25.08.2026

 "Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..." - NARAZILIQ VAR...

Son günlər "Azəriqaz" istehsalat birliyi tərəfindən fərdi yaşayış yerlərində qaz sayğaclarını dəyişdirməsi faktlarından narazılıqlar durmadan artır. 
DuzXeber.az "DİA-AZ"-a istinadən bildirir ki, gileylənən vətəndaşlar məhz sayğacların yenilənməsindən sonra qaz sərfiyyatına görə ödənişlərinin ikiqat artmasını iddia edirlər.
Növbəti vətəndaş gileyi də bu qəbuldandır. Beləliklə, Səidə Yunus adlı sosial şəbəkə istifadəçisi yazır:
"Bizdə də xəbərimiz olmadan gəlib kartla olan sayğacı mexaniki sayğacla dəyişdilər. Elə o vaxtdan da 2 qat hesab gəlir. Kartla olanda bundan 2 dəfə az yazırdı və sayğac normal işləyirdi. Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..."

Xəbər lenti