22.08.2026

"Ağ Şəhər"də bahalı maşınlar toqquşdu - Zəncirvari qəza

Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.

DuzXeber.az xəbər verir ki, "OUD Baku" restoranının qarşısında 8 avtomobil toqquşub. Nəticədə, "Porsche", "Range Rover", 2 ədəd "BMW" və digər markalı avtomobillərə ciddi zərər dəyib.

Bildirilib ki, hadisəyə idarəetmədən çıxan "BMW" markalı avtomobil səbəb olub.

Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.(nocomment.az)


Xəbər lenti