25.08.2026
Ölkənin tanınmış elektronika mağazalar şəbəkələrindən olan “İrşad Electronics” ətrafında ciddi iddialar səslənib. Şirkətin keçmiş əməkdaşı Ruslan Hüseynov rəhbərlik tərəfindən ona qarşı təzyiqlər və hədə-qorxular olduğunu iddia edib.
Bnun sözlərinə görə, onu maliyyə departamentinin rəhbərinin otağına aparıblar: "Orada şirkət idarə heyətinin üzvləri hamısı birləşib məni sorğu-sual, hədə-qorxu əsasında, necə desək, nələrisə mənim boyunuma qoymağa çalışırdılar".
R.Hüseynov bildirib ki, 2025-ci ilin mart ayında Abdülkərimli Mehrap adlı müştəri ilə tanış olub və həm nəğd, həm də köçürmə üsulu ilə alışlar başlayıb: "Həmin şəxsin 240 min manat borcu var idi.
Abdülkərimli Mehrabla noyabr ayının 27-də görüşməli idik. Sadəcə, görüşə az qalmış əlaqə kəsildi, zəng çatmadı. Apardığım araşdırmaya görə öyrəndim ki, həmin şəxs ölkəni tərk edib".
O, bunu öz yuxarı rəhbərinə bildirdiyini qeyd edib. Şikayətçi iddia edir ki, şirkət rəhbərliyi onu daim hədələyib, borcun ödənilməsini tələb edib və əks təqdirdə onu həbs etdirəcəkləri ilə hədə-qorxu gəliblər. Buna görə də məcburi şəkildə evini onların adına keçirdiyini iddia edib.
Məsələ ilə bağlı “İrşad Electronics”ə sorğu ünvanlanıb. Şirkət bildirib ki, Ruslan Hüseynova hər hansı qanunsuz təzyiq göstərilməsi barədə iddiaları qəbul etmirlər. Şirkət tərəfindən R.Hüseynovun əmək fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə daxili araşdırma aparılıb. Araşdırma zamanı şirkətə külli miqdarda maddi zərər vurulmasına dair əsaslı şübhələr yarandığından materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
“İrşad Electronics” ev məsələsini təkzib etsə də, Ruslan Hüseynov evin şirkətin satınalma və tikinti departamentinin rəhbəri Elnur Kərimovun adına keçirildiyini göstərən sənədləri təqdim edib. Faktla bağlı araşdırmalar davam etdirilir.(nocomment.az )
https://nocomment.az/cemiyyet/meni-otaga-aparib-hede-qorxu-geldiler-ve-irsad-electronics-de-ne-bas-verir-530864
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
Ölkənin tanınmış elektronika mağazalar şəbəkələrindən olan “İrşad Electronics” ətrafında ciddi iddialar səslənib. Şirkətin keçmiş əməkdaşı Ruslan Hüseynov rəhbərlik tərəfindən ona qarşı təzyiqlər və hədə-qorxular olduğunu iddia edib.Bnun sözlərinə görə, onu maliyyə departamentinin rəhbərinin otağına aparıblar: "Orada şirkət idarə heyətinin üzvləri hamısı birləşib məni sorğu-sual, hədə-qorxu əsasında, necə desək, nələrisə mənim boyunuma qoymağa çalışırdılar".
R.Hüseynov bildirib ki, 2025-ci ilin mart ayında Abdülkərimli Mehrap adlı müştəri ilə tanış olub və həm nəğd, həm də köçürmə üsulu ilə alışlar başlayıb: "Həmin şəxsin 240 min manat borcu var idi.
Abdülkərimli Mehrabla noyabr ayının 27-də görüşməli idik. Sadəcə, görüşə az qalmış əlaqə kəsildi, zəng çatmadı. Apardığım araşdırmaya görə öyrəndim ki, həmin şəxs ölkəni tərk edib".
O, bunu öz yuxarı rəhbərinə bildirdiyini qeyd edib. Şikayətçi iddia edir ki, şirkət rəhbərliyi onu daim hədələyib, borcun ödənilməsini tələb edib və əks təqdirdə onu həbs etdirəcəkləri ilə hədə-qorxu gəliblər. Buna görə də məcburi şəkildə evini onların adına keçirdiyini iddia edib.
Məsələ ilə bağlı “İrşad Electronics”ə sorğu ünvanlanıb. Şirkət bildirib ki, Ruslan Hüseynova hər hansı qanunsuz təzyiq göstərilməsi barədə iddiaları qəbul etmirlər. Şirkət tərəfindən R.Hüseynovun əmək fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə daxili araşdırma aparılıb. Araşdırma zamanı şirkətə külli miqdarda maddi zərər vurulmasına dair əsaslı şübhələr yarandığından materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.
“İrşad Electronics” ev məsələsini təkzib etsə də, Ruslan Hüseynov evin şirkətin satınalma və tikinti departamentinin rəhbəri Elnur Kərimovun adına keçirildiyini göstərən sənədləri təqdim edib. Faktla bağlı araşdırmalar davam etdirilir.(nocomment.az )
https://nocomment.az/cemiyyet/meni-otaga-aparib-hede-qorxu-geldiler-ve-irsad-electronics-de-ne-bas-verir-530864
Oxşar xəbərlər
-
24.08.2026Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya -
14.08.2026Deputat Məşhur Məmmədov-Əhəd Əsgərov imperiyasının maliyyə labirinti: Milyonluq birləşmələr, fiktiv sxemlər və xaricə qaçırılan pullar-ŞOK FAKTLAR -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.12.2025ƏLƏKBƏROVLARIN DÜNYAYA YAYILAN BİZNEZİ - Azərbaycanda milyonlarla vergi borcu, Avropda isə... -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



