və hərəkət problemi "Nərimanov" və "Azadlıq Prospekti" metro stansiyaları arasında özünü göstərir. Bu iki iri nəqliyyat qovşağı Atatürk prospekti və Ziya Bünyadov kəsişməsi vasitəsilə sıx məskunlaşmış yaşayış massivlərini biznes və təhsil mərkəzləri ilə bağlayan strateji koridordur. Lakin bu istiqamətdə birbaşa və tutumlu avtobus xətlərinin kəskin azlığı sərnişinləri çarəsiz qoyur.
Mövcud azsaylı marşrutlar məhəlləiçi küçələrə daxil olaraq yolu uzadır, pik saatlarda interval 20-30 dəqiqəyə çatır və nəticədə dayanacaqlarda böyük sıxlıq yaranır. Sərnişinlər ya iki nəqliyyat vasitəsi dəyişməli, ya metrodan istifadə edərək "28 May" stansiyasında dolanbac keçid etməli, ya da qanunsuz taksi xidmətlərinə yönəlməli olurlar.
Paytaxt ətrafı qəsəbələr və peyk yaşayış məntəqələri üzrə çatışmazlıq isə daha qabarıq görünür. Xüsusilə, əhalinin sürətlə məskunlaşdığı Masazır, Xırdalan, Saray, Binəqədi və Mehdiabad istiqamətlərindən şəhər mərkəzinə və ya yaxın metro stansiyalarına ("Memar Əcəmi", "Avtovağzal") yönələn marşrutlarda ciddi sıxlıq var. Oxşar vəziyyət Abşeronun şərq qəsəbələrində: Maştağa, Mərdəkan, Zabrat, Ramana və Suraxanı istiqamətində də özünü göstərir. Bu ərazilərdən fəaliyyət göstərən avtobusların həm intervalı böyükdür, həm də onların böyük hissəsi sərnişinləri yalnız "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə qədər gətirir. Nəticədə sərnişinlər şəhər mərkəzinə çatmaq üçün ikinci bir nəqliyyat vasitəsinə minməli olurlar.
Mövcud vəziyyətdən çıxış yolu kimi paytaxtda radiasiyal (mərkəzə yönəlmiş) marşrutlarla yanaşı, qəsəbələri və sıx məskunlaşma zonalarını mərkəzdən keçmədən bir-birinə bağlayan dairəvi və xətli əlaqə marşrutlarının yaradılması zəruridir. Məsələn, Hövsan – Zığ – Ağ Şəhər – Mərkəz koridoru, Bakıxanov – Ziya Bünyadov – 20 Yanvar xətti, "Azadlıq Prospekti" ilə "Nərimanov" stansiyalarını birbaşa bağlayan ekspress marşrut, eləcə də Xırdalan/Masazır zonasından doğrudan Yasamal və Mətbuat prospektinə çıxan yeni avtobus xətlərinin istifadəyə verilməsi yerüstü nəqliyyatın yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Metroda aparılan işlər fonunda belə inteqrasiya olunmuş yerüstü nəqliyyat dəhlizlərinin təşkili şəhərin ümumi mobilliyini qorumaq üçün ən vacib addımdır.\\yenisabah.az
Oxşar xəbərlər
-
14.08.2026Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır -
4.08.2026Bakıda 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayır – SİYAHI -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
2.02.2026Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -Faktlar
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



